Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə44/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   40   41   42   43   44   45   46   47   ...   228
FATMA ÇƏLƏBİ
I mətn

Mən Fatmanın yanında olurdum. Fatma Siriyə gələndə gedir­dim əvinə. Qardaşı əvi olurdu Sirihdə, Əlinin əvi varıydı dayna. İn­di kəndə gələndə bizim əvdə qalırdı. Tünnüy olmuyanda o da, mən də Əlinin əvində qalırdıx. Bir gün oturmuşduğ, oranı irahladıx, ye­məyi-zadı. İndi addıyrıx ki, qayıdax bizdə yatax. Axşam simavarı süz­düm. Bax bax bu isdikanın biri. Buncan süzdü (söyləyici stolun üstündən stəkanı götürüb göstərir – top.). Tay simavardan su qur­tardı. Mən çay işməmişdim. Fatma dedi, lap yaxşı oldu. O adam­narın yanında niyə işmədin? Dedim, qadan alım, getsəh, bizdə içə­rih, getməsəh, simavarı burya gətirərih. Birdən belə baxdım, dedim, ay Fatma, Val­lah, bir qoşun adam gəlir. Dedim, qadan alım, sima­varı süzüm? De­di, tay tərpətmə, hara süzürsən simavarı? Dedim, içində su yoxdu ha damcı da. Qoy gətirim doldurum. Dedi, aaz, si­ma­varı tərpətmə. Gə­lən­nər qapıdan girdilər, gördüh, Məhərrəmdi, ar­vadı Məhluqadı, beş da ayrı arvatdı. Dedi ki, ay Məhərrəm, xeyir olsun, niyə bu vədə? Dəəndə dedi ki, Allah köməyin olsun, ajınnan ölürəm, mana biraz çörəh ver yeyim, onnan sora deyim. Əvvəl çay isdədi bı. Dedim ki, oy Məhərrəm dayı, simavarda bi damcı da su yoxdu. Dəəndə (Fat­ma) dedi ki, olajax, olajax, bala. O, bu əvin si­mavarısa, olajax. İna­nırsınız, inanın, inanmırsınız öz işınızdı. İçin­də küldən başqa heş nə yoxdu. Dedi, ağız, simavarı doldur kömü­rü­nən. Dedim, simavar boş­du. Dəəndə dedi ki, aaz, sana söz deyirəm, simavarı doldur. Doldur­dum. Dedi, durbasını da qoy başına. Öz-özümə ürəyimdə dedim, bu nə deyir? Nə dedim, boynuma alıram. Ta məjbur simavara kömür töhdüm. Simavardan yalov çıxdı. Sizə qurban olum, dedim, biraz ayna durum, indi simavar partdıyajaxdı. Dedi, Ayna, nə var yeməyə? Dedim, Fatma, o qazandakı ət də du­rur, qatıxdan, pendirdən də nə varsa, hamısın­nan qoyajam. Məhər­rəmgil elə adam dəyil ha, utan­mağ ola. Hançi hançini yeyir, yesin. Dedi, Məhərrəm, hindi de gö­rüm, nəyə gəlmisən? Dedi ki, qadan alım, gəlimişəm, gədiyə toy eliyirəm. Gedəh. Dəəndə dedi, Məhər­rəm, toyu sırağagün eləmisən. Heş demə, elçilih eliyif, buna da demiyif. Deəndə, dedi, ay Fatma, Allah hakqı, eləməmişəm. Deən­də, dedi, ay Məhərrəm, Allah deyir­sən axı ağzında sən. Dedi, Fat­ma, o Allah hakqı, eləməmişəm. Elçi getmişəm, ona da sənə gəlif əziyyət vermədim. Deəndə dedi, indi gedəndə əziyyət olmu­yajax? Dedi, gəlmədim dayna, nəysə. Məhər­rəm dedi ki, Fatma, o Hajı Qa­­raman hakqı, aşıx gəlir, demişəm, zakazın vermişəm. Çaldıra­jam, o Hajı Qaraman hakqı, gəlməsən, o gəlini gətimijə­yəm. Dəən­də dedi, Məhərrəm, sənin xətrinə yox, Məh­­luqanın xətrinə, günorta gəlif, gəlini gətirəjəyəm, ama oturmu­yajam, qayı­dajayam dala. Dəən­­də dedi, hə, neynəy, elə sən gəl. Gördüm, elə onu deyir­dim, boş simavar qaynadı, daşdı. Çay töküldü belə, durbanı aldım o nə­fəs yolunu açdım simavarın. Boş simavar necə doldu suynan, necə qaynadı? A kişilər (yanımızda oturanlara müraciətlə deyir – top.), o inandığı­nızın canı hələ də məhətdələm. Fatmanın da o möcüzəsin gördüm.
II mətn

Bir gün də gənə Fatma bizdə yatıf. Mən də əvdə ehdiyatnan gəzirəm ki, takqıltı olmasın, uyanmasın. Qəfil səs eşidiv uyananda yata bilmir day. Heyvannarı aparıf ötürdüm çölə, qayıdanda gör­düm kü, Komunun qızı duruf bizim hovuzun qırağında. Aralıdan belə elədim (əlini yelləyir – top.). Səsini çıxardanda dedim, dimmə, dimmə, uyanacax Fatma. Qız dedi ki, aaz, getmə, Fatma yoxdu əvdə. Dedim, aaz, hər sözü danışma. Yoxdu, hanı yoxdu? Dedim, elə eliyim ki, bilimməsin. Qapını da elə qoymuşam ki, takqılla­masın, takqıllıyanda qapını açanda bilinir. Elə özüm girif çıxıram, bular oanki evdə yatır. Çıxdım gördüm, həqiqi yoxdu yerində. De­di, aaz, uyanıf? Dedim, yox, hələ uyanmıyıf, dəymə. Yəni deməh isdiyir ki, mən görürəm yoxdu orda. Niyə mənnən danırsan? De­dim, yox, uyanmıyıf, yatıf. Qaravatınnan yorğan düşüf oana, deyif, bilməmisən. Dedi, qoy mən özüm gəlim, baxım. Dedim, nəyə baxırsan? Tıkqıltı eləmə, səs eşidif uyanıf durajax. Qəsdən deyirəm e mən buna. Yoxdu yerində. Biraz durdum dayna, aralana bilmədim qapıdan. Bir az durdum, belə hərrəndim, bir də qayıtdım gəldim. Ehmal-ehmal getdim, qapıdan girdim. Gördüm hörgü12 yarılıf, o Al­lah hakqı, belə gördüm. Hörgü yarılıf, Fatma girdi içəri. Din­mə­di, belə elədi (söyləyici başını tərpədir – top.). Səsimi çıxartmıyıf çıxdım çölə. Mənnən biraz sora Fatma da əvdən çıxdı çölə. Ko­munun qızı dedi ki, sabahın xeyir, qadan alım, mən gəlmişəm. Bun­nan da iki yol dalaşmışam ki, yoxdu Fatma. Dəəndə dedi ki, göyə-zada çıxmamışdım ha, yerimdəyəm. Gördü kü, deməmişəm. Sən demə, Komu xəsdeymiş, qız gəlif Fatmanı aparmağa. Bıllar gedəsi oldular. Fatma maa çöndü ki, bajı, sən getmirsən? Dedim, qadan alım, nə bilim, getməlidi, gedim. Dedi, gə sən də. Getdih gördüh belə yer qayırıflar dayna. Balaca əvləridi olduxları yer. Bu Komuya da Fatma Famıx deyirdi. “Ə, Famıx, niyə azarranıfsan”, – dəəndə ağladı. Dedi, Fatma, azarramax nədi, ölürəm. Dedi, ə, hələ ölmüyə­jəhsən. Gedəjəhsən Bakını gəzəjəhsən, gələjəh­sən, qorxma. Gördüh belə kasada süd qoyuflar puçun üsdünə ki, bişsin. Fatma gəlincən bu süd bişsin, görəh buna içirə bilər? Südü götürdü, töhdülər bir is­dəkana, bunnan biraz çox süd (stəkanı əlinə alıb göstərir – top.). Verdi ki Fatmaya, qadan alım, bajısı, bunu ver işsin. Dəəndə dedi, ver Aynıya, versin. Deəndə dedi, ay Fatma, sana veririh, Ayna nə­di? Dəəndə dedi, bajı, vermirsınız ki, mana ver? Mən də verirəm, Ay­na, ver. Verdim, bir az hortdatdı. “Ay Fatma, uda bilmərəm, ay Fatma”. Dedi, uda biləjəhsən, ud. Güjnən uddu. Dedi, Komu, bir də iç. Bir də yalannan “fff” elədi, axır ki, onu da uduzdurdu. Dedi ki, Fatma, nağayrım? Dedi, Əli (Əli Çələbini nəzərdə tutur – top.) sana bir şey verif, o durur? O kağızı itirmə ha. Bilirsən, axır mənşərəcən sana gərəhdi o kağız. Sənnən dil olup danışajax o. Dedi, gərəh dura. Axı Əli bir öyü yığma yığmışdı. Yığma yığmışdı, dəsdə bağlamışdı (yəni otuz iki adamı siyahıynan götürüf onnara su verirdi, çörəh verirdi, yaxşı saxlıyırdı onnarı). Arvadına dedi, durur? Arvadı dedi, durur. Tapdılar axır ki, qoydular. Dedi, dur, gedəh mana. Komunu da gejə gedif görsədillər həkimə. Həkim deyif ki, bu ölüf. Bu ölünü burya niyə gətirirdınız? Gejə gətdilər kəndə. Gejə kənd üsdə ölü gətiməzdər. O kənd xarava qalar. Qaldı da ode. Onu da tay genə Fatmıya gətidilər. Onu elə sağaltdı tay.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin