Qardaş ölkədə keçirilən tədbirlər



Yüklə 8,88 Kb.
tarix22.06.2018
ölçüsü8,88 Kb.
#54530

Qardaş ölkədə keçirilən tədbirlər
Azərbaycanın qürurverici bayramlarından biri də Dövlət Bayrağı Günüdür. Dövlət bayrağımız ilk dəfə 1918-ci ilin noyabrın 9-da qəbul olunmuş və 1920-ci ilin aprelinə qədər dövlət statusuna malik olmuşdur. Üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də NMR AM sədri xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yenidən dövlət bayrağı olaraq təsdiq edildi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət Bayrağı elan etmişdir. Azərbaycan Respublikası prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında ” sərəncam imzaladı. Sonra isə Dövlət bayrağı meydana gətirilərək ucaldıldı. Uzunluğu 75, eni 35 metr olan bayraq bizim qürur mənbəyimizdi. Bayrağımız müstəqil Azərbaycanın dövlət atributlarından biridir.

Bu münasibətlə universitetimizin Qadınlar Şurasının xətti ilə professor –müəllim heyəti, bir qrup tələbələrlə Dövlət Bayrağı Meydanına gələrək Bayraq Muzeyini ziyarət etmiş, bələdçinin vasitəsilə muzeyin bütün guşələrinə baxmış və xalqımızın tarixini özündə əks etdirən müxtəlif dövrlərin bayraqları ilə tanış olmuşdur. Bayram startına Dövlət Şurasının üzvləri və universitetin fəal xanım müəllimləri qardaş Gürcüstanın ərazisində davam etmişlər. Gürcüstanın paytaxtı Tbilisi şəhərində iki günlük bayram tədbirləri keçirilmişdir. Qatardan enən bayram iştirakçıları birinci növbədə ulu öndərimiz Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular. Ölkə başçımız cənab İlham Əliyevdən sonra heykəlin ziyarətinə ilk gələn də məhz AzMİU-nun Qadınlar Şurası olmuş və bundan böyük fəxr duymuşlar. Dost ölkənin gözəl bir guşəsində qoyulmuş büst əzəməti ilə diqqəti uzaqdan cəlb edir. Onlar büstün önündə xatirə şəkilləri çəkdirdilər.



Sonra Qadınlar Şurası və müəllimlər yaxınlıqda yerləşən, böyük mütəfəkkir və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun vaxtı ilə yaşadığı ev muzeyinin ziyarətinə getdilər. Muzey Ulu öndərin büstünün qoyulduğu yerə yaxın idi. Muzey həm də Azərbaycanın Tiflisdə yerləşən səfirliyinin yaxınlığında yerləşir. Muzeyə gedərkən səfirliyin önündə ucaldılan dövlət bayrağının qarşısında şəkil çəkdirdilər. Səfirliyin yaxınlığında Azərbaycan musiqisinin klassiklərindən biri sayılan Bülbülün də büstü qarşısında ehtiram əlaməti olaraq dayanıb onun xatirəsini yad etməyi özlərinə borc bildilər.Sonra M.F.Axundovun ev muzeyinə getdilər. Muzeylə tanışlıqdan sonra Bakıdan muzeyə hədiyyə gətirdikləri kitabları muzeyin direktoru Leyla xanım Əliyevaya təqdim etdilər. Leyla xanım təşəkkür edərək muzeyin uşaq ədəbiyyatına ehtiyacı olduğunu vurğuladı. Qadınlar Şurasının üzvləri muzeyə uşaq ədəbiyyatına aid çoxlu sayda kitab göndərəcəklərinə söz verdilər. Qadınlar Şurasının sədri S.Əhmədova muzeyin Fəxri qonaqlar kitabına tədbir iştirakçıları adından ürək sözlərini yazdı. Tədbirin axırında xatirə şəkli çəkildi. Yüksək səviyyədə keçirilmiş bu tədbirin səhəri Qadınlar Şurasının üzvləri və universitetin müəllimləri mütəfəkkir M.F.Axundovun qəbrini ziyarət etdilər. Nəbatət bağında olan kiçik məzarıstanda M.F.Axundovun qəbri Azərbaycan şairi Mirzə Şəfi Vazehin qəbri ilə yanaşı idi. Azərbaycan Xalq Cümhuriyyətinin fədailərindən Həsən bəy Ağayev və Fətəli Xan Xoyski də məhz bu məzarlıqda uyuyurlar.Cümhuriyyət üzvlərinin xatirəsinə hörmət əlaməti olaraq qranit lövhə yaradılmışdır. Tədbirin iştirakçıları burada da xatirə şəkli çəkdirdilər.

Gürcüstanın xalq artisti İbrahim İsfahanlının barelyefi qoyulmuş binanın qarşısında dayanaraq onun ruhuna dualar oxudular. Sonda Tbilisinin qədim, tarixi yerləri, muzeyləri, qədim Mitsxelini şəhərini ziyarət edən tədbir iştirakçıları iki günlük səfərdən böyük məmnunluq hissi ilə qayıtdılar.
Yüklə 8,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin