Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə39/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   35   36   37   38   39   40   41   42   ...   228
III mətn

Əlinin atası Alı Çələbini mən görməmişəm. Görənnər deyərdi ki, gedirmiş Hajı Qaramana, Havısdı kəndi varıdı, onun yanınnan el gəlif tökülmüşümüş, cada deərdilər, cadıya. Cada yol deməhdi. Hə dana belə o böyüh yol – Havısdının qabağınnan keçən Hajı Qara­ma­na. Hə, qadan alım, deyərdi, Allahım hakqı, ordan gəldi, yoldaşı dedi, ay Alı Çələbi, neynirsən danışığı, gəl gedəh. Dedi, yox, burda nəysə arvat danışığı da var. Bir oğlan, görüflər, arvadın qavır, öldü­rür kü, səni qavajıyam, çıx get. Hardan gəlmisən, çıx ged orıya. Hanı sənin şamaxın, yaylığın hanı? Deyəndə deyir, vallah, başım­nan aşdım, atdım çətənin başına. Alı Çələvi babam dönür orıya – Əlinin atası. Deyir, nədi bı danışıx? Deyillər, əşşi, yolunnan get, nə bilim nədi? Deyəndə deyif, yox e, bırda yaylıx danışığı var, nədi bı danışıx? Deyəndə gəlin deyir, ay başına hərrənim, hardan gəlmi­sən? Yıxılır bının ayağına. Nə bilir kimdi, tanımır. Mən yaylığımı açıv atmışam çətənin başına, indi yüh­lə­nirih, yaylıx yoxdu orda. Deyəndə deyifmiş orda qırmızı inəh var. Qarqıdan belə çətənə deyirdilər, sarı rəhdə – qamışdan. Gətirin o inəyi bıra, hər kəsin­di­sə, onu kəsəjiyəm, şamaxı qarnınnan çıxsa da, çıxmasa da, onun pu­lun bı civimnən özüm verəjiyəm. Gedillər inəyi gətirillər, kəsil­lər. İnəyi kəsillər, de­yir, mən yol adamıyam. İnəyin qarnın tez cırın, qarnın çığardın çölə, qursağındadı, qursağınnan çığardax yaylığı. Be­lə pıçağınan cırıllar, yaylığı inəyin qursağınnan çıxardıllar. De­yir, bala, oğlan, şamaxı budu? Oğlan ayannan gəlir, yıxılır ayağına duz kimi yalıyır. Sən hardan gəlmisən, sən nəsən, nəçisən, mən sən­nən əl çəhmiyəjiyəm. Tanıt özunu maa. Deyif, mən Alı Çələvi­yəm. Şıx Hajı Qasım Çələvinin oğluyam. O bir heylə el ona tabe olur. İnəyin pulun çığardıf sayanda deyir, ayıbdı axı, sən məni qan­nan qutarmısan. Bı bir belə elinən mən qannı olajağıdım. Allah sən­nən irazı olsun. Hələ sana inəh də verəjiyəm, mal da verəjiyəm, sə­ni kirvə tutajıyam. Oğlum olsa, qucuna qoyajiyəm. Hansın deyim?



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin