Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə48/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   44   45   46   47   48   49   50   51   ...   228
III mətn

Bı Qarabağdakı Seyid Usuf ağa, mənim yadımdadı, bizim dağlara çıxırdı. Onda Yevlax, Bərdə bizim yaylaxlara çıxırdı. Gəliv orda alaçıx qururdu. Birdən gejə oyənir. Deyir, arvat, maa tez bir az çörəh düzəlt, mən gedəsi oldum. Deyir, nədi? Deyir ki, evdə dusdax var. Gedim o dusdaxları boşduyum. A kişi, deyir, nə dusdax? De­yir, yox e, maa deyillər ki, dusdax var, tez elə. Atı minir, düşür yola. Camahat baxır ki, hava ağarmamış bı Seyit getdi. Ay Seyit, harı­ya? Deyir, arvat danışar sizə. Vaciv iş var, gedirəm. İki oğru gə­lər, düşər evə. Düşər evə, evi yığışdırıf çıxanda ilannar qapıdan başın qaldırar, fısıldıyar. Bınnar qayıdar qaçar. Bir sutqaymış, bın­nar orada dusdaxdılar. Hə, orda yalvarıllar ki, ya seyid, ya imam, ya Allah, o kişinin qəlbinə sal, gəlsin bizi boşdasın. Hə, ordan kişi gəlir. Pəncərədən deyillər ki, seyid, bir qələtdi eləmişıx, gəl bizi azad elə. Kişini görəndə ilannar gəlir, kişi bir-bir əlin çəkir bınnara, deyir, Allah sizin həmməşə niyətinızi hasil eləsin. İlannar çəkilir, oğlannar da yıxılır kişinin əyağınnan öpür, kişi bağışdiyir. Deyir, Allah sizi bağıdaşın, mən də bağişdiyiram. Hə, bağişdiyir gedir.


IV mətn

Qızım, bizdə Seyid Usub ağa oluf. Bı seyid Usuv ağanın ulu babası oluf. Mənim atam söpət eliyirdi, deyirdi ki, atam yüz altı il yaşıyıf. Deyir ki, Seyid Usuv ağa aranda olurmuş – kəntdə. Cama­hat da yaylağa çıxıf. Yaylaxda çoban-naxırçı... (Naxırçı da bilirsən nədi? Mal otarana naxırçı deyillər. Bırda (Şamaxının Çuxuryurd qəsəbə­sini nəzərdə tutur – top.) elə mal otarana da, qoyun otarana da çovan deyillər. Ama biz mal otarana naxırçı deyirdıx, qoyun otarana çovan deyirdıx. Hə, bı Seyid Usuv ağa arandaymış. Dağda cahıllar eşidir ki, ağanın taxılı yetişifdi. Deyir ki, ə, hazırraşın, səhər tezdənnən gedağ o kişinin taxılın biçax. Kişi səhər ertə durur ki, döşdə taxıla adamlar doluf, biçillər. Xeyləh də rifahlı gəliflər. Elə yerrəri beş-altı yerdi. Az qalıf yerin birin qutaralar. Çağırır, ay oğul, kimsiz? Deyillər, ağa, narahat olma, sana işdəma­ğa gəlmişıx. Çörəh-su da gətimişıx, narahat olma. Kişi çox məyus olur, deyir, bınnara heyvan kəsməsəm, kəsdirməsəm, mən nətəər eliyim? Durur çəliyi götürür, getdığı yerdə bı biçinçilər görür kü, dağdan iki dağ kəli gəlir, döyüşə-döyüşə gəlillər. Qoş döyüşün görmüsən? Kəllə-kəlliyə vurullar. O qaydada döyüşüllər. Deyillər ki, bava, bı, sana sarı gəlir. Kişi əyağın saxlıyır. Döyüşə-döyüşə gəlillər, yaxınnaşan­da biri yıxılır kişinin əyağının altına. Çağırır, deyir, ə, tez gəl, tez gəlin, başın kəsin. Ayə, gəlin başın kəsın. O birsi qaçır dağa gedir. Orda ona Allah tərəfinnən, o kişinin sidqi çağırır da bını ki, mən neynim bınnara ət verim. Cahıllar gəlir kəsillər. Deyir ki, ay oğul, bı qismət sizindı. Qəlbimi dolandıdım, Allah göndərdi bını. Gedin kəsin yeyin, taxılı da biçin. Kəsif yeyillər, taxılı da biçillər.


V mətn

Həmən o Usuv ağanın ojağına ilan da gəlif, cüyür də gəlif. Bir dəfə onun nəvəsi Mir Seyit görür kü, qapını nəsə döyür. Deyir, a oğul, kimsənsə, gəl. Görür gəlmədi, içəri düşmədi. Durur ku, iki cüyür damın üsdündə duruf. Evdəkilərə deyir, tüfəngi maa ver. Arvat deyir ki, a kişi, sən seyit kötücəsisən. Bı bəlkə elə ojağa gəlif. Deyir, yox e, ətsizdəmişəm, elə bını vırejem. Tüfəngi götürür ça­xan­da, çaxmax bırdan tutur (söyləyici əli ilə üzünü göstərir – top.). Sifətinin bir yanını aparır, ömürrüh şikəs elədi. Heç cüyürə də güllə dəymir, geri təpir, bını vırır. Hə, onnan sora o seyitdər tova dedi, silahı atdılar.

Hələ bir dəfə də deyillər, o ojağa bir maral gəlif, elə məliyif qapıda. Kişi çıxıf ki, məməsinnən süt tökülür. Arvada deyif, aaz, bının yəqin balası öldü, nə oldusa, bunun yelini ağrıyır, dur, bunu boşalt. Deyir, tova ona yaxın gedəmmərəm, qorxuram. Kişi gəlir maralı belə tumarrıyır, arvat da sağır. Sağır yelini boşaldannan sora gedir meşiyə. Olufdu, belə şeylər olufdu. Həqqətən, oluf.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin