III mətn
Kimin qazanda yeməyi bir az azdısa, ya qonax çoxdusa, deyillər, Yetər nənənin qazanı olsun qazanınız. Yanı bərəkəti artsın da.Yetər nənənin qazanı olsun. O məsəl var.
IV mətn
Hajı Qaraman Diyarbəkirdən gəlifdi. Onun əsil adı olufdu Diyarbəkirdən gələn Əziz Əfəndi oğlu Əhməd Çələbi. Belə qara xalı oluf deyə adına Qaraman deyiflər. Cavan oğlanımış. Çəliyin atıf Diyarbəkirdən, deyif, bı harda dursa, mən orda məsgən salajam. Deyir, gəliv o qalıfdı bir evdə. Görüf bir ev var, o kişinin də adı Əhmədimiş. Deyir, deyif, Allah qonağı isdərsiniz? Deyif, Allaha da qurban olum, sənin kimi əziz qonağına da. Buyurun, gəlin. Axırı ki, qalır gejə bırda. Bir çavısdanımış dayna. Allah verənnən yeyif yatıflar. Bunun da bir qızı varımış, anadangəlmə gözdəri korumuş. Tezdən arvat durur yerinnən, görür, qızı yoxdu yerində. Ora baxır, bıra baxır, çıxır çölə, görür qız çölü-çəməni silif-süpürüf, mal-qaranı qoşuf. Girif qurban olduğum Qaramanın yıxılıv əlinə-ayağına:
– Saa qurban olum, necə aşdın?
Deyif:
– Mən adicə bir insanam.
Deyif:
Hər kimsənsə, sənnən açılıf bının gözü.
O qızı verif, deyif, nökər işdət, neynirsən, elə, bı qızı verirəm saa. O da onnan aylə quruf. Onnan soora elə bı babalarımız, elə bı törəmələr onnan sonra bir-bir dayna əmələ gəlif. Maral gəlif süd verərmiş. Yetər nənə o maralları sağarmış, qatığın çalarmış. Yaralananın yarasın bağlarmış, gedərmiş, axşam gəlif südün yenə verərmiş. Heylə möcüzələri çox oluf.
V mətn
Hajı Qaraman bavam çox dedihcən, möcüzəli oluf, kərri-kəramətdi oluf. Hajı Qaraman bavam gedif İranın şahıynan söhbət eliyif. Arazın bəri tayınnan Hajı Qaraman baba danışıf, o taydan da İranın patşahı danışıf. Söhbət eliyif, deyifdi kin, sənin nə cür mən kəramətini bilim? Deyifdi ki, o İrannan gələn difarı minif adicə, ilannan da qamçını alıv əlinə, Hajı Qaraman babanın görüşünə gəlif. Deyifdi ki, ay Hajı Qaraman baba, sən görsət maa hünərıı, göstər görüm. Yanında bir nəfər adam oluf, deyifdi ki, get Arazın üsdə ojax qala. Deyif, a kişi, uşağ-uşax danışma, Araz durajax, orda sən ojax qaleyjaxsan? Deyifdi ki, olar. Gətirif bu bir nəfər bu ojağı qalıyır Arazın üsdündə, Araz da dayanıf. Qalıyanda deyiv, ay Hajı Qaraman baba, axı yanmadı? Deyif, deynən, İnşallah, yanar Hajı Qaraman babanın ojağı! Ojax bəyax yanıf. Yananda deyiv, a kişi, sənə şəkg eliyənə nəhlət, mənim sənnən işim yoxdu, sən ayrı şeysən.
İndi Hajı Qaraman bavam çox, hər bir şeydə təcrübəli oluf. Suruxtalarda bizim Çələbilər qışdağında atamgilin evləri olub. Bulqey babamgilin dədəsinin də əvi orda oluf, əlqərəz üçünün əvi orduymuş. Hajı Qaraman evlatlarının o dağın ətəyində evləri oluf. Nəysə, gəlif yığışıflar hər gün. Bir gejə bir əmimin əvində qalırmışdar. Söhbət eliyirmişdər. Oruşdarını açarmışdar. Namazdarını qılır, səhər gejə o birisində, biriyün o birisində, helə-helə bir-birilərində görüş keçirirmişdər. Bu İranın xannarı onnan, şahları yığışıf gəliflər Hajı Qaraman bavanın bax o qışdağına. Ora yığışıflar. Orda görüflər ki, ilan gəlir, axıf gəlir, niyə gəlir? O İranın şahı belə qaçıf, bu belə qaçıf. Canına fida olduğum Hajı Qaraman baba belə vırıf. Onıynan gediv öyündə məhv oluf.
VI mətn
Çələbi babama bir dənə kasada süd veriflər. Barmağın salıf, mayalandırıf, qatığ oluf. Eləjə çeçələ barmağın salırmış.
Aşıx Qaramannıdı,
Xalın Qaramannıdı.
Soruşsalar nəslini,
Deyin Qaramannıdı.
Dostları ilə paylaş: |