Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə47/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   43   44   45   46   47   48   49   50   ...   228
SEYİD YUSİF AĞA
I mətn

Bizdə Canavarrı kəndi varıydı, indi Seyit Yusifli oluf. Orda Seyit Yusif ağa varıydı. Allah rəhmət eləsin, rəhmətə gedif. Mənim dədəmin əmisi söypət eliyir ki, o vax rayonda polisdə işdiyirmiş. Bunun da bir matasqileti varıymış. Matasqiletnən fırrannanda deyir, bir də baxdım ki, bu Seyit Yusif ağa Ağdərə yolunnan düşüf gəlir. Kişi qan-tərə batıf. Yayın günü, yaylaxdan gəlir. Bunnan da bərk dost oluflar. Deyir, dedim:

– Ağa, hardan gəlirsən? Hara gedirsən? Gəl aparım. Gəl əvvəl çaydan-zaddan içəh.

Deyir, dedi:

– Məni tez çatır, yazıx benəvalar öldü günün altında.

Deyir, soruşdum:

– Nədi?

Deyir, dedi:

– Ə, gejə yuxuda gördüm kü, bosdana iki oğru girif, hərəsi iki meşox da qarpız yığıf. İlannar qoymur onnarı getməyə. Deyir, otdum matasqiletdə, sürdüm gətdim bosdana.

Deməli, kişi aylə-uşağını götürüf yaylağa gedif. Qovun-qarpız da ki, durur da burda. Gəliflər ki, iki nəfər gün başdarına döyür. İlannar da bunnarı kuruqa alıf. Hara tərpənillər, mümkün olmur. İlan­nar qoymur getməyə. Mühasirəyə alıf buraxmıllar.

Deyir, belə əlindəki çəliynən yerə vurdu dedi:

– Ay Allahın nəhlətə gəlmişdəri, çıxın gedin!

Deyir, bunu deyən kimi ilannar gedir. Bunnar da başdıyır yalvarmağa.

– Seyit, bizi bağışda, cəddinə qurvan!

Seyit Yusif ağa deyir:

– Götürün buları da, gedin burdan!

Deyillər:

– Yox, biz gedəmmərih. Bir səfdi eləmişih, bizi bağışda.

Deyir:

– Mən sizi bağışdadım, Allah bağışdasın. Götürün bunnarı da. Əzyət çəkifsiniz. Götürün gedin, bir də bura hərrəmmiyin!


II mətn

Bərdənin Canavvarrı kəndi vardı, indi Seyit Yusifli addanır o kənd. Hə, o seyit bizim kəndə, bizim yaylağa gələrdi, Kəlbəjərin yaylağına. Qapısın-bajasın bağlamamış o ayləsin-uşağın yayda gə­ti­rərdi orıya. İlannarca qapısının ağzında dayanırmış. Kimsə onun evinə oğurruğa gedə bilməzdi. Gəlirdi, elə bil ki, addım götürür­müşdər ki, görəh bir babanın – seyit babanın məhləsində nə görü­kür. İlan bırdan da gəlir, ordan da gəlir. Ta uje başa düşüllər ki, yo, bı möcüzədi. Sonra bir də həmən seyit baba deyirdi ki, mənim atam Seyid Hüseyin ağa oluf. Onun da bir qardaşı İrandaymış. Xəvər göndərir ki, fılan vaxdı kəndə gəlif çatejəm. Bırdakı barı çəkirmiş həmən bı möcüzəli seyit. Kərpişdən barı tikirmiş. Bilmirəm kərpiş­dən görmüsüz da. Bı bırda əli palçıxlı, divar hördüyü yerdə görür kü, qardaşı uje bıdı bir şiri minif, əlində də bir ilan qamçı. Öz mö­cüzəsin gösdərməhdən otürü höküm eliyir ki, a barı, məni qar­daşı­ma apar. Bı barı bırdan yeriyir. Onu da gözdəriynən görən kişilər danışıv elə bil mana, mənnən sonra olannara, bax belə möcüzəli seyitdər olufdu.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin