Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə71/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   67   68   69   70   71   72   73   74   ...   228
KÜRDOĞLU MƏHƏMMƏD
I mətn

O vaxdar Kəlbəcərin yaylaxlarına çoxlu elat toflaşardı, dincələrdi. Qarabağ camahatı Qoşdaş yaylağına daha çox toflaşardı.

Bir günnəri bir qarabağlı Qoşdaşda oğluna toy eliyir. Böyüh, kiçih, uşax yığılır. Bı cavannar başdıyıllar aralarında mərc gəlillər. Ara qızışır. Deellər, qoy hər iki tərəfdən bir cavan at çafsın, güş tus­sun, hünərin gösdərsin. Kəlbəjərin yeri, qızım, dağ-dərədi, təpə­lihdi. Düzənnih dööl ha, at aparasan. Bı kəlbəjərrilərdən Kürd­oğlu Məhəmmədi seçillər. Kürdoğlu Məhəmməd Alxasdı kəndin­nən Quluş oğlu Məhəmmədin boz atını isdiir. O boz at da kətdə çox məşhur oluf. Deellər, atı yəəsi dokquz öküzə alıfmış. Atı gətirillər. Kürdoğlu Məhəmməd əvvəlcə atın tavxırın yoxluyur, qalxır üs­dünə. Çapır, çapır, gəlir Tərəzi dağının üsdünə. Ordan camahatın üs­dü­nə tərəf çapır. Hər tərəf xəndəh, daş-kəsəh, hamı qorxur. Cama­at bir də baxır ki, Kürdoğlu Məhəmmət başı üsdə yəhərin üsdə duruf, sonra görüllər ki, yoxdu. Hamı qorxur. Deellər, day yıxıl­dı öldü. Demə, bı atın döşünün altınnan sarılıf çapırmış. Camahat onun qabaana çıxıf, alnınnan öpüllər. Sonra nööbə bu biri tərəfə gəlir. Bu biri tərəfdəkilər gördühlərinnən sonra mərjdən vaz keçir.
II mətn

Bı Kürdoğlu Məhəmmədin Yunus adında qardaşı, bir də Rey­han addı anası oluf. Olar Umudduda yaşıyırdılar, sooralar Malas­lara (kənd adı – top.) köçüllər. Malasdı tayfası onnarın köşməyin­nən narazılığ eliyir. O vaxtdarı Qılışdı dayrəsinin milisi Ədil addı biriydi. Ədil baxır ki, həndəvərində Məhəmməddən igidi, cəsuru yoxdu, onu özünə köməhçi götürür. Bir yerdə işdiillər. Hardasa, bullar 1922-23-cü illərdə oluf. Bir günnəri bu Ədil həddin aşır, cızığınnan çıxır. Bir kəntdən, dəəsən Sırxavət kəndinnən birinin arvadın götürüf qaçır. Arvadın əri hər yana şikaata gedir. Söhbət Mircəfər Bağırova çatır. Ədil bəyi Bakıya çaarıllar. Ədil bəy bilir ki, Bakıya gessə, onu güllələjəhlər. Qaçıf çıxır dağlara. Malasdıla­rın əlinə girəvə düşür, yazıf verillər ki, bu işdə Kürdoğlu Məhəm­mədin də əli var. Yazığı tutullar, onu Şuşa türməsi, soora da Gəncə türməsinə göndərillər. Bı yannan da Kürdoğlu Məhəmmədin qar­daşı Yunusnan Ədil bəyin arasın vırıllar. Şayə yayıllar, Ədil bəyə çatdırıllar ki, qardaşını saa görə tutuflar. Odu ki, Yunus səni öldür­məyə girəvə gəzir. Bu yannan da deellər Yunusa ki, Ədil bəy sən­nən qorxur, səni öldürməy isdiyir. Mircəfər Bağırov o vaxdan əmir verir ki, harda olur-olsun Ədil bəy tapılıf güllələnsin. Yenə hiylə işlədillər. Yalannan deellər, Ədil bəy gejələr kəndin qırağında sa­man­nıxda gizdənir. Samannıxda da gejələr Yunusnan əmisi qalır­mış. Gejəynən milisdər tökülür, samannıxda, Yunusnan əmisin öl­dü­rüllər. O vaxdar Kürdoğlu Məhəmmət bı ermənilərə qarşı vırışıf­mış. Mircəfər Bağırova da beləcə deyiflər.



Bir günnəri Gənciyə gələn Mircəfər Bağırov Kürdoğlu Mə­həm­mətnən görüşür. Ona deer ki, səni buraxdırajam, amba heş kimə dəyif dolaşma, başı aşaa sal, dolan. Bını buraxıllar. Kürdoğlu Məhəmməd evinə gəlir, görür kü, qardaşın, əmisin öldürüflər, anası Reyhan da ağlamaxdan xəsdə düşüf. Arvad olannarın hamısın açıf oğluna danışır. Kürdoğlu Məhəmmət gəlir Malas kişinin yanına. Deer ki, kişi, biz sizə neynəmişih? Nə günah eləmişih məni nahax­dan türməyə saldız, qardaşımı öldürdüz. İndi də evimi dağıtmısız. Malas kişi onun sinəsinnən itəliyif deef, irədd ol. Kürdoğlu Mə­həmmət hirsdənif, deef, Mən Mircəfər Bağırova söz vermişdim, ama keşdi. Yunusdan soora onsuz da yaşamağ isdəmirəm. Evə gə­lir, silahı götürür, Malası da, tayfasındakı karrı adamların da ha­mısın öldürür. Bir qadınnara, uşaxlara dəymir. Qalxır dağlara, baş­dıyır qaçaxçılığa.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin