Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə45/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   41   42   43   44   45   46   47   48   ...   228
HƏSƏN ÇƏLƏBİ
Həsən Şahvəllidə olurdu dayna. Əlinin qardaşı Həsən Şahvə­lidə olurdu. Bular da yaxşı baxmırdılar Həsənə. Şahvəlli­dənsən deyə pisina getməsin (Məhəmməd müəllimə müraciət edir – top.). Mən bi qırmızıca şeyəm, deyəjəm hamsın. Fatma dedi, burdan bir qulup tihdirəjəyəm, Əlinin əvnin yanınnan. Camahata xeyir-şər ye­ri. Camahat belə qalır toy eliyəndə vay eliyəndə, xeyir-şər eli­yəndə. Həsəni gətirdi, Sirihdə örgü ördürdü. Tay qaldığ Əlinin əvində. Hamımız. Mən də onnara çörəh, su dayna qayırıram. Allah, qəbula keçir, yazığam, ay Allah (ağlamsınır – top.). Bir gün bizim də əvi­miz, Hüseynalının oğlu Əhbəri tanıyırdın, (Məhəmməd müəl­limə müraciət edir – top.), bax onun əvinin yuxarısındakı kötəzə13 bizim idi. Əlinin əviynən qanşarbaqanşarıdıx. Qozu sərmişəm o çəpərə. Əlinin əvinnən qozun hamısını görükür. Bir tala oraya, bir tala buraya, bir oraya. Nə bilim. Birdən bu Həsən girdi içəri, dedi, Ay­na, çölə çıx e. Dedim, ay Həsən, qurbanın olum. Şahvəllilər qurva­nın olum zad demirdi ha. Tova biri də demirdi. Xətrına dəysə də (Mə­həmməd müəllimə deyir – top.), dedim, ay Həsən, qurvanım olum, dəəndə dedi ki, ay Ayna, həylə demə, lağıma gəlir. Dedi, “qur­vanın olum” demə. Mana həylə demillər ha. Dedim, layıxları var deyələr? Elə heylə dedim e. Öz pisimi də boynuma alıram. Dedi ki, Ayna, nədən qorxursan? Mən də yazıxlandım. Dedim, ay Həsən, sana qurban olum, ilannan, ölüdən qorxuram. Ölü öləndə bir il əvə yaxınnaşa bilmirəm. İlannan da ayağımı götürüf qoymaxdan Fat­ma­nı tay zara gətimişəm. Dedi, ölü heş, bir taxdadı atıllar yerə. İlan­­nan niyə? Dedim, ay Həsən, elə bilirəm məni çalajax. Dedi, sana bir söz deyim, verməsən, Vallah çalajax. Dedim, bıy bisimil­lah, nə isdiyəjəhsən ki, mən verəm, vermiyəm, sən məni çaldı­ra­san? Dəyəndə dedi, o qozdan verəjəysən. Dedim ki, o, Fatmanındı. Dəyəndə dedi ki, noolsun Fatmanındı? Fatmanınkını verə bilmirsən ki? Dedim, yox. Mən öz qozumnan verərəm. Dedi, neynəh. Getdih. Ay Allah, ay Allah, axıratan sən özun bunu hak-hesav eylə. Sizə qurban olum (ağlamsınır – top.). Dedi ki, o çəpərdəkilər kimindi? Dedim, bizim kişinin. Day ayıv olmasın, kişinin adın demirdim, utanırdım. Dedi ki, nəhlət Maviyiyə, nəhlət şeytana. Niyə bu balı Fatmıya çox qoymusan, mana az? Dedim, Allah dadına yetsin, çö­rə­yını ye, doymasan, yenə qoyajam. Heş demə, bu, qəsdən eliyir bu­nu. Dedim ki, sən Allah, Həsən, niyə belə eliyirsən? Sən belə dəyildın axı. Fatma dedi, Həsən, ağlın ayrı adama getməsin, o də­li­di, qorxaxdı. Yanı ki, ilannan qorxur. Deyəndə dedi ki, Ayna, ge­dir­sənmi? Fatma dedi, Allah hakqı, o dəlidi. Mən çay tökürəm, on­nar da içir. Mən də utanıram bunnarnan yeməyə. Dedi, Ayna, sən Al­lah, məni çox isdiyirsən, Fatmanı? Dedim, Allah sənə köməy ol­sun, Fatmanı. Dedi, ay bajı, niyə? Dedim ki, onu çox isdiyirəm, na­ğayrım. Biraz durdu, bir də dedi, Ayna, səni olasan Allah, nədən qorxursan? Dedim, ilannan. Dedi ki, ay heyvan, gəl. Uuy, Hajı Qa­sım Çələbi, gösdərdi mana. Qağa, o inandığınız Allah hakqı, biz də inandı­ğımız, hamı, kim inanır, o hakqı. Bir də gördüm çərçiva­dan kəllə, qapının çərçivasınnan, bax-bax belə-belə eliyir (şəhadət bar­ma­ğını qaldırıb-saldırır – top.). “Uuy, ay Fatma”, elədim. Eli­yəndə Həsən dedi, qorxma hələ gəlmiyəjəh, düzgünün de görüm. Dedim, nə deyim, Həsən? Bu, nə işdi? Dəyəndə dedi, Famanı çox isdi­yir­sən, məni? Dedim, Allah hakqı Fatmanı. Dedi, bajı, niyə? Mən onun qardaşıyam, o da mənim bajım. Dedim, eşitmişəm, qar­da­şı­san. (Mənnən də onnar yekeydi dayna). Amma indi nağayrım? Fat­ma dedi, qağa, bu qammazdı, qammır deyə. Mən həmməşə onnarda oluram, onun yanında oluram deyip məni çox isdiyir. Də­yəndə de­dim, hə, hə. Dedi, yox, Fatma tafdı onu. Dedim, Həsən, sən Hajı Qa­sım Çələbinin goru, dədəmin, babamın goru, məni dəli eləmə, ya­zığam. Dedi, Vallah, eləmərəm. Sana nağayrıram ki, dəli olasan? “Ay heyvan, gəl” dəyəndə başı belə çərçivadan saldı içəriyə. Də­yəndə Fatma dedi, ay heyvan, gəlmə. Ooy, ay kişilər, o Allah birdi, o hakqı, elə bil ki, axır mənşərdi mana dayna. Bu “gəl” deyir, bu “gəlmə” deyir. İlan, gürzə gəlir məni vurmağa. Fatma belə elədi, ağız, denən səni. Dedim, Allah hakqı demərəm, axı onu çox isdəm­rəm ha. Səni çox isdiyirəm. Heş demə. Həsən də məni imtaa­na çəkir, heş demə bırda belə eliyir. Nağandar əlləşdisə, dedim. Mə­nim sıfatım qorxudan oluf ağappax. Fatma dedi, Həsən, indi bu nə­di? Dəyəndə dedi, heş nə olmayajax, canı bərkiyir. Çölə baxdı, de­di, o çəpərdə nağarır onnar? Dedim, otu yığır ki, isdan­mıya. Ya­ğır. Dedi, Fatmanın qozunnan bir vedrə verəjəhsən? Qoymu­yum otu­nuz isdana. Dedim, yox. Fatmanındı. Mənim ixdiyarım var Fat­ma­nın qozunu sizə verəm? Öz qozumnan bir xaşa verəjəyəm. O de­yir, “gəl­mə”, o deyir “gəl”. İndi Həsən dedi, “ay hey­­van, girmə içə­ri”. Hə­sən çıxdı ordan çağırdı Çolanı (Çola söy­ləyicinin ərinin adıdır – top.). Çola, – dedi Həsən, – ilan gətimişəm arvadını vur­du­ram. Də­yəndə dedi, uy qadan alım, öldürürsən, dirildirsən? Dəyən­də dedi, öl­dürürəm. Dedi, niyə qadan alım, Həsən? Dəyəndə dedi ki, əllə­şirəm odey o tutun divindəki qozdan bir vedrə ver mana, ver­mir. Dedi, nə deyir, vermir. Dedi deyir, Fatmanındı. Dəyəndə dedi, aaz, hansı qozdu? Dedim, Əhmə­din evinin yanındakı qozdu. Də­yən­də dedi o Fatma­nın­dı, qadan alım. Dedi, sən də vermirsən? Fat­ma eşi­dir. Fatma inciməsin, mən verə­jəyəm. Dəyəndə, ay sağ ol, Zül­far oğlu, bax görürsən, o verir. Dedim, o qorxmur Fatmadan, mən qor­xuram. Axır ki Çola addadı, getdi o qozdan da qoydu, o bi­ri qozdan da qoydu, yaxşıdan da qoy­du, pisdən də qoydu. Bir xa­şa qoz qayır­dı. Bir xaşa da almay­nan qartof qayırdı, qoydu qapıya. Gəl­di. Gəldi gördü, ilan elə həmən yerdədi. Dedi, Həsən, bu, ha­va­xacan qalajax burda? Dedi, Aynanın cava­bını gözdüyürəm. Dedi, Ayna, ta axır nöktədi. Fatmanı çox isdiyir­sən, məni? Dəyəndə de­dim, qadan alım, əlacım tay kəsilif, vurdu­rur­san vurdur, Fatmanı. Dəyəndə dedi ki, belə-belə Allahın atda, dedi Həsən, Allahın atda Sirihdən əv­lən­miş oleydim. Yani Sirihli Çələbi əvinə inanır. Hə­sənə də inanmırdı biri də Şahvəl­linin. Həsən gəldi, dedi, ay hey­van, sana əzyət ver­dim, çox əzyət verdim, halalın olsun, gəl, get. Düşdü qa­baxlarına getdi. Abu­zə­rin pəyəsinin yanınnan girdi, getdi. Tez ye­tişənin di­vinə, tay bilmədim ordan oynanı. Belə-belə elədi, dedi ki, səni bərkə sürürdüm, halalın olsun, halalın olsun, sən ki o sözün üsdə durdun, halalın olsun. Allah sana nizam-intizamda köməh dursun.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin