Qarabağ: folklor da bir tariXDİR


TARİXİ ŞƏXSİYYƏTLƏR, QAÇAQLAR, TANINMIŞ İNSANLAR VƏ PƏHLƏVANLAR HAQQINDA RƏVAYƏTLƏR



Yüklə 3,83 Mb.
səhifə60/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   56   57   58   59   60   61   62   63   ...   228
TARİXİ ŞƏXSİYYƏTLƏR, QAÇAQLAR, TANINMIŞ İNSANLAR VƏ PƏHLƏVANLAR HAQQINDA RƏVAYƏTLƏR
İSGƏNDƏR ZÜLQƏRNEYN
I mətn

O İsgəndər o vaxdı Əzrailnən danışıfdı, deyifdi ki, mənim ca­nımı havağ alajaxsan? Deyif, sənin üsdün dəmir, altın taxda olan vaxdı. Bıllar gedillər, elə bil ki, ta İsgəndər dənizdən, dəryadan da xərac alırmış. O qədər dünya, dünya deyə durmuşu­muş, hamı ona baş əyirmiş. Deməli, bir gün bilmirəm, hardan gəlirmişdərsə, Ərə­bis­­dan çöllüyündə çox isdi olur, bınnar gətirillər bına kölgəlih qayı­rır­lar. Altına taxda döşüyüllər. Üsdünə də, qılıncı qoyuf şey olanda, birdən belə baxır deyir, hə, mənim əjəlim gəlifdi. Orda yolda ölür. Yolda ölür, gətirillər. Qavaxcan deyir ki, anama mənim ölmümü çox tez bildimə. Elə bil gəlillər bınnan qavax bının dəsdəsi, fılanı... Onun dalıcan mollalar belə gəlillər. Gələndə deyir ki, anası da bilir, deyir, İsgəndər dünya­sını də­yi­şif­di. Dəəndə bı deyir ki, anama deen ki, mənim halvamı, mənim eysanımı elə adama versin ki, onun qətiyən dərdi olmasın. Bı səfər bı arvad özü deyir ki, mən özüm aparajam bının eysanın paylamağa. Bını aparır, gedir bü­tün dünyanı gəzir. Gəzir, o deyir bajım ölüf, bı deyir qardaşım ölüf, o deyir, oğ­lum ölüf, bı deyir, atam ölüf. Gəzir-gəzir. Bir dərtsiz adam tap­mır, qayıdır gəlir. Deyir, hə, İsgəndər bıın təsginniyi üçün deyirmiş bını.


II mətn

İsgəndər padşaha münəccim deyir ki, sənin filan vaxda ölü­mün gəlif çatıf, özü də elə yerdə öləsisən ki, poladın içində ölə­si­sən. Bu deyir ki, nətəər olur, mən padşah olam, polat nədi, pola­dın içində niyə ölürəm? İndi bu deyir ki, qoşunu varmış, ordusu varmış, mollası varmış, nələri, varı, dövləti, aşığı, çalqısı, hər şeyi varmış. Ana­sıın da iki mərtəbəli evi varmış. Yığılıf gedillər. Deyir, mən ge­dif dirilih su­yunu tapajam, içəjəm, ölmüyjəm. Ölmüyjəm deməh­nən olur? Gedir, oənə, buənə, o qədər axtarıllar. Dirilih suyunu gərəh Allah yetirə, imkana çıxarda. Axtarmaxnan dirilih suyu yayın günündə tapılar? Bunun vaxdı gəlif çatır. Təntiyir bu. Gətirir tüfəy­ləri baş-başa yığıl­lar, munu uzadıllar, kölgə kimi eliyillər, uzadıllar içində. Deyr ki, hə, elə həmin poladın içi budu. Mənim vaxdım çatıf. Mənim anama deyin ki, mənim eysanımı dərdi olana vermə­sin, dərdi olmayana versin. Deyir, burda bu canını tapşırır. Deyir, bir də anama deyin ki, mən oxçularımın sayasında canımı qutarmalı olsam, qutarardım, döyüşçülərimin sayasında canımı qutarmalı ol­sam, qutarardım. Bir belə varın, dövlətin sayasında olsaydı, verif canımı qutarardım. Hə, mənim qismətim də bureymış. Anası görür kü, İsgəndərin qoşunu gəlir. Həmeşə nə şaddıxnan gələrdi. Bu səfər məyus gəlir. Gəlillər, deyillər ki, bəs ana, İsgəndər belə vəsiyyət eliyif. Deyir, bala, gedin, təklif eliyin də, kimin dərdi yoxdu, gəlsin eysan yesin. Deyir, biri deyir qardaşım ölüf, biri deyir bajım ölüf, biri deyir dədəm ölüf, biri deyir nənəm ölüf. Heş biri bu eysan yiməyə gəlmillər. Deyir ki, bala, onu mana təsginnihdən ötrü helə deyir. Gedin deyin, hamı gəlsin eysanı yesin. Hamı gəlir, eysan yeyir.

Bir də Musa peyqəmbərin dövründə elə bil ki, ölüləri çağırar­mış, dirildərmiş bu Musa peyqəmbər. Bunun ayləsi, anası vəzyətin bilərmiş. Gedillər, durullar qəbrinin yanında. “Ay İsgəndər, ay İs­gən­dər”, – deyillər. Nə qədər İsgəndər hay verir. Hənki İsgəndər­nən­sən? Deyir, bala, bu da mana bir təskinnihdi.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin