Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə54/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   50   51   52   53   54   55   56   57   ...   228
ŞIX HƏSƏN
I mətn

Bı Şıx Həsən Kəlbəcərin Milli kəndinnən oluf. Sınanmış seyiddi, ojağını da camaat ziyarat bilirdi. Elə möcüzəliydi. Bir də görürdün qışın ortasında əlində gül-çiçəh kətdə gəzir. Hamı belə qalırdı. Bir dəfə Şapılarda bir nəfər Şıx Həsənə şəkk gətirir. Gejə ojağın qıraanda oturmuşmuşdar, kömbə bişirmiş. Ordan-burdan söybət gəlif Şıx Həsənə çıxıf. Biri qayıdıf ki, əgər Həsən şıxdısa, gəlif bı kömbədən bir qismat kəssin. Şıx Həsən də evindəymiş. Qar, qışmış. Duruf əyağa, arvadına deyif ki, çarıxlarımı ver, getməli­yəm. Yenə maa əziyyət verillər. Qarrı gündə duruf Şapılara gəlir, həmin evə girir. “Maa niyə əziyyət verdiz? – deyir, əlin atıf ojaxdan kömbədən bir qismət kəsif yeyir. Hamı təəccüflənir. Yer görsə­dillər, deellər, şıx, keç otu, doyuncan ye. Şıx Həsən deer ki, siz maa şəkk eliyəndə dediz ki, gələ bir qismat yəə, demədiz ki, doyunca yəəm. Mən də çörəhdən bir qismat kəsdim. Hamı onun əlin-ayağın öpür, deellər ki, günahlarınnan keçsin.



II mətn

Bir günnəri Kəlbəjərdə bir neçə nəfər yığışıf dəmirçi dükanı­na, söybət eliyirmiş. İçdərində bir erməni də varmış. Ordan-burdan sööbət. Görüllər, Şıx Həsən bıdı, bullara tərəf gəlir. Sööbət eliyən­nər qalxıf ayağa Şıx Həsənin əlinnən öpüf yer göstəriflər. Erməni başdıyıf ki, mən sənin şıx olmağa inanmıram, şəkk eliyif. Şıx Həsən heş nə demiyif, əlin atıf ayaxda qızaran dəmiri götürüf, qo­yuf dəmirçinin qabaana ki, döysün. Soora da əllərin açıf göstərif. Baxıflar ki, Şıx Həsənin əllərinə heş nə olmuyuf. Erməni çaş-baş qalıf. Şıx Həsənin əyaxlarına düşüf.


ŞIX MƏHƏMMƏD
Milli kəndində camahatın inandığı seyiddərdən oluf Şıx Məhəm­məd. Şıx Məhəmmət yuxuda nə görürdüsə, aşkar olumuş. Sooralar qaçağ oldu ey, Keştəhli Əmiraslan, bir günnəri gəlir Şıx Məhəmmədin yanına. Deer ki, de görüm, mənim baxdım noolajax? Şıx Məhəmməd də həmişə bir bəhanə gətirif sööbətdən qaçarmış. Bı Keştəhli Əmiraslanın da çoxlu malı, devləti, atı, qoyun-quzusu varmış, çox varrıymış. Bir günnəri genə Şıx Məhəmmədin qapısına gəlir, niyyətin deer. Şıx Məhəmməd naçar qalıf deer ki, iras ki məjbur eliirsən, mən də dəəjəm. Bu qədər ki, varın, dövlətin, nökə­rin var. Axırda bıllardan saa heş kəfənnih də çatmıyajax. Doordan da, lap sooradan bı Savet hökuməti Əmiraslanın var-devlətin alır, özü də qaçağ oluf dağlara çıxır.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin