Qarabağ: folklor da bir tariXDİR


QARABAĞ MÖHARİBДSI XATİRДLДRDД



Yüklə 3,83 Mb.
səhifə89/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   85   86   87   88   89   90   91   92   ...   228
QARABAĞ MÖHARİBДSI XATİRДLДRDД
1. Bax mənim dədəmin dədəsiin də başını erməni kəsif. Mə­nim dədəmin dədəsi pəhləvan oluf. Bu, gedif qoja camış verif, be­şatılan almışımış. Üş dəsdə götürüf gedif erməniin qabağına. Dəs­dəən birin o yalda qoyuf, birin bu yalda qoyuf, birin də götürüf gedif, girif dəriyə. Görüf bi qrupba erməni gəlir, onu qırıl­lar. İkinci qrupba da gəlir, onun da yarsın qırıllar. Üçüncü qrup­ba da gəlir. Ha qırıllar, erməninin dalı gəlir. Buların da silahı-zadı azımış. Baxır ki, bütün dəsdəsini erməni qırıf, bı təh qalıf. Dədə­min dədəsi də pəhlivanmış dana. Ermənilər görüllər bına güj çatmır. Okrujeniyaya salıllar kişini. Elə ayağüsdə başını kəsmiş­miş­dər dədəmin dədəsiin. Canın üçün, görənnər deyirdi bax bu qənd üçün, kişinin meyidi qumun içində dih qalmışdı, amma başı yoxudu. Erməni tökülüf orda bavamın başın kəsif.
2. Şakir yaxşı döyüşçü idi. Şakir təkin oğul vardı? Könüllü gedən döyüşçülərdəndi. Bağırov Şakir Balakişi oğlu. Onun batal­yonda hörməti başdan aşırdı.

Soora oon qılçaları-zad yara səpbişdi, yaralanmışdı həm də. Biraz vaxd çəlihnən gəzdi. Onda deyirdi ki, evdən məni qoymullar, deyillər, getmə də, əməlli yeriyə bilmirsən. Amma azca düzələn kimi yenə qaşdı, getdi. Sora bizə xəvər gəldi ki, mərcannılar düşüf akrujeniyaya. Gejə biz yığıldıx getdih. Bizi Tulus dərəsinnən burax­madılar. Orda bizimkilər erməniyə tərəf qrad atırdı. Qayıtdıx gəldih. Soora gördüh kü, o qədər yaralanan, meyit var. Köməh elədih, daşı­dıx, qan verdih. Gejə bir dəsdəmiz getdi, Daşkəsənnən qaytar­dılar ki, döyüş gedir, olmaz. Səhər tezdən getdim yenə. Həmin vaxdı Şakirin əmisi oğlu Şükür məllim gəldi dedi ki, Şakir Süley­man­nıdadı. Deyir ki, mən burda ermənini qırmasam, geri qayıtmı­yıjam. Nə qədər eli­yəl­lər, Şakir gəlməz. Deyər, kim çıxır-çıxsın, mən getmi­rəm. Soora­dan bir mal otaran kişi görmüşdü kü, Əfəndilər tərəf­dən qəlbidən bir dəsdə erməni gəlir. Deyir ki, Şakir elə bildi ki, bizimkilərdi. Dedi ki, gəl, toplaşax, gör ermənilərə neyniyəjəyih? Bir söyüş işdətdi. Deyir, bunnar bir dəfə atəş aşdılar, Şakir yıxıldı. Başqa bir adam soora deyirdi ki, yoldaşı onnan patron isdiyifdi, bu da ona patron atanda vuruflar. Çulludan da bir uşax varmış, o deyirmiş ki, mən Şakiri ya­ralı gördüm Turbanın yanında. Mən də yaralan­mış­dım, amma on­nan yaxşıydım deyir. Sürünə-sürünə, birtəhər çıxdım. Belə deyillər ki, Şakiri yaralı götürüflər. Yaralı-yaralı girov düşüf. Bir müddət keşdi, girov gələnnərdən bir kağız düşdü ələ. Şuşa qala­sında saxlı­yır­mışdar bınnarı. Girovlux­dan qayıdan oğlan danışırdı ki, bizi ha­vıya, ayaxyoluna-zada çıxardanda orda bir oğlan gördüm, əlləri cızıx-cızığıdı, qara, qıvrım saşdıydı. O Şakir də heleydi. Danışmağa da ixdiyarımız yoxudu. Deyir, o, mana bircə barmax kağız ötürə bildi. Kağızı vermişdi Şakirin qardaşına. Orda dörd adamın ad-familyası yazılmışdı. Ayrı heş nə yazılmamışdı. Bağı­rov Şakir Ba­la­kişi oğlu, bi də üş nəfər ayrısı. Orta məhtəb dəfdər­lərini məhtəvin krışasınnan töküf tutuş­dur­muşdular. Qardaşı dedi, xətd onun xətdi dəyil. Ola bilsin, o yazmamışdı, bəlkə o biri yoldaşı yazmışdı. Tam oxşamırdı xətt. İndi girovluxdaydı, orda stolun üsdu yoxdu a, otura əməlli yaza. Yəqin ki, dizinin üsdə-zada qoyuf yazıfdı. Soora Qır­mızı Xaç kağız gətirən oğlanı buraxıfdı. Bir-iki dəfə yuxumda gör­müşdüm Şakirin sağlığın. Amma gəlmədi.


3. Deməli, doxsan üçüncü ilin mart ayıdı. Da uje Nooruz bay­ramın-zadın qutarmışıx, keçirmişih. Ama erməninin qəflətən gəlif Kəlbəjəri işğal eləməyi heç ağlımıza gəlməz. Qavaxcan Laçın ra­yonu işğal oldu, onnan sonra Kəlbəjəri işğal elədilər. Topa tutdular bizim kəndi. Laçın kəndi vardı. Laçın rayonu yox ha, rayon ayrıdı, ama bir kəndin də adı Laçındı. Ortadan bir çay axır – iki kəndin arasınnan, dərədən. Çayın adı Tutqu çayı gedir. O tayı Laçın kəndidi, bı tay da bizim kətdi – Günəşli, əvvəlki adı Kilsəli olufdu. Həə, onda gördüh kü, bizim kəndi Laçın kəndinnən topa tutdular. Günorta yeməyinin vaxdıydi. Təzəcə qavağıma xörəh gətirmişdilər, kəndi təzədən bir də topa tutdular. Bir də topa tutannan soora on üç ayləni ordan yığdıx, körpə uşaxnan, qadınnarı, yaşdıları götürdüh. Demə, yuxarıkı kətdər, bı Xəlilgil-zad hamısı, bı gördüyün adam­nar çıxıf ağzıbəri gəlifdilər əhsəryəti. Biz fil qulağıdeyih. Deyirih, kişi kəndini qoyuf getməz. Kişi kəndini tərk edif getməz. Mən özüm də vəzifə adamı olmuşam deyin, heç razı dəyildim ki, durax kətdən-kəsəhdən çıxax gedəh da. On üç aylənin ələ dolaşan kadın­narını, uşaxlarını bir dənə maşına yığdıx. O vaxdı anam da dururdu. Anam da gəlməy isdəmirdi, deyirdi ki, ay bala, evi yeəsiz qoyuf getməh olmaz. Uşaxların anası, bir də oğlum kətdə qaldı. Biz də gətirmişih ki, bınnarı tökəh, bir də qayıdağ o geridə qalannarı gəti­rəh. Həə, üzür isdirəm, oğlumun adı Zöhrabdı. Dedim, Zöhrab (özü də məllimdi, unverseti qutarıf), mən gedim maşını boşaldım, bir də qayıdıf gələrəm onda. İşdi, mən gələnə qədər erməni sizi aqrujeni­yaya alsa, tüfəy də evdədi, qatar da. Götür, belinə bağla, meşə yo­lunu Murovdan aşın. Da o vaxd ayrı yol yoxudu, Murovudu. Qar da var, buz, filan, həngamədi. Bı minvalnan gətdim on üç ayləni bo­şalt­dım bı Bərdənin, Yevlağın kətdərinə, payladıx gecə. Səhəri qayıtdım ki, həm ayləmi götürəm, həmi də heç olmasa, mitildən-şitildən bir şey götürəh da. Mümkün dəyil, heş bi şey, heş bi şey götürməh mümkün olmuyuf. Murovun başına çatanda dedilər ki, hara gedir­sən? Erməni qırdığın qırıf, girov apardığın aparıf. Başımıza döy­düh, dedim, vay, geridə qalan­narı uje qırdılar. Bizim kəndin maşı­nını girov aparıfdılar. Təxminən bir uşaxlı-böyühlü om beş-on altı nəfər. Qaz 52 maşındı. Məhtəbin direxduru Asdan məllim varıdı, öz də resbublika səviyəli adamıdı, savatda, bilihdə. Riyazyat məllimiy­di. Anamın dayısı qızı da onun yoldaşıydı. Onun bir qızı, məlli­mey­di, ədəbiyat məlliməsi. Onun qucağında bir uşağı, məni bağışda, boyunda da genə bir uşağı vardı. Ata-bala oturufdular maşının kabinəsində, uşağı da dizinin üsdündə. Atıfdılar, bınnar ölüf, şofir salamat qalıf, maşının üsdündə­kiləri tama­milə gülləbaran eliyifdilər. Kiminin qolu, kiminin qıçı səpələn­miş­di yola, izə. Beş nəfər də yolda ölüf. Allahdan bir nəfər oğlan uşağı (o qədər də yaşı yoxudu e onun, on üç-on dört yaşı olardı) ordan birtəhər qaçır. Çayın qırağıy­nan gəlif kəndə xəvər eliyir ki, bı yolu getməyin, bı yolu getməyin. Ermənilər bizim maşını atdı, qırdı­ğın qırdı. Camahat ayrı yolnan gəlir. Əgər bı oğlan kəndə xəvər apar­masaydı, kəndin yarısı ermə­ninin əlinə keçərdi, təmiz qırar­dılar bırda. Murovun başında bı xəvəri eşidənnən sohra başıma döydüm, dedim həə, uje mənimkilər də getdi. Dedilər ki, özunü öldü­mə, sənin aylən-uşağın bıdı gəlir, ama məytəvin maşınında olannar məhv olufdu. Girov götürdühlərin də Xankəndinə apardılar. Qırmızı Xaçın nəzdində oluf, gələnnər də nə vəziyətdə gəldi? Kiminin qılçı yox, kiminin gözü yox, kiminin qolu yox. Bax başımıza bı müsüvətdər gəlif.
4. Nə qədər var-dövlətim vardı, hamısı qaldı. Birin də götü­mədim. Deməli, ordakı (Kəlbəcəri nəzərdə tutur – top.) şeylərimizi götürsəydih, iyirmi il də böyünnən sora məni, bı uşaxları dolandı­rardı. Genə Allahın məslatına şükür.

Hamısı cəhənnəm, bir bajım oğlu girov düşdü, hələ də yadı­mıza düşəndə varımızdan yox olurux. Bax bı Ayaznan (oğlunu nə­zər­də tutur – top.) yaşıdıydı, amma Ayaz elə bil onun yarısıydı. O boyda ha. Deerdilər e, yanvar ayında İrəvanda əsir döyüşçülər öldürüflər on iki dənə. Onun biri mənim bajım oğlu olufdu. Bınnarı türmədə saxlıyırmışdar. Bı uşaxlar danışıflar ki, onsuz da bizi öldü­rə­jəhlər, elə biz onnarı öldürəh, çıxax, qaçax. Ermənilər duyux dü­şüf­dülər, hamsını qırmışdılar. Hamısını da bax bırdan vırmışdılar (al­nını göstərir – top.). Allah rəhmət eləsin! Elə bir oğlanıydı ki... Ehh.
5. Böyüh aynabəndimiz var. Aynabəntdə əl maşını işdə­dir­dim. Çoxlu da paltar yumuşdux. Qapıda elə həylə asılı qaldı, yı­ğılmadı. Heş birin də yığmadım. Niyə, nəyə yığım? Bir canımızı götürüf qaşdıx. Ay tova, dört-beş evin qapısınca elə-belə kilitdədıx çıxdıx. Özü də əv deyirəm e, yer yoxudu ki, içəri girəsən. Bir ildə dört xana toxuyurdum. Gəvə, kilim, palaz, vərni. Vərni qayıx ke­çirillər, ərişdə qalax, belə toxuyuflar. Üç ay qışda el, hamı şirin toxuyurdu, saat dörtdə yatırdıx. Hamsın verdığ erməniyə, qaşdıx.
6. Xalam nəvəsi girov gediv atasıynan. Heç onnarın yeri-yurdu məhlim olmadı ki, nətəər oldu, nejə oldu? Onnar gəldilər Tunel23 xaravada, elə sifdə o maşın çıxmışdı, orda da vırmışdılar onnarı. Qız da bı Bəylih tərəfə ərə getmişdi. Hamileydi özü də, qujağında da uşağı varıdı. Elə ata-bala ikisin də götürmüşdülər. Uşax da qalmışdı orda yaralı. Ermənilər elə bilmişdilər ölüf, götü­məmişdilər. Körpə uşaxdı dayna, dokquz aylıx uşax. İndi o uşax, dəəsən, inistutda oxuyur. Gözünün də birinə qəlpə dəymişdi. Ba­yağ elə bırda danışırdıx, deyirəm, bir həylə əzyət çəhdih, hamsın da qoydux gəldih. Bir dənə belə su isdikanı götürə bilmədih. Eləjə canımızı götüdüh, qaşdıx.
7. Qoşun olmadı, yol da bağlandı, dayna. Allahın adı hakqı, üç evimiz vardı, üçünün də qapısın çəhdih, bağladıx. Açarrarı hələ də durur, saxlamışam. Bir o qədir mal-qara, qoyun-quzu, at, var-döylət qoydux, gəldih. Qapıda bir bağımız varıdı, deerdin cənnətdi. Yüz ağac, iki yüz ağac vardı. Genə şükür ki, girov getmədıx. Val­lah, həə.
8. Mirovdan aşanda mart ayıydı. Elə bir haveydi, yer-göy buz, sazax. Gəlirdin, baxırdın ki, irax qulağıızdan e, uşağ ölüf, belə yığıflar üsd-üsdə. Körpə uşax meyitdəridi hamsı, iki yaşında, üş yaşında. Həə, bax ordan aşanda dedim, Xudaya, Xudavəndi aləm, heş bi şey isdəmirəm, elə bı uşaxları salamat aparım.
9. Bizim kirvə danışırdı. Deyirdi ki, gədə iki yaş yarı­mın­dey­di, yoxsa bir yaş yarımındeydi? Deyir, danışıf-gülən gədə. Bax həylə Murovdaca donuf öldü. Qoyuf qarın içində, gəldih. Heş meyitini gətirə bilmədıx. Yollar doluydu meyitnən. Hərə öz canının hayında, meyitə-zada baxan kimdi?
10. Saldatın zapaz bir dənə patronu olardı. Bir dənə saxlıyır­dıx ki, yanı girov düşsəh, öz-özümüzü məhv eliyəh. O çətin annarı mən çox gördüm. Əsirrihdən gələn nə qədər adama qulax asmışam, tühlərim biz-biz oluf. Bir saldat yoldaşım danışırdı ki, bir dəfə bizi akrujeniyaya aldı erməni. Silahımız-zad da tükənif, pis vəzyətə düşmüşüh. Yekə daş vardı, izdaniya hündürrühdəydi. Bəzimiz qaçıf oon altına girmişdih. Daşın altına girənnərdən ermə­nin xəbəri yoxdu. Uje buların (ermənilərin) əyağınnan qopan toz-torpax bizim başımı­za tökülürdü. Deyirdi, amma o yoldaşdarımın çığırtısı bu dəyqə danışanda da mənim qulağımdadı. İşgən­cə vermişdilər də. Deyir, Hidayət adında bir yoldaşım vardı. Baxdım ki, cillihdə (cil qamış döyül, başqa şeydi. Onnan papax-zad da hörüllər) zarıyır. Ürəyinnən bir belə yuxarıdan güllə keşmişdi, bax bu hissədən (əli ilə sinəsini göstərir – top.). O birsinə də çox işgəncə vermişdilər. Harasında ki, top ət yoxdu? Onu belə kəs­mişdilər, sora da xaç çəkmişdilər. Diri-diri. Onu öldürdürmüşdülər. Deyirdi, biz apardıx dəfn elədik.

Soora bizim Kəlbəcər rayonunda şair Əyyuf var. Onun bacısı uşaxlarının ikisi də yanımda öldü. Top atdılar. İkisinin meyidi də elə hala düşmüşdü kü, tanınmırdı. Paramparçeydi. O boyda top düşə iki dənə cavan uşağın üsdünə, təsəvvür elə də.

Bir xalam oğlu getdi, girov düşdü, öldürdülər İrəvanda. Me­yidini aldılar, bu dəyqə Şəhiddər Xiyabanındadı, Yevlağın.

Mamamoğlu da şəhit düşdü, adı Ədalətiydi. Telefonda şəkli var.

Bir bibim nəvəsi 1992-ci ildə Ağdərə əməliyatında həlak oldu. Onun da meydini mən gətdim. Keşməkeşdi günüm çox oldu. Birdən danışanda özümə də təsir eliyir də, pis oluram. Bir savet­dihdə dört dənə qohumux, bircə qalan mənəm. Deyir:

Oxudum şeyrini, ay vətən oğlu,

Verilən suallar bil, mənimkidi.

Dünya xalqlarının gözü önündə

Talanan, dağılan el mənimkidi.

Göyçə yada qaldı, yandı Qarabağ,

Sinəmin üsdündə min bir yara, bax.

Kəlbəcər düzündə ahu-zara bax

Kəsilən, bağlanan yol mənimkidi.

İsmixanam, edim ellərə elan,

Məleykə donuna bürünüb ilan.

Xocalı düzündə kəsilif qalan

Ayax mənimkidi, əl mənimkidi.

Xocalını çəkən oldu. Allah Çingizə rəhmət eləsin. Kəlbəcər də elə Xojalıya bərabər oldu, amma orda olannar çəkilmədi, üzə çıxmadı. Allah rəhmət eləsin, Hüseyin kişi varıdı. O danışırdı ki, kadınnar, qızdar, gəlinnər, üzür isdiyirəm, namusunu, qeyrətini qorumaxçün əl-ələ tutuf dağdan özünü atmışdı Kəlbəcərdə. Hüse­yin kişi o vaxdı cənab prezindentin, ulu öndərimizin qaba­ğın­da bu söhbəti elədi. Dedi, yoldaş Əliyev, mən gözümnən gördüm kü, kadınnar əl-ələ verif, ələ keşməsinnər deyə, hündür dağdan özünü atıf. Bu barədə Gileyli Bəylər var, bir qəşəh şeyir yazıf. Deyir:

Dağlar o gözələ saxlasın yası,

Daşdara çırpındı ömrün aynası.

Qucağında üş yaşında balası,

Nə arzuya getdi, nə kama çatdı,

Bir gəlin özünü qayadan atdı.

O şeyiri bir toyda dedim. Toy elə bil ki, yasxanaya döndü. Onnan soora o şeyiri tərgitdim. Nə qədər möhgəm adam olsa, o şeyir deyilən kimi isdər-isdəməz adam pis olur.

Kəlbəcərdən elə oğlannar girov getdi ki, elə kişi qeyrətdi gəlinnər, qızdar əsir düşdü kü (Simsar nənə ah çəkir – top.). Elə adamlar vardı ki, bax o Qara kişi, iyirmi yeddi nəfərdən üş-dört nəfər gəldi. Bütün uşaxları əsir düşmüşdü. Altı uşax. Bilmirəm, sana da­nış­dılar, yoxsa yox. Uşağa öz qardaşına qəbir qazdırıflar ermənilər.

Qonşulardan əsir düşənnər danışırdılar ki, ermənilər içəri gi­rir­dilər, siqareti alnımızda söndürürdülər. Allah gösdərməsin, olla­rın əlinə vayenni formada girov düşeydin. Onda gərəh yerində özun-özünu partdat, öldür. Müharibədə olanda bizim üsdümüzdə bir dənə qumbara zapasımız, bir dənə patronumuz olardı ki, görsəh ki, əsir düşürüh, özümüzü vurax.
11. Bı Qara kişiynən Afilə xalanın altı uşağı birdən girov getdi. Elə olan-qalan da altıca uşağı vardı. Deməli, bunnar hər şey­lərin yığıf, maşına dolduruf, uşaxların da üsdündə oturduflar. Təh bılar olmuyuf ha. Çox adam oluf əslində. Maşın karvanı da. Gəlif Tuneldən keçəndə ermənilər də burda gözdüyürmüşdər. Maşınnarı gülləbaran eliyiflər, da məjbur dayanıflar. Veşdərini götürüf, özdə­rini də girov aparıflar camahatın. Bu Afilə xalaynan Qara dayı da kənd alınanda Murov yoluynan gəlmişdilər. Amma xəbərrəri olmu­yuf uşaxları girov gedənnən. Sooradan biliflər. Qara dayı eşidəndə yerə yıxılıf başını yerə döyürmüş, gözünün bi tayı orda axıf tö­külmüşdü. Altı uşaxdan güj-bəlaynan üçünü qaytara bildilər. İki oğlan, bir qız. Deyir, orda tay bınnarın başına nə oyun aşmırmışlar da. Acanda da qabaxlarına kartof qabığı, lobya qını atırmışdar ki, yeyin. Su əvəzinə də çirkli qab suyu içirdillərmiş. Nəysə, bu üç uşağı qaytarıf gətirif xəsdəxanıya yerrəşdirmişdilər. Eşidən kimi anası elə ayaxyalın, başıaçıx qaçar xəsdəxanıya. Uşaxlar sifdə analarını tanıya bilməmişdilər. O üç ayda başı nətəər ağarmışdısa.
12. Bizim qonşu da Afilənin uşaxlarıynan bir yerdə oluf. Deer, gün əyilmişdi, mən də xəsdəyəm. Bax güllə bırdan dəymişdi, bax bı yekəliyində yer çaleydi (ayağını göstərir – top.). İki oğlu vardı. Birii çayın əyağında öldürüflər, biri girif anasının kürəyinin arasına. Gör nə vəzyətə düşüf ki, kürəyinin arasındakı uşaxdan xəbəri olmuyuf bunun (ağlamsınır – top.). Bılları da (girovları) balınsiyə binasında saxlıyırmışdar. Deer, balınsiyənin aquşkasınnan baxırdım, gördüm bir uşağı erməni uşaxları ağ ulağa mindiriflər. Bu uşaxnan məzələnirmişdər də. Elə bil ki, bu uşax mana şirin gəldi. Deer, dikqətnən baxanda gördüm kü, öz oğlumdu, Yadigar. Soora Allah-taaladan elə oluf ki, Qızıl Aypara Cəmiyətinə düşüf, boşduyuflar ana-balanı. Elə pis taleyi oldu ku, o qadının. Gələn kimi kişisi də boşadı, niyə girov düşmüsən deyə. Soora bir ayrısına verdilər bunu. Qoca kişiydi. Onda da oğlu üz döndərdi, niyə məni qoyuf getdin deyə. Dərtdədi, öldü yazıx axırda. Pah, nələr danışırdı, Allah-Allah. Deerdi, bizə gəvə toxudurdular ermənilər. Bunnarı balınsiyədə saxlıyır­mışdar müvəkqəti. Gəlin də bıllara işdiyirmiş. Gəvə toxuyurmuş. Elə günnər varıymış e, bala...


Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin