Qarabağ: folklor da bir tariXDİR



Yüklə 3,83 Mb.
səhifə94/228
tarix01.01.2022
ölçüsü3,83 Mb.
#103327
1   ...   90   91   92   93   94   95   96   97   ...   228
ÖLÜNÜN YUXUDAN QOVULMASI
Məəm də başıma gəlif, ölmüş bir adam yuxuma girmişdi. Dur­dum dedim ki, nənə, filankəs yuxuma girir hər gejə (anamıza nənə deerdih), yuxumnan çıxmır. Daa bezmişəm. Dedi, get, bir əl dəyməz bir yerdə daşı çevir deginən: “Bu daşı çevirirəm, filankəs, sənin adın olsun, sənin adına çevirirəm, bir də mənim yuxuma girmə”. Dedi, heylə deginən, çevir. Həqiqətən də, o adam onnan soora məəm yuxu­ma girmədi. Əl dəymiyən yerdə – belə küçədə, dam-zad yanında yox. Getdih bir qayanın yanında (insan onu çevirməzdi, götürməzdi) bir daşı çevirdim. Dedim, bı sənin daşın olsun, bir də mənim yuxuma girmə. Belə mən onu elədim, bir də mənim yuxuma girmədi.
ÖLÜ PAYI
Mənim nənəmin babası bir günnəri hardansa gəlirmiş. Görüf gejədi, özünə sığınacağ axtarıf. Qabaxda qəbirsannıx, deef, var. Deyir, bir az da tez gedim qəvirsannığa sığınım, səhəri açım. Gedir, bir başdaşına söykənir, beləcə yatır. Görür biri çağırır ki, Hürü. O birisi deer, nədi, Pəri? Deer, Hürü, qonağım gəlif. Babam danışır­mış ki, qonağ da mən olmuşam. Deer, qonağım gəlifdi, maa bir bişi göndər. Qara bayram günü keçmişdə camahat bişi bişirif paylıyırdı. Deer, maa bir bişi göndər, qonağımı yola salım, mənimki hələ gəlmiyif. Gələndə mən verəjəm. Babam duruf gəlif evdə deyifdi ki, hər dördüncü gün ölənnərin adın anın, anılmalıdı. Bax onun qonağı oldum, o borc aldı. Deef, bax maa hələ gəlmiyif, gəlsə, verərəm. Əyər getmədisə, o, ona deməh boşdu qaldı.

Yüklə 3,83 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin