Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə16/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   12   13   14   15   16   17   18   19   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.3.9. Qaynaq materiallarının markası, çeişidi, saxlanılması və istifadə şərtləri qaynaq
işlərinə aid NS-lərin tələblərinə uyğun olmalıdır.
4.3.10. Qaynaq materialları yoxlanılmalıdır:
- elektrodların hər partiyası:- qaynaq-texnologiya xassələri, aşqar elementlərin tərkibinin
aşqarlanmış elektrodlarla (Э-09Х1М, Э-09Х1МФ tipli, austenit və başqa) yerinə yetirilmiş
əridilmiş metalın stiloskopiya yolu ilə normalaşdırılmış tərkibə uyğunluğu;
- hər toz məftil partiyasının qaynaq-texnologiya xassələri;
- aşqarlanmış qaynaq məftilinin hər çarxının - stiloskopiya yolu ilə əsas aşqarlayıcı 
elementlərin olması.


4.3.11. Qaynaq olunacaq kənarların və səthlərin hazırlanması mexaniki emalla, ya da
termiki kəsmə yolu ilə və ya sonrakı mexaniki emalla (kəsmə, frez, abraziv alətlə) yonma
(oksigen, hava-qövs, plazma-qövs) ilə yerinə yetirilməlidir. Termiki kəsmədən (yonmadan)
sonra mexaniki emalın dərinliyi konkret polad markasının kəsmənin (yonmanın) termiki dövrə
həssaslığından asılı olaraq NS-də göstərilməlidir.
4.3.12. Qaynaq olunacaq detalların kənarları və onlara bitişik səthlər NS-in tələblərinə
uyğun olaraq yanıq dəmir qırıntılarından, boyadan, yağdan və digər çirkdən təmizlənməlidir.
4.3.13. Köməkçi elementlərin qaynaq edilməsi və sökülməsi (yığma qurğular, müvəqqəti
bərkidicilər və s.) cizgilərin və NS-in göstərişlərinə uyğun olaraq yerinə yetirilməlidir. Bu
elementlərin qaynağını belə məmulatların qaynağını yerinə yetirməyə icazəsi olan qaynaqçılar
yerinə yetirməlidirlər.
4.3.14. Tutqacları, tutumların qaynağına aid texniki sənədlərdə nəzərdə tutulmuş aşqar
materiallar tətbiq olunmaqla, verilən məmulatların qaynağına buraxılan qaynaqçı yerinə
yetirməlidir. Sonrakı qaynaq işləri aparılarkən tutqaclar çıxarılır və ya əsas tikişlə əridilir.
Əsas məmulatlar qaynaq edildikdən sonra müvəqqəti bərkidicilərin qaynağı və çıxarılması
məhsulun metalında çatların və kəsiklərin əmələ gəlməsini istisna edən texnologiya üzrə yerinə
yetirilməlidir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin