Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə65/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   61   62   63   64   65   66   67   68   ...   228
TƏRƏKƏMƏ QADINLARI
I mətn

Mərcannıda qadınlardan iki qoçağ arvad, deyirdilər, o birisi­nin adı yadımnan çıxıf, biri mənim qocam idi, dədəmin nənəsi Gül­pəri. Görməmişəm e, deyilənnərə görə, cannı arvadımış. Oğru-zad gələndə qapıya neçəsin baş-gözünü dağıtmışdı. Dava-zad düşdümü, kişilərdən qabağa Gülpəri arvat gələrmiş.

Gülpəri nənəm bi dəfə dağda olufdu. Oğlu Musdafa da ca­va­nımış da, yeniyetmə vaxdıymış. Gülpəri nənəm deyir, gördüm kü, çadırın arxasında nəminin (nəmi – orda süt sərərdilər, üzü qaymağ olurdu. Pərdə olurdu, qırağınnan da qarğıdan çəpər-zad çəkirdilər) çəpəri şıkqıldıyıf tərpənir. Dedim, qoy bir az gözdüyüm. Nəsə, bi­raz gözdüyüf, səs yavaş-yavaş hənirti olufdu. Həə, deyir, yavaşca­dan tulum ağacını götürüf qapıdan çıxıf. Deyir, Musdafanı durquz­muyuf ku, gədəni vırallar. Nəsə, soora deyir, görüf kü, biri atın üs­dündədi, qucağında da bir motal. Təpəsinə birin qoyufdu, gəlif ye­rə. İkinci biri çıxıf, bını da vırıf. Vıranda arxadan üçüncü adam ar­va­dı vırıfdı. Üçüncü də varımış da, görmüyüfdü, gejədi. Üçüncü adam Gülpəri nənəmi vırıfdı. Hay düşüv oyanmağ, oba-zad qalxıf­dı. Bıllar qaçışıflar. Qaçışannan sora görüflər ki, aşağıda – çınqıl­lıx­da dörd erkəh bağlamışmışlar, onu da götürəm­miyiflər. Elə er­kəhləri də əllərinnən alıflar. Özdərin də biraz döyəşdiyif bıraxıflar.
II mətn

Biri də vardı, kişi Mədinə. İki qardaşın övlatdarı varımış bir əvin içində. Birinin qızı çoxumuş. Birinin də bircə oğlu varımış, bircə də qızı varımış. İndi o kişilər hara atdanıf gessə, neynəsə, əvi bu qoruyarmış. Mədinə heç aylə də qurmamışımış, qız uşağıymış hələ. Ağacı dəymədiyi yer, adam da yoxumuş, ya kişi, ya arvat. Hə­məşə döyərmiş. Bax ona görə ona elə kişi Mədinə deyərmişlər. De­məli, dağa, arana gedəndə, yolda, irizdə, köş düşən yerdə Mədinə vardısa, da kişilərə ehtiyac yoxumuş. Kamil məlim demirmi, qojam Gülpəri. Ona da kişi Gülpəri deyərmişdər. Ağaşdı arvatdarımışdar.

NƏR KİŞİLƏR
I mətn

Bizim nənə babamız olub, pəhlivan kimi oluf. Çox da gamış saxlıyırmışdar. Dədəm danışırdı, deyirdi, gamışı çox saxlıyır. Sava­hertə durur ku, gamış qapıda yoxdu. Amma kəndin altında da me­şəlih var – tala. Bütün armutdu, özü də qəşəy armut. Kişi durur tər­pənir, gedir ki, bı armutduğa gedim görüm gamış nejoluf. Gəlir ki, armud ağaşdarının divində gamış var. Deyir “tfo, tfo”. Dəvə­rəndə görür kü, gamış dəyil, ayıdı. Əmim danışırdı ki, atam əlin­dəki ağa­cınan vırıf, potanın birini öldürüf. Deyir, potanın biri öləndə ayı cumur bı kişiyə. Kişi də nər oluv e. Deyir, ayını qulax­lıyıf. Bının qardaşı varımış, qardaşı da kəndin böyründə qoyuna gedir­miş, üzdənirax yanında da iki it varıymış. Qışqırır, Abbas, hay, Abbas, hay, ayı məni yedi, gəl, hay. İtdər gəlir, potanın birin də it alır, biri qaçır. Abbas itin dalıncan düşür gəlir ki, ayını belə qulax­lıyıf, ayı əllərin qoyuf bının çiyninə. Deyir, Abbas, ayını sınqırra16, ayı maa zor eliyir. Xənçəlnən sınqırrıyır, ayını orda aşırır. Qılçasın dal qılçasınnan kəsir, aşır.

Bir də dədəm danışırdı, deyirdi, babamız ölüf, babamın qar­da­şıymış, bını gəlir, elə bilginən, bax haranı deyim e, Sabir savxo­zun­nan yox, hələ uzax. Bir yerdə bıllar mal gətirirmiş. Orda bir düyələri, boğaz düyələri yorulur. Deyir, gəlir, deyir, Güləmbər, Güləmbər. Deyir, Şəhi, nə deyirsən? Deyir, örkəni maa ver, deyir o yetimlərin bir düyəsi yoruluf, gedim onu gətirim. Əmimgil bax danışırdı, bı sıfra hakqı. Deyir, gedir, düyəni beləcə götürür qoyur ipin arasına, deyir, qalxızın dalıma. Qalxızıllar dalına, gəlir düyə dalında, yolda su içir, əyilir. Gətirir kətdə yerə qoyur, deyir, xeyləh ağırımış.

Bir də deyir, qonşu kətdə toy var, toya gediflər. Bırda da deer quvvalı adamnar varımış. Bı qazanaltına sajayax deyırıx biz. Bının birin qoyur mis teşdin içinə, belə tutur oynuyur toyda, oynuyur, oy­nu­yur, deyir, Kəlbəlayı, tut. Kəlbalayı Şəlliymiş adı. Deyir, atam, qoy yerə. Qoyur yerə. Deyir, get, qara kotan oluv irəli, onun nəs­tavı17 da deyir, yüz əlli-iki yüz kiloymuş. Gətirir yığır o teşdə, gö­türür. Oynuyur, oynuyur, oynuyur, həmin o kişiyə deyir ki, tut, deyir, yox, Kəlbəlayı, mən o qələti eliyəm­mərəm. Abbas, dur. Abbas da qardaşıymış, cavanıymış. Əmim danışırdı. Deyir, durur, orda oynu­yur. Nəzərriyillər, gələn kimi ölür. İrəli həylə nər kişilər oluf.



II mətn

Bizim kətdə Mahmut kişi oluf. 110 yaş yaşadı. Qısırəmən dananı, altmlş-yetmiş kilo çəkisi olan dananı örkənnən şəlliyif apa­rıf. Qış vaxdı oluf. Baxıflar ki, dört dənə dana burdadı, biri yoxdu. Dana izi getmir, amma bir dənə adam izi gedir qarda. Kür­doğlu Məhəm­mədə cığır gedir, cığırın altında bulax var. Qara ayağ izi salan adam dana dalında əyilif su içəndə dananın dırnax­larının izi düşüb qara. Mamaoğlu Əhliyar var. Dədəmin bacısı oğluydu, gö­dək barmağ Əhliyar deyərdilər. Deyif, əə, bu dananı Mahmud apar­mış olacağ. Deyir, Mahmud dayı. Deyir, nədi? Deyir, bizim bir danamız itib axı. Deyir, Məhəmmədin qonağı vardı, sizin dananı mən şellədim, apardım. Qapıda 10-15 dənə danam var, hansını apa­rırsan, apar. Da kim idi onun danasın aparan?



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin