Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə61/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   57   58   59   60   61   62   63   64   ...   228
ŞAH ABBAS VƏ VƏZİRİ
Abbas bütün şahlardan, qızım, üsdün gedir. Heş bir şaha cən­nət­məkan deyilmiyif. Şah oğlu Şah Abbas cənnətməkan oluf. Özü şah oğlu oluf, özü də cənnətməkan olufdu. Şah oğlu şah Abbas özü dərviş-nizam oluv ölkəni gəzirmiş. Fağırı, fuğaranı, mənim kimi qojalardan gedif söz soruşurmuş (İndi gəldin sən söz soru­şursan. Mən qıvrıla-qıvrıla qalıram ki, o bildihlərimnən yadım­da döyül kü, yığışdıram verəm o qıza). Həə, o bütün Yer kürəsini gəzirmiş. Nə­yin­ki öz məmləkətini, bütün məmləkəti gəzirmiş. El arasında bir şey deyillər. Deyir ki, arvatdar toyuğu kürkə yatıranda, deyir ki, yumurtaları düzün, çıxım, görüm kimi görürəm. Əyər kişi görsəm, çoxu xoruz çıxejeh. Arvat görsəm, fərə olejeh. Şah Abbasın da vəziri kürümüş. Vəziri yanında gedirmiş, ağlı kəsmiyən adamların təpəsinə bir güllə vırırmış. Şah Abbas da deyirmiş ki, a kişi, sən mənim yanımda bı hərəkətdəri eləmə. Həə, bı Şah Abbas bir dağ­nan gedirmişdər, kəndin qırağıynan. Arvat qızına deyir ki, yumur­taları düz, qaçım çölə, görüm kimi görürəm. Qaçır çölə, baxır ki, Şah Abbas gedir. Deyir, a atdılar, a atdılar, a atdılar, əyağı­nızı saxlıyın, əyağınızı saxlıyın! Üş atdıymışdar. Vəzir də dəyanır, Şah Abbas da dəyanır. Bunnar əyaxların saxlıyıllar, görül­lər arvat düşdü içəri. Heş zat demədi. Deyillər, o arvadı çağırın, çıxsın çölə. O bizi saxladı. Görax nə deyirdi ki. Arvat çıxır, deyir, ay qardaş, gedin. Toyux kürkə salırdım. Dedim, görüm kimi görü­rəm. Onda vəzir tüfəngi hərriyir ki, arvadı vırsın. Deyir, bax belələrin öldürürəm. Belə-belə rəvayatdar danışıllar.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin