Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə87/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   83   84   85   86   87   88   89   90   ...   228
ÖZÜM ÖZÜMƏ ELƏMİŞƏM
Bir kişi olur, munun arvadı ölür. Bir oğlu olur, munu yekəldir, eliyir. Bunu məytəbə qoyur. Bu məytəfdən çıxıf gələndə atası deer ki, oğul, gəl, saa bir söz dəəjəm. Deer, nə deersən? Deer, oğul, qa­dan alım, sən bir gəlin gətiginən, sən də gedisən oxumağa. Mən də onnan burda hayan olum. Qulax hayanı olum. O məəm qızım, mən də onun atası olum. Deer, a kişi, faraat durgunan, sən çox əl-ayağa düşürsən, qoy mən oxuyum, qayıdım, gəlim soora. Deer, yox, a bala, sən çıxıf gedirsən, mən də təh qallam. Yaxşısı budu, gətirəh. Bu yazıx qalır məhətdəl. Deyir, neynəh. Gedir elə yerdən tutur ku, muna heş kişinin zoru dəyil apara. Kişinin də dədədən qalma beş-altı qızılı varmış. Gedir, deer ki, filan qızı al, oxuyufdu. Deer, ay oğul, ayrı qız alginan, onnan bizimki gətirməz. Deer, yox, onu al­lam. Tay bu üsdünü kə­sifdi ki, onu al. Əlajı kəsilir, kişi gedir, qızılı xırdalıyır, başdıx-diş­dih. Gedir bu qızı gətirir evə. Evə gətirir, bir on gün də qalır bulların yaanda. Gedəndə də deer səni atama təhfil verdim, qız kimi. Mən də beş günə, on günə gedirəm, gələjəm. Bu gedir, gədə gedir. Kişi otu­rur ha gözdüyür kü, bu gəlin durajax əyağa, bir çay gətirejey, bu da içəjəh. Gözdüyür, gözdüyür gəlmir. Deer, bəlkə bu ölüv eliyifdi. Du­rum gedim, görüm. Duruf gedif. Görür kü, əlin belə qoyuf yatıf. Qız doğan, belin qırılsın. Həə, baxır ki, yatıf, qayıdır, götürür padnosu çay-çörəyi yığır, aparır munun qabaana qoyur ku, bəlkə utana, üzün­də haya ola. Hardadı, mənim kimi üzünün hayası gedifdi. Gəlin du­rur, kişinin əl atır üzün cırıx-cırıx eliir. Deer ki, yadınnan çıxmasın ki, sən çörəyi vaxdı-vaxdında gətiməlisən. Kişi deer, baş üsdə. Kişi üzücırıx qalır belə. Deer, bala, dur, bir mübarəh əyaxlarınnan qapını bir çal, görəh, nə var, nə yox dana. Gəlin deer, sən get çal, mən ba­xım görüm nətəər çalırsan. Kişi qapını süpürür, suluyur. Deyir, bala­mın evin yıxmışam, özüm eləmi­şəm. Beləliynən, belə dolanıllar. Ki­şi gündə munun çayın, çörəən qabaana qoyuf qayıdır. Nejə ki, itin qabaana çörəh qoyuf qaçarsan. Beş gün, on gün keçir, bunun oğlu gəlir. Deer, ata, Allaha şükür, gə­lin dedin almışam, qapı-baja gül kimi. Deer, hə, bala, hə. Kişi belə oturuv oğluynan danışır. Gəlin gə­lif keçir daldan ərinin arxasınnan əliynən belə eliyir ki, söz danı­şarsan, başını kəsərəm. Kişi dimmir. Oğlan deer, ay ata, nətəərdi, ney­nədiiz, nə təəri keçindiniz? Deer, dilnən desəm, dilim yanar. Çalanıdı. Deer, o sazı gəti mana, saznan deyim dərdimi. Gəldi oğlu sazı verdi kişiyə. Kişi sazı aldı əlinə, çaldı. Deyir, dedi, özüm eləmi­şəm özümə. Kişi eliyifdi, axı, gədə arvad almırdı, deyir:

Özüm eləmişəm özümə,

Əlimi vurram dizimə.

Qayıdıf bax sağ üzümə,

Yanan çırağandı gəlin.
Ali savat alıf ələ,

Böyüh-kiçih saymır hələ.

Öz əməlin bilə-bilə,

Yamanca xuliqandı gəlin.


Qaynatanın halına bax

Ağarmış sakqalına bax.

Baxtavarın qoluna bax

Sanki pəhləvandı gəlin.



Beləcə danışır, oğlu deyir, öz işindi, mən çıxıf gedəjəm ev­dən. Oğlu deer, ata, mən işimi qutarım onnan ayna, harıya gedirsən, get. Gəlir munun (gəlinin – top.) yanna, deer, əl-əğını qayır, gedəh dədəngilə. Deer ki, niyə? Deer ki, yeznəyəm də, gedəh bir dərdin­nən halı olum, görüm. Deer, yox, getmirəm. Deyif, yox, gedəjəh­sən, dur əyağa. Durur əyağa, geyinir, gedillər atasıgilə. Atası mədə­ni adamıy­mış, yəqin bu, anasına oxşuyufdu. Deer ki, ay xala, ay dayı, mən munu almışam, bir ata bir balayıx. Atam mənim səbə­bimə evlən­mi­yifdi. İndi munu aldım gətdim. Allah bunun belini qırsın, mənim də qıçım qırılsın. İndi atamın başına belə oyunnar açıf. Deyiflər, əşi, zarafatdı. Day qaç belə kişidən, belə arvatdan. Oğlan da deyif, elə mən də zarafat elədim, bağışdıyın məni. Axırın­cı, əvvəlinci səfərdi ki, bizim qapını tanıyarsız. Belə deer, gedir. Soora yazıx bədbaxımış da, mənim kimi. Gedir bir arvad olur. Kişi deer ki, get o qızı al. Deer, əşi, sən Allah, əl çəh, məni oda salma, gündə gedif bir qapıda bir arvat qoyuram. Mən niyə biyabır eliyir­sən. Gədənin adı Həsənimiş. Nəysə, gedir, qızdı, gəlindi, nəysə, danışır, alır gətirir. Gətirəndə sifdədən qara gəlifdi, deməynən dəyil ha. Oturur orda əlin heş nəyə vurmur. Deer, əvınıızda da iş görmür­düüz? Deer, hə, anam gətirirdi, bajım gətirirdi, mən də yeerdim. Gö­­rür, Allah, bu da yaman günnüdü, pisdərdəndi. Oğlan çaarır qay­natasın, qaynanasın, deer:

Günüzdər gəzir obanı,

Gejə qaldırır davanı.

Belimdə qırır yavanı,

Mən dinəndə, ay qaynana.
Evdə olmur, qəti olmur bəzəhsiz,

Uşaxlar ağlıyır çaysız, çörəhsiz,

Dar tuman əynində, ya da ki, şalvar,

Mən dad yetirə, o da geyinir.


Mən də bir Həsən olajam,

Bu qisası onnan alajam,

Əyağımın altda salajam,

O öləndə, ay qaynana.

Deer, ay oğul, bilmiyif, bunu biz belə öyrətmişih. Deef, belə qız böyüdüf çölə salanın atasına lənət.


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin