Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə41/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   37   38   39   40   41   42   43   44   ...   228
ƏLİ ÇƏLƏBİ
I mətn

Balaca vaxdı mən xəsdə olmuşam, məni paraliç vurufdu. Mə­nim anam məni aparıfdı, Əli Çələbi deyillər, onun yanına. O, məs­ləhət görüf kü, bunu apar Bakıda həkimlər var, onun yanına. Anam da savatsızıdı də, şəhəri tanımır, eləmirdi. Əl çəh­miyib bunnan ki, mən sənnən əl çəhmərəm, sən özün köməy elə. Onun bir dənə əliyi varımış, tutuf vermişdilər ona, balaca bir əliy, elə yanın­da qalarmış. Anası vardı, Şərfə Çələbi. Deyir ki, ana, bunun yerini mənim aya­ğımın altında salınan. Yatmışam onun ayağının altında, tezdən du­ruf yerimişəm. Yanı onun kəramətdə­rinnən biri budu. Üş günnən də soora o əlih dünyasını dəyişif. Aparıv onu büküflər ağa, deyiflər ki, bunu dəfn elə. Əli Çələbinin çox möcüzələri olufdu, həddinnən ar­tığ. O da Hacı Qaraman nəslin­nəndi, törəməsinnəndi.


II mətn

Qonşu qonşuynan dalaşırmış. Mən də altı aylığ uşağımışam da anamın qucunda. Giriv aralarına harayçılığ eliyəndə iri bir daş tutuf qulağımın divinnən. Çisti9 ölmüşəm. Ölmüşəm, hay gedif Əli ba­ba­ma, həm də kirvəmizdi. Atam qardaşdarını qoyuf qıçına. Hay gediv Əli babaya ki, bəs qız öldü, Fatmanı Məhəmməd öldürəjəh dayna, ana­mı – rəhmətdiyi. Əli babam gəlif belə sığallıyıf. Başımı sığallıyıv, onnan sora mən dirilərəm. Sonra Əli babam deyir, Fatma, helə bil ki, qızı dirildincən, Allah bilir, mən nələr çəhdim ki, səni Məhəmmət dan­namasın. Bəs sən uşax qucağında davıya niyə girirsən? Deyif, ha­rayçılığ eliyəndə deyiv, ürəyim durmadı dayna, ay Əli, qurvanın olum.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin