Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə85/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   81   82   83   84   85   86   87   88   ...   228
ÖZ YERİNİ BİL
Günnərin bir günü obada bir məclis olur. Məclisə hamı çağı­rılır. Bura elin ağsakqalı da gəlir. Ağsakqal məclisə girəndə görür, surfa salınıp. Surfanın başında da döşəhcələr düzülüp, qıra­ğın­da da, aşağısında da. Kişi aşağı-yuxarı baxıp nə fikirrəşirsə, gedib ortada oturur. Bu heyn biri gəlir məclisə. İçəri girən kimi gedir oturur düz surfanın başında. Ağsakqal buna nə qədər göz-qaş eliyir, ehyam vurur, bu başa tüşmür, elə başdaca oturur. Birəz keçir, eşikdən səs-küy gəlir. Bir də baxıllar, əyalətin şahı məclisə gəldi. Şah məclisə gələn kimi şahın adamları bayax başda oturan yerini bilməzi başdan durğuzdular. Bu dəfə də bu oturur şahdan soorakı yerdə. Yenə beş, on dəyqə keçir. Bu dəfə məclisə vəzir gəlir. Hamı gözünü şahın ya­nın­da oturana tikir. O da məsələnin nə yerdə olduğunu görüp yerin­nən durur. Bu duran kimi vəzir yerində oturur. Yenə buna öhd ol­mur. Bu dəfə də oturur vəzirdən aşağkı yerdə. Oturannar bunun hə­rəkətinə baxa-baxa qalıllar. Bir sahat da keçir, məclisə vəzirin kö­məhçiləri, şahın başqa əyannarı – hamı gəlir. Bunnar gəldikcə də ye­rini bilməz adam ordan-ora, gəlip çıxır düz süfrənin əyağına. Bu­nu görən ağsakqal gəlir durur onun yanında. Əyilip qulağına deyir:

– İşara elədim qammadın, bunnan belə yerini bil, əvvəldən yerində otur. Yoxsa həmişə beləcə əyağa gəlip çıxarsan.


XƏNGƏL ƏHVALATI
Günnərin bir günü başqa yerdən bir həkimi təyinatnan Göy­çüyə işdəməyə göndərillər. Bu həkim də yaman rüşvət­xorumuş. Həkim Göyçüyə çatanda görür kü, buranın adamları hamısı qırmızı yanax, qırmızı yanaxdı. Ürəyində deyir, dayanın hələ, ola bilməz ki, sizin bir yeriniz ağrımasın. İndi cöngəli-danalı yanıma gələrsiz. Beş gün keçir, on gün keçir. Həkim görür kü, onun yanına heç kim gəlmir. Deyir:

– Yox ey, bunnarın biri də xəsdələnmir.

Həkim gözdüyür, gejə düşür. Hamı evinə yığışanda çıxır bir göyçəlinin evinin başına, bacadan başdıyır bunnarı güdməyə.

Görür kü, hamı oturup surfa başına, yeməh gözdüyür. O yan­nan da evin arvadı əlində bir iri məcməyidə xəngəli gətirip qoyur surfuya. Hamı başdıyır bu yağlı xəngəldən döşəməyə. Həkim deyir:

– Hə, gejə vaxdı bu yağlı xamır xörəyini yeyin, qırılın. Səhər harda olsa, bir-ikiniz yanıma gələrsiz.

Birəz keçir. Həkim görür, xəngəli yeyip qutarannan soora arvat durup gedir xəngəlin həlimini, pişmiş kartofu da gətirip töhdü məcməyiyə. Bu dəfə də evin külfəti kartofu əzip, həlimin suyuna qatıp, başdıyıllar işməyə. Deyir, həə, köpəy uşağı, dərdini bilillərsə də, dərmanını da bilillər. Mən də deyirəm, bunnar niyə yüzü aşır, birinə də bir şey olmur!? Yox, mənnən bullarınkı tutmaz. Yaxşısı budu, şələ-şüləmi yığıp gedim.



Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin