Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə3/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   2   3   4   5   6   7   8   9   ...   228
III mətn
Deyillər, Allah-taala bir gün Adəmi yaradır. Sora ona görə cən­­nəti xəlq eliyib ona bəxş eliyir ki, xoşbaxt yaşasın. Adəm də cən­nətdə şad-xürrəm yaşayır.

Bir gün Allah-taala deyir, gedip bir yaratdığımı yoxluyum görüm nətəhərdi, nətəhər yaşıyır.

Gəlip görür kü, Adəmi fikir-xəyal götürüp. Yaxınnaşıp soru­şur:

– Ey Adəm, mən səni yaratdım, cənnəti yaratdım. Cənnəti də sənə verdim. Hər yanın gözəllih, gül-çiçəhdi. Niyə bikefsən? Niyə danışıp-gülmürsən?

Adəm deyir:

– Qurban olum, ay Allah, pütün bunnara görə sağ ol, ama nə­sə darıxıram, elə bil nəyimsə çatmır.

Allah-taala tez Adəmin qabırğasınnan Həvvanı yaradır.

– İndi darıxmazsan, – deyip gedir.



Adəm də üş gün Həvvaynan şad dolanır. Soora yenə bikeflənir.

Allah-taala bu dəfə Adəmi yoxlamağa gəlir. Görür kü, yox ey, yenə Adəmin halı hal döyül. Yenə fikri-xəyalı göylərdədi.

Bu dəfə də soruşur:

– Ey mənim yaratdığım, indi niyə sevinmirsən?

Adəm deyir:

– Ay məni yaradan, Həvva səhərdən axşamacan o qədər da­nışır ki, bezirəm. Bunu apar, bəlkə eynim açıla.

Allah-taala Həvvanı götürüb aparır. Deyir, qoy Adəm bunnan belə şad-xürrəm yaşasın.

Nəysə, Həvva gedənnən soora Adəmin elə bil qol-qanadı ya­nına düşür. Könlü qan ağlıyır e. Bunu görən Allah-taala yaratdı­ğı­nın halına acıyır, soruşur:

– Ey Adəm, indi sənin dərdin nədi? Niyə deyip-gülmürsən?

Adəm cavap verir:

– Ay Allah-taala, onsuz da qala bilmirəm. Onu hərdən-hərdən göndər.

DÜNYANIN SONU
Deyillər, yernən göyün arası suynan dolajax. Ölənnər kəfən­də çıxajax suyun üzünə, qalannar da öləjək. Əməli salahlar diriləjəh, əməli pislər öləjəhlər. Heylə deyillər, heylə eşitmişəm.
O DÜNYA
Anamın da dörd uşağı olmu­şumuş. İki qardaşım irəhmətə ge­dif, bir bajım Bakıda, bir də mən burda. Anam gələr ölər. Ölər, bu­na qəvir qazmaa gedən kim, çöldə su qoyan kim – yuada götür­mə­yə. Bu arvad ölər, üzünü çəkəl­lər. Anam gözün açar. Biz yekə olan­da bizə danışdı. Deyir, getmişdim o dünyaya. Deyir, gördüm kü, ana­mın öz anası, qardaşı arvatdarı, hamısı o dünyadadı. Deyir, gör­düm bular gülün-çiçəyin içində nəsə təmizdiyillər. Deyir, dedim, aaz, Həcər, Həlimə, nağayrırsınız burda? Qardaşı arvatdarının adıdı da. Deyir, dedi ki, buy, aaz, sən nə gəzirsən burda, Hava? Deyir, dedim ki, mən də gəlmişəm yanınıza. Deyir, dedi, aaz, sən görmür­sən, ora dört dənə qara qarqa qonuf, sənin balalarındı, nətəəri qı­rıl­daşıllar ağacın üsdündə. Sən burda nə gəzirsən, aaz, yeri, yeri. De­yir, gəldi hərəsi bir qolumnan tutdu, məni ötürdü kü, çıx get, olar sənin balalarındı, dalınca gəlif dördü də. Bir də anam gözünü açıf görüf ki, qoom-qardaşdarının hamısı burda. Mən o dünyanı gör­düm, gəldim deyir, bala. O düzdü. Var o dünya, Vallah var, deyir.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin