Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə42/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   38   39   40   41   42   43   44   45   ...   228
III mətn

Mən körpə uşağmışam. Məni aparıflar Əli Çələbinin yanına. İki aylığ uşağa gətirif Əli dayım iki konfet verif. Bu saat öz aramızdı, iki aylığ uşax nədi? Qırxı təzə çıxmış olur dayna. Anam deyər ki, bala, sümürdün o konfeti. Deyir, heş kim inanmadı ki, bı nətəər... Nə mənim o boğazımda qalmıyıf. Allahın izniylə, Əli Çə­lə­bi şıx oluf da. O qədər kərəmətdi övliya oluf, Allah hakqı. Onda Əli Çələbi, balaca deyirəm daa, iki aylığ uşax deyif ki, bu mənim balamdı, nənəm deyir, ya dedi, bu mənim qızımdı, ya dedi, mənim payımdı. And içir ki... Mənnən də dört yaş böyüh bir bacım getmi­şimiş. Deyir, ona heş nə demədi. Nə də ona qismət vermədi. O, xəsdələnəndə anam özünü öldürürdü. Deyirdim, onu mənnən çox isdiyirsən. Yox, bala, deyirdi, sana Əli baban qismət verif, arxa­yı­nam. O bajım Allah hakqı, altıncı sinifdə oxuyanda rəhmətə getdi. Yanı Əli babam kəramətdi övliya oluf. Bax onu güzgü kimi bilif ki, mən o ojağa düşəjəm. Onun ojağına.

İndi bayaxkı oğlan gəlif, deyir, anamın dokquz il uşağı olmu­yuf. Zübərdi arvadın adı. O kirvəmizin. Oğluna toy eləməy isdiyir. Deyir, dedi, gedin, Zübər, qorxma (indi rəhmətə gedif o arvad), sənin deyif, çoxlu oğlun-qızın olajax. Başdı­yıv oların adın qoyuf, deyif, Saadət, Sadaqət, Saxafət, Mukafət, İbadət, Ədalət, Məryam. Allah ona bir heylə uşax verif. Mənim o əmimi deyirdim e, onu kimi. Onun hamısına heylə qoyuflar, birinə ayrı ad qoyuflar, o da ölüf.

Əlli il, altmış il bunnan qabax burda (Yeni Yasamalın ərazi­sini nəzərdə tutur – top.) heç nə yoxmuş ee, qaratikan kolları var­mış. Deyif, burda bir dəstə sirihli olajax, bizimkilərin biri də içində. Allah o Siriyi saldı diri bı məhliyə, içində də biz oldux. Əli Çələbi Fatma Çələbinin qardaşı oluf. O, Müsdəqim Çələbini oğullux gö­türüv özünə. Bir oğlu oluf, irəhmətə gedif. Özü də cavan irəhmətə yedif, amma deynən o Allahdan ona agahımış ki, onu övladı olma­yajax. O bir oğuldan soora. Bir oğlu oluf, bir qızı. Rəhmətə gedif. Onun anası Həvəzə Çələbi varımış. Deyif, Əliynən Suğranın övla­dın görənnər cəhənnəm oduna yammıyajax. Heş demə yanı bıllar qal­mı­yajax. O sözü özü deyirmiş, bildin? Taa onda gərəh hamı cənnətə yedeydi. Cənnətdə hər cürə adam da axı olmur. Həə, olar çox kərəmətdi övliya oluf.


IV mətn

Biri də Əli babamın paltarına gəlirmiş. Bunın da nol altısı varımış, yolda maşın dayanıf. Deyif, maşın dayandı, bunu basmax lazımdı. Qar da dizdən. Gəlirmişdər Əli babamın paltarına. Qayna­nasıynan yoldaşı da maşındaymış. Bir də başqa adam varmış. Kişi də (maşının sahibi) yaman qısqancıymış. Yoldaşını qısqanır­mış dayna. Deyif ki, bular düşüf basmağa, nə qədər basıflar10, maşın çıxmıyıf da batdığı yerdən. Sora deyir, gördüm, bir kişi köməh eli­yir yoldaşıynan qaynanasına. Buz imiş hər yer. Deyir, bu köməh elədi, maşın çıxdı. Deyir, dedim, mama, kimidi o, xalamoğlu Rəsu­ludu? Deyir, dedi, kim, ay Elman? Mənnən anamnan başqa heç kim yoxduydu ha. Deyir, qışqırdım üsdünə ki, yalan deyirsən, mən gözü­mə inanım, sana? Arxada sizə bir kişi köməh eliyirdi. İkisi də and içif. Onda qaynənəsi ağlıyıf deyif, Vallah, o Əlidi Allahın izniynən. Onun paltarına gedirdih. Oyumuş köməhlih eliyən. Gəl­mi­ş­imiş Əli Çələbinin ziyaratgahına. Paltarına, nişanasını ziyarat eləməyə. Bərh də xəsdeymiş, onun boğzınnan nəsə şübhə­lən­mişdilər həkimlər, pis xəsdəydi. Onnan sora Nuray xala ağlıyıf, deyif, Vallah, bala, o, Əli babanımış da, köməyə gəlifdi.


V mətn

Bir dəfə bir uşağ olmuşumuş. Bunu aparıllar Əli Çələbinin yanına. Əli dayıma deyillər ki, bunun adını qoyunan da. Bəkir ki­şinin bir oğlu oluf. Deyir, bunun adını qoyuram Şakir. Balam Aşıx Şakirdi ki Aşıx Şakir. İndi o, bir oxuyur, Allah hakqı, elə bilir­sən, Aşıx Şakirdi. Çağa imiş e, qırhlı. Çox gözəl oxuyur e, hamı­nın xoşuna gəlir. Adıynan deyiflər. Əli babanın çox möcüzələri oluv e.


VI mətn

Bir dəfə də gedirmiş Əli Çələbi Cəbrayıla. Nəyisə, gedif gö­rüflər ki, çoxlu maşınnar batıf qalıf. Əli dayım da saxlıyıf. Bir kişi də bilmir e gələn kimdi. Elə öz ürəyində deyir ki, həə, bərk gə­linən, guya biz keçdih, sən qaldın. Yaman da keçərsən. Əli Çələbiyə də agahdı dayna, bu. Nə isə, sifdə saxla demişimiş dayna, bu. Nə olsa, Allahdan ona agah olurmuş. Buna agah oluf ku, belə deyillər. Şo­ferin adı Əli imiş. Deyif, Əli, maşını sür. Deyif, ay Əli, qadan alım, görmürsən, necə maşınnar sürüşüf dəriyə düşüflər. Deyir, sana deyirəm maşını sür. Məcidov Əlidi o şoferin adı. Deyir, bala, Əlini yaradan Allah hakqı, maşın, elə bil ki, burdan uşdu yerə dəymədi, getdi o quruluxda durdu, sürdü maşını. Onnan sora Əli Çələbiyə inam daha da artdı.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin