Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə40/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   36   37   38   39   40   41   42   43   ...   228
YASİN ÇƏLƏBİ
Yasin Çələbi, Alı Çələbinin qardaşıdı. Deməh, orda Çələbilər kəndi varıdı. Qədim tarixi var. Hacı Qaraman gəlip orda, deməh, məsgən salıpdı. Onun iki oğlu olupdu. Biri Musdafa Çələbi, Biri Məhəmmət Çələbi. O Məhəmmət Çələbi tərəfinnən orda məçid tikilipdi. Molla Vəli Vidadi də orda dərs deyipdi. Savet hökuməti qurulanda irmi üç, irmi dörd, irmi beşinci illərdə Bakıdan bir qrup adam göndərillər ki, gedin kətdərdən savatdı adamları toplan. Bakı Dövlət Unverseti yarananda məllim-zad yoxumuş da. Çatışma­maz­dıx varımış. Savatdı adamları yığın, gətirin, məllim işdəsin də. Bırda da həmən o məçitdərdə Yasin Çələbi şəriyət dərsi keçirmiş də – Qurannan-zaddan. Tələbələrinnən indi də duran var. Gəlillər, nəysə, dərsə baxıllar, dərsin gedişatına baxıllar – hər şeyə, çox bə­yənillər. Deyillər, Yasin Çələbi, dövlət tərəfinnən bizi göndərif­lər, biz sizi Bakı Dövlət Unversetinə məllim kimi dəvət eliyirih, bir şər­ti­nən. Deyir, nə şərt? Deyir ki, başınıza şapqa qoymalısınız. Yasin Çələbinin də başında əmmamə olur da. Deyir, yox, mən onu eliyə bilmərəm. Nəysə, axır ki, min dokquz yüz otuz üçüncü ildə, məncə, Yasin Çələbini tutdular Daşkəndə sürgün elədilər. Yanı bizimki­lərdən Hafizə Çələbi gedif, Murmansqıya sürgün elədilər, soora ba­bam Alı Çələbini bir həfdə ərzində troyka deyirdilər o vaxd. Çoxu da ermənilərdənidi. Yanı Bakıda olan NKVD-nin üzvüləri çoxu erməniydi. Bir sahadın içində guya iclas keçirirdi, təyin olundu, flankəs güllələnsin. Bütün o ziyalıları heylə güllələmiş­dilər.

Bizim babamız – kökümüz Əhməd Çələbi olufdu. Ümmiyət­nən, bizə Çələbilər deyillər. Əziz Əfəndi oğlu Əhmət Çələbi. Di­yar­bəkirdən gəlifdi. Yanı təriqət yaymağ üçün gəlifdi Azərbaycana. Bizimkilər elə bir ortax yol tutuflar ki, məsələn, Cəvrayılda sünni-şiyə söypəti yoxdu. Hamı bir-birinnən qız alıfdı, qız verifdi. Yəni biz özümüz, elə bil ki, sünnü təriqətinnən ola-ola imama ehsan ve­ririh, onun qırxın saxlıyırıx, toy eləmərih. On gün üzümüzü qırx­mırıx. Yəni bütün necə ki, şiyələr, elə bil ki, o on iki imama olan sevgi bizdə onnan da artıxdı. Heş bizim ixdiyarımız da çatmır ki, min üş yüz il bınnan qabağ olmuş hadisələrə hansısa bir rəy söylü­yəh. Ora əl uzatmax, barmağ uzatmax, yanı bizə yaramaz.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin