Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə29/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   25   26   27   28   29   30   31   32   ...   228
PEYĞƏMBƏR VƏ NƏZƏRÇİ
Deyir, peyğəmbərrərdən biri olur, əsabələriynən gedir. Gə­lillər meşənin içiynən. Görüllər kü, belə yarıçılpax bir adam qaşdı girdi kolun dalına. Bir nəfər göndərillər ki, get gör o kimdi, onu bu­ra gətirin. Bunu gətirillər. Peyğəmbər soruşur:

– A kişi, bu nədi, sən niyə burdasan?

Deyir:

– Məni qovuflar.



Deyir:

– Niyə?


Deyir:

– Mənim çox pis gözüm var, nəzərim var. Ona görə məni qovuflar.

Deyir:

– Bə burda sən nəynən dolanırsan?



Deyir ki:

– Ov ovluyuf dolanıram.

Deyir:

– Ə, sənin oxun yox, kamanın yox, nəynən ovluyursan?



Deyir:

– Nəzərimnən.

Deyir:

– Nətəər? Ola bilməz.



Deyir:

– Olar.


Deyir:

– Mənim bu atıma bir nəzər sal, görüm.

Deyir:

– Məni bağışda, atın ölər axı, mən eliyəmmərəm.



Deyir:

– Yox ey, sən nəzər sal.

Belə baxır eyir:

– Ay dədə, ata bax ey!

At ölür, hamı məətəl qalır.

Peyğəmbər Meraca gedəndə gördüyünü Allaha danışır. Deyir ki:

– Allah-taala, bu nəydi? Bəs mənim qavağıma belə bir şey çıxdı. Pütün sirrəri verifsən da maa.

Allah-taala deyir:

– Bədnəzərdən mənim xəvərim yoxdu. Ordan da, məsəl qalıf ki, bədnəzərdən Allahın xəvəri yoxdu.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin