Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə38/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   34   35   36   37   38   39   40   41   ...   228
ALI ÇƏLƏBİ
I mətn

Qubatdı rayonunda Ballı qaya kəndi deyillər, mənim babam Alı Çələbi bir gün ordan keçəndə görür kü, kəntdə çox pis çaxnaş­ma var. Hə, kətdə nəysə hamı vırılıf bir-birinə, ofşim, əlində silah, camahat nəysə dava halındadı. Bının da yanında mürütdəri varımış. Soruşuf ku, nədi bı, noolufdu? Deyiflər ki, bəs bir gəlinin tumanı itifdi. Bı da yəni namus məsələsidi da. Bı kənt iki yerə bölünüfdü, yəni bı sahat qırğın ola bilər. O vaxdacan Alı Çələbini tanımır­mış­dar da Qubatdının Ballı qaya kəndində. Bu yaxınnaşır, ay camahat, nolufdu, bir sakit olun. Deyillər ki, bəs belə, fılankəsin gəlini­nin tumanı itif. Elə bil ki, qonşudan şüpələnillər və yaxut da başqa­sın­nan. Bir inəh varımış, elə orda yatıp. Orda, deməh, bağla­mış­ımış­dar. Deyir, bı inəh kimindi? Deyillər ki, mənimdi. Deyir, qiyməti nə qədər olar bunun? Deyir, a kişi, sən nə deyirsən? Bırda camahat qırır bir-birin. Nə qiymət, nə inəh? Elə bilillər inəh alandı. Deyir ki, inəyin qiymətin deyin. İnəyin qiymətin deyillər. Çıxardır pulun ödüyür inəyin, deyir ki, inəyi kəsin. İnəyi, nəysə kə­sil­lər, deməh qarnınnan gəlinin tumanı çıxır çeynəmmiş vəzyət­də. Onnan sonra o boyda kət – o Ballı qaya camahatı deməh, Alı Çələbini nazəm­bil­lah, Allah qədər, o dərəcədə çox isdiyillər də. Onnan sonra o kən­din hamısı kirvə oldu. Yanı indi də gəl-getdəri var.

Sonra bizdə İsaxlı kəndi varıdı. Orda da ətraf rayonnardan, kətdərdən bir neçə mollalar gəlip yığışıplar kətdə. Bir şeyi də qeyd eliyim ki, o gün də dedim, mollalarnan bizim nəslin arası olmuyup. Söhbət o pis mollalardan, o camahatı alladan mollalardan gedir ha. Nəysə, mollalar yığışıplar, möcüzədən, nə bilim, kim belədi, kim belədi. Həə, o vax Alı Çələbi babam gəlipdi. Mənim babam qorxu­lu adam oluf. Məsələn, anamın atası Yasin Çələbi olupdu. Çox yumşax, rahat adam olupdu, özü də elmili adam olufdu. Amma Alı Çələbiyə qara qılış deyir camahat. Elə çatdı, vırırmış e. Orda yığı­şıplar, nəysə, Alı Çələbi gəlip məclisə. Keçi varımış, qarnında bala­sı, hələ doğmamışımış. Deyir ki, kimin duxu çatır, kimin gücü çatır, o keçinin qarnındakı balanın əlamət­də­rin desin. Kim deyə bilər? Heş kim. Bıllar hamsı elə-belə mollala­rımış. Nəysə, orda keçini kəsillər, camahatın gözünün qabağında. Bı deyir ki, ayağında səkili, qaşqasında ağı, nəyi, nəyi. Bütün əlamətdərin deyir. Keçini kəsillər, görüllər ki, həmən əlamətdər. Yəni bullar övliya olupdu. Bıllar Allahın sevimli bəndələr olupdu də. Babaları­mız belə olupdu.
II mətn

Namaz qılır, qutarır namazın, arvadı yeməh-içməh hazırrı­yıp­dı, süfrəni aşmışımış, gəlib oturup yeməyə başdıyanda durup təz­dən bir də əlin yuyurdu. Aravdı deyir ki, a kişi, sən incənə yuyuv oturmadın? Deyir ki, şələsi ağır olan bir nəfər dedi, ya Alı Çələbi! Məni çağırır köməyə. Ona köməh elədim. Əlim yanı onçun bulan­dı. Həyqətən də, heylə oluf. Kiminsə yükü ağırımış, çağırıf, ya Alı Çələvi! Agah oluf da bına. Bı elə bil ki, mənəvi ona köməh eliyif da. Heylə oluf.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin