Qarabağ: folklor da bir tariXDİR


XUDO KİMİ BARMAĞINI DİKƏLDİB QAN SALMA



Yüklə 3,83 Mb.
səhifə80/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   76   77   78   79   80   81   82   83   ...   228
XUDO KİMİ BARMAĞINI DİKƏLDİB QAN SALMA
Əvvəllər Keştəh kəndində çox qansızlığ oluf. Qəvirsannıxları hax, nahax ölənnərnən doluymuş. Bir cərgə öz əjəliynən ölənnəri, bir cərgə vurub öldürənnəri basdırıfmışdar. Deellər, buna da səvəv Xudo addı kişinin natarazdığı oluf. Keştəhdə deellər, camaatdarası davada ağaşnan vuruf bı Xudonu barmaan sındırıflar. Barmağı sa­ğalsa da, yaxşı işdəmədiyinnən Xudo topal qalıf. Nooruz bayra­mıy­mış. Bayramdı də, evdə aş bişiriflər. Xudonun arvadı da uşaxların yığıf başına, hamıya aş çəkif. Baxıf ki, Xudo yemir. Deef, a kişi, niyə yemirsən? Bayram aşıdı. Xudo sırfadan aşı itəliyir ki, bar­maam var, aş yəəm? Barmağın dih tutuf ku, məəm bir qeyrətdi oğ­lum olmadı ki, qisasımı ala. Xudonun oğlannarı bu tənəni götü­mür. Elə həmin gün – Nooruz bayramında gedif atalarının barmaan sın­dıran adamın əlin daşın üsdə qoyuf xıncım-xıncım eliyillər. Əli da­ğılan kişi də evinə gəlif qohum-qardaşın başına yığır, Xudonun üsdünə cumullar. Bulların arasında möhkəm savaş düşür. Xudonun iki oğlu ölür, o biri tərəfdən də biri ölür, biri yaralanır. Bu qan­nı­çılıx camaatı belə qarışdırır. Odu ki, bir dava-dalaş düşəndə el ara­sında dellər ki, “Xudo kimi barmağını qaldırıf qan salma”.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin