Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə75/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   71   72   73   74   75   76   77   78   ...   228
HAXO PƏHLƏVAN
I mətn

Keştəhdə iki gücdü pəhləvan oluf. Biri Haxo, birinin də adı Nəbiymiş. Bı Haxo çox cüssəli, ağır gövdəliymiş. El içində ad çıxa­rıfmış. Ama Haxo heylə də varrı dəəlmiş, kasıbımış. Haxonun qar­daşı çox varrı oluf. Mallarını qışda Məşədi Xələf binəsində saxlıyır­mış. Bir günnəri tezdən qardaşı görür ki, tövlənin qapısı açıxdı, dörd yaşdı bir cöngəsi yoxdu. Qar yağmışmış, tozaxımış20. Görüf kü, qa­baxda adam ləpirrəri var, amma öküzün irəddi yoxdu. Ləpiri tu­tuf gedir, görür kü, ləpir, iz Keştəh tərəfə gedir. Fikirrəşif ki, bı ancax Haxo olajax, cöngəni boynunda aparıf. Qardaşı gəlif görüf kü, Haxo cöngəni kəsif, doğruyuf, ojax salıf bişirif. Deef, aya, qardaş, bı nə deməhdi? Deef, bildim ki, isdəsəm vermiyəjəh­sən, odu ki, özüm gəlif gətidim. Qardaşı gülüf deer ki, sən ki, bı beş kilometir yolu cöngəni çiynində gətimisən, boynaa mindimisən, halal xoşun olsun. Özü də oturuf ojax qırağında Haxoynan yeyif, içif, gedif.


II mətn

Bı Haxonun adı-sanı hər yana yayılıf. Çoxdarı isdiyif ki, onnan çiyin-çiyinə gəlsin, peşman oluflar. Deellər, bir günnəri Haxo dü­zənnihdə atın hörühlüyürmüş. Bir cüssəli kişi ona yaxınnaşıf deef ki, qardaş, Keştəhlisən? Deef, hə. Deef, Haxo pəhləvanı tanı­yırsanmı? Deef, hə, xeyir ola? Deef, bəs, gəlmişəm onnan güləşəm. Deef, ge­dəh qal bizdə, sabah xəvər göndərərih, Haxo gələr, güləşər­sən. Ge­dillər, bı gələn pəhləvan Haxogildə gejəliyir. Sabax durur, çarığın geyməh isdiyəndə görür, yoxdu. Ora çarıx, bura çarıx. Haxonun arvadı görür kü, qonax çarığını axdarır. Deer, qardaş, yəqin çarığını axdarırsan. Axşam kişi tirin altda qoydu ki, it-pişih aparmasın. Qo­nax baxır ki, çarığ ev damının tirinin altındadı. Hər şeyi başa düşür. Nə qədər eliyir, çarığı çəkə bilmir. Arvada deer ki, bajı, xayiş eli­yirəm, Haxo pəhləvana de, çarığımı versin, gedim. Haxo pəhləvan gəlif, dörd dirəh üşdəki ev damının tirini qaldırıf çarığı çıxardıf qo­naa verir. Qonax sakitcə çarığın geyif kətdən çıxır.
III mətn

Bir dəfə də Qarabağ elatının Qararxay deyilən bir yeri var, yaylaxdı. Bırda toy vırılır. O vaxtdan toylarda da aşıxlarnan bərabər pəhləvannar da olarmış. Toyda gəlif bir dizi aynalı pəhləvan toyu yarımçıx saxlıyıf özüynən güləşməyə pəhləvan isdiyir. Nə qədər elillər, nəmər-niyaz verillər, dediyinnən dönmür. Axırda camahat deer ki, gedin Haxo pəhləvanı çağırın, bəlkə o karımıza gələ. Bir-iki cavan gəlir, Haxoya olanı deellər, Haxonun qardaşı da yanın­day­mış. Deef, mən də gedəjəm. Gəlillər toya. Haxo deer ki, Xıdır, bı pəhləvan məni görsə, güləşmiyəjəh, sən çıx oyna, bir az at, tut, sonra yerimizi dəəşəh. Xıdır girir mağara, pəhləvan bunu görüf ürəh­lənir, irəli atılır. Bir az güləşillər. Pəhləvan görür kü, Xıdır güjdüydü. Onu buraxıf mağarın başına gedif, güj yığıf qayıtsın ki, güləşə. Bı heynidə Haxo Xıdırın yerinə keçir. Pəhlivan qabaanda Haxo­nu görəndə çaşır, geri çəkilir, güləşməh isdəmir. Haxo deer, güləş­mirsən, güləşmə, gə birəz məşq eliyəh. Ordan-burdan tutu­şul­lar. Haxo birdən pəhləvanı qaldırıf göydə saxlıyır. Hamı onu alqış­dı­yır. Çoxlu gətirif nəmər verillər. Toy yəəsi Haxoya bir at da bağışdıyır.


IV mətn

Bir dəfə də deellər, bir pəhləvan da Haxonun sorağın eşidif Keştəhə gəlir. Gəlir Haxonun qapısın döyür, deer, bəs, belə-belə, adıı eşidif gəlmişəm. Güləşəh, görəh kim kimin kürəən yerə vırar. Haxo gülür, deer, beyjə qonağım ol, İnşallah, savax güləşərih. Yeellər, içil­lər. Haxonun qonağa yazığı gəlir. Çörəh kəsiflər deyə onun qəlbin qırmağ isdəmir. Deer, qardaş, sabax gidərsən kəndin qırağında, me­şənin içində bir palıd ağajı görəssən. O paçalanıf, paçanın yoğun ta­yın əyif torpaa sancmışam. O biri tayı durur. Get, o biri tayın da sən əyif yerə sancsan, gəl, güləşəh. Qonax səhər durur, gedir Haxo­nun dediyi meşiyə. Görür kü, burda bir qollu-budaxlı ağaşdı, gəl görəsən, bir tayın yerə elə salıflar ki, elə bil çubux basdırıflar. Pəh­livan işi başa düşüf elə ordan da öz yolun tutuf gedir.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin