HACI QARAMAN OCAĞI
I mətn
Diyarbəkirdə buna (Hacı Qaraman babıya) hakimiyyətdih veriflər ki, məsələn, gəl bu əyaləti idarə elə. Din adamı oluf də. O deyif ki, mənə üç gün vax ver. Üç gün vax verənnən sonra bu gecə ailəsini də götürür, ona inanan adamları da götürür, çıxır. Diyarbəkirdən, Türkiyə torpağınnan çıxır. Üç günnən sonra şah xəbər alır ki, bəs nooldu, gəlip çıxmadı? Dalıncan adam göndərillər, gəlif görüflər ki, o bir misal var e deyir, lələ köçüf, yurdu qalıf! Kişi yoxdu də, düşüflər dalına, adam göndərir. Gəlir, nə bilim hansı bir əraziyə çatannan sonra deyiflər ki, mən o hakimiyyəti isdəmirəm, mənim tutduğum yolnan o düz gəlməz. Olardan da gələnnərin də bir neçəsi buna tabe olur, qalır, bir hissəsi qayıdır. Və buna Allahdan çəlih qismət olufdu. Ayə gəlifdi Allahdan ki, Çələbi, hansı ərazidə o çəlih dursa, lövbərini orda salırsan. Bu çəlih gəlir fırrana-fırrana, ümmiyətlə də, gəlir-gəlir Tatar kəndi var, (Tatar kəndi Cəbrayıldan bir az bərdədi, bu Sirih kəndinə yaxındı) orda çəlih dayanır. Çəlih dayanır, çəlih bunnan yerimir də. Yəqin ki indi bir işarələri olufdu də, onnan hərəkət eləməyə. Orda bir neçə gün qalır. Burda da bir dənə kişi varrıymış, bir də xəsdə qızı varıymış. Anadan olannan elə xəsdeymiş, Yetərmiş qızın adı. Kişi də üş gün, dört gün buların evinin qavağında ocax qalıyırmış, hava da soyuğumuş də. Kişi gəlir ki, ay balam, gedin görün o kimdi, nəçidi, bəlkə elə oğrudu, elə bizim bu heyvanımızı gəliv oğurramağa. Nəsə, göndərillər adamı. Həmən adam geder deyir ki, kimsən, nəçisən? Deyir ki, bəs mən beleyəm də, bala, qərif bir adamam, burda da heş kimim yoxdu, onnan sora tanışım yoxtu. Elə bir üç-dört gün burda qalır, acınnan-susunnan birtəər olur. Götürüf gəlillər evlərinə. Gətirillər evlərinə, gecə yatır. Tezdən, deməli, ev yatıf, duranda görür kü, Yetər addı qız başdıyır qapını süpürür. Arvat deyir ki, kişi, dur ayağa, kişi, dur ayağa. Deyir, ay arvat, nədi? Deyir, bəs, qarnın yammasın, Vallah, bu kimdi, nəçidi, bu xeyir-şəfa bu kişidən gəlifdi. Qız danışır da, qapını süpürür.
Nəsə, səhər açılır, çaydan, çörəhdən yiənnən sonra həmən Hacı Qaraman deyir ki, mən artıx getməliyəm də. Kişi deyir ki, yox, səni hara boşduyuram. Sən kimsən, nəçisən, mən səni tanımıram, amma sənin kəramətinnən mənim bu qızım şəfa tapdı. Bu qızımı verəjəm sənə, bax budu e malımnan da, qoynumnan da, varım-dövlətim çoxdu, get yaşaynan. O, onu da götürür gəlir o Hacı Qaraman pirinin, ocağının yanına. Hansı ki, o ocağ soradan pir oldu, inanıldı, müqəddəs yer oldu, orda elə o dünyasını dəyişdi. Marallar gəlirdi, orda maralları Yetər nənə sağarmış, çıxıf gedərmiş. Hacı Qaraman da barmağın salıf uyundurarmış. Həmin o məçid, orda bir məçid vardı, tupulğu deyirdilər, tupulğudan düzəltmişdilər. Molla Vəli Vidadi gəliv orda dərs deyifdi, həmən məçiddə. Hacı Qaramanı, Çələbilər kəndi deyillər, olardı nə bilim 300-400 metr aralı. Molla Vəli Vidadi orda molla dərsi deyifdi. Tupulğu, adətən, onnan çalğı düzəldirih qapını süpürməyçün, çox naziy olar, belə barmax nəzihlihdə. O möcüzə kimi Allah onu o qəddər böyüh yaratmışdı. Yanı sən heç harda o böyühlühdə ağaca rast gəlməzdin, o tupulğu ağacına ha. Meşələri də axdarsan, ras gəlməzdin. O tupulğu ağacı ancax nəzihdi, o deməli, o qəddər böyühdü, sijim hərriyərdin, o uzunda sijim gücnən ona gələrdi çatardı, dolıyardı. Helə böyüh əmələ gəlmişdi. Ağaşdı o da.
II mətn
O vax İrannan addıyıf bizim kətdəri çalıp-çapırmışdar dayna. Oğurrux, nə bilim. Ofşim, irannılar bizə çox ziyan eliyifdi. Bı Arazboyu kətdər var bizdə, ordan – İrannan addıyıf gəlirmişdər, bizim kətdəri talan eliyif qayıdırmışdar. Bir gün o tayda nəysə deyillər, o nə Hacı Qaramandı, nə Hacı Qaramandı e, gedəy oranı dağıdax. Nəysə, gəlillər. Hacı Qaraman özü evdə olmur, arvadı Yetər nənə evdeymiş. Bıllar da qırx atdıymış, əlli-atmış atdıymış. Yetər nənə deyir ki, düşün, qonağımız olun. Deyir, ay arvat, sən bizə nə verə bilərsən ki, bir belə atdı düşəh. Nəysə, düşüllər, deyillər ki, atımıza arpa ver. Yetər nənə bir balaca torba gətirir. Bıllar gülüllər, lağ eliyillər ki, ə, bı hansı ata çatar? Nəysə, bınnan ovuşduyup atdara verillər, bı qutarmır. Nə arpa qutarır, nə bir şey. Soora bir balaca qazan asır. Deyillər, ay arvat, bı qazan kimə bəs eliyəjəh? Deyir, sizdih dəyil. Otuz-qırx atdının hamısın bı yedizdirir. Ofşum, baxıllar kin, bir qadın xeylağı bı qədər adamı yola saldı, ordan qayıdıf gedillər. Həə, orda bir də Hacı Qaraman gəlif çıxır. Deyillər ki, sənin adın çox çıxıfdı, səni sınıyajıyıx. Bizə bir möcüzə gösdər, sənnən əl çəkəh. Orda marallar gəlir, dağdan marallar yenir gəlir. Maralları Yetər nənə sağır, sonra o qaçaxlar çıxıf gedillər, day toxummullar ki, həqqətən də, böyüh övliya ocağı olufdu.
Dostları ilə paylaş: |