Məsələlər.
1.Qardaşım məndən 5 yaş böyükdür. Mən 14 yaşında olduğuma görə bacım neçə yaşındadır?
2.Rəfdə 5nağıl, 10 hekayə, 3 şeir kitabı vardı. Rəfdə cəmi neçə kitab vardı?
3.Oqtay indi 9 yaşındadı. Oqtayın 4 il əvvəlki və 3 il sonrakı yaşının cəmi neçə edər?
4. Nimçədə 8 sarı, 5 qırmızı alma vardı. Sarı almalar qırmızı almalardan nə qədər çoxdur?
5.Anarın 5 ildən sonra 12 yaşı olacaq. Teymur indi neçə yaşındadır?
6.Avtobusda 18 sərnişin vardı. Birinci dayanacaqda 5 sərnişin, ikinci dayanacaqda isə 6 sərnişin düşdü. Avtobus neçə sərnişinlə yoluna davam etdi?
7.20 səhifəlik kitabın dünən 6 səhifəsini, bu gün 10 səhifəsini oxudum. Kitabın oxunmamış neçə səhifəsi qaldı?
8.19 limonun əvvəl 8 dənəsi, sonra 7 dənəsi satıldı. Neçə limon qaldı?
9.Bu gün 4 uşaq məktəbə gəlmədi.Gələnlər 16 nəfər olduğuna görə sinfimizdə neçə şagird var?
10.Tural 8 məsələ, Vaqüif bundan 4 məsələ çox həll etdi. Vaqif neçə məsələ həll etdi?
11.Uşaq bağçasında 6 ikitəkərli, 5 üçtəkərli velosiped vardı. Uşaq bağçasında cəmi neçə velosiped vardı?
12.Vedrədə 12 litr su vardı. Bir neçə litr su işləndikdən sonra orada 4 litr su qaldı. Neçə litr su işlənmişdir?
13.Vedrədən 5 litr su götürdülər və orada 7 litr su qaldı. Əvvəlcə vedrədə neçə litr su vardı?
14.Mağazada 14 dəst uşaq paltarı, 4 dəst çox böyük paltarı satıldı. Mağazada neçə dəst böyük paltarı satıldı?
15.Tenis oyununda Sənan 11 bal, Tahir 8 bal topladı. Sənan Tahirdən neçə bal çox topladı?
16.Nimçədəki 19 qutabdan 7-si ət, qalanları göyərti qutabı idi. Nimçədə neçə göyərti qutabı vardı?
17.Boyunbağıda 12 qırmızı, 5 göy muncuq vardı.Qırmızı muncuqlar göu muncuqlardan neçə dənə çox idi?
Dostları ilə paylaş: |