Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə83/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   79   80   81   82   83   84   85   86   ...   228
ÖLÜNÜN DİRİLMƏSİ
Deyir, bir kişinin bir oğlu olur. Bu gəlif rəhmətə gedir. Gəlif rəhmətə gedəndə bunu aparıf basdırıllar. Basdırıf gəlillər. Həmin oğlanın üçü günü həmin qəvirsannıxda bir kişi qoyun otarırmış. Çoban olur bilmirəm, nə olur, bilmirəm orda. O görür kü, həmin təzə basdırılmış qəvirdən səs gəlir. İçəridən səs gələndə baxır də, qorxur. Deyir, görəsən bu nə olan şeydi? İçəridən səs gəlir ki, qorxma ey, buranı aç, mən çıxım.

Həə, çoban buranı açır görür kü, təzə basdırılan oğlandı. Bur­nunnan qan açılıf, hər tərəfi qandı. Bunu çıxardır, deyir ki, bəs mən bunu neyniyim? Mən bunu ora apara bilmərəm. Büyün də bunun üçüdü, bunu ora apara bilmərəm. Deyir, gə gedəh bizə. Bunu, nəysə, götürür aparır evinə. Bunu tamam geyindirir, kejindirir, saxlıyır evində. Gedir ölü yerinə, həmin oğlanın yerinə. Görür kü, orda müsibətdi. Nəysə, axşam tərəfi olur belə. Camahat dağılannan soora bunun atasını, qohum­larını yığır, deyir, bəs belə-belə, sizin oğlunuz sağdı. Əhvalatı olduğu kimi danışır bulara. Deyir, belə-belə. İnan­mır­sınız, gedim oğlunuzu gətirim verim sizə. Gedir gəti­rir, baxır görür kü, hə. Bunnan soruşullar, bu, nədən ola bilər belə? Sətəlcəm. O, sətəlcəmnən belə oluf. Soora burnunnan qan açılıf, ikinci dəfə həyata qayıdıf.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin