Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə17/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.3.15. Tutumlar və onların elementləri hazırlanarkən bütün qaynaq işləri müsbət
temperaturda, qapalı yerlərdə yerinə yetirilməlidir.
Quraşdırma meydançalarında tutumların montajı, hazırlanması və eləcə də onların binadan
kənarda təmiri zamanı havanın mənfi temperaturunda qaynaq işini yerinə yetirməyə yol verilir.
Bu halda qaynaqçı, eləcə də qaynaq yeri bilavasitə küləyin və atmosfer yağıntılarının təsirindən
qorunmalıdır. Ərtafda havanın 0
o
C-dən aşağı temperaturlarında qaynaq işləri müəyyən qaydada
razılaşdırılmış NS-in tələblərinə uyğun yerinə yetirilməlidir.
4.3.16. Qaynaq işlərini yerinə yetirən qaynaqçını müəyyən etmək üçün bütün qaynaq
tikişləri damğalanmalıdır.
Damğa xarici tərəfdən, qaynaq tikişinin kənarından 20-50 mm məsafədə vurulmalıdır. Əgər
qaynaq tikişi xaricdən və daxildən müxtəlif qaynaqçılar tərəfindən yerinə yetirilibsə, o zaman
damğa xarici tərəfdən kəsr şəklində vurulur: kəsrin surətində xaricdən qaynaq tikişi yerinə
yetirən qaynaqçının damğası, kəsrin məxrəcində isə daxildən qaynaq edən qaynaqçının damğası
vurulur. Əgər tutumun qaynaq birləşmələri bir qaynaqçı tərəfindən yerinə yetirilirsə, o zaman
damğanı lövhəciyin yanında və ya başqa açıq sahədə vurmaq olar. Əgər qaynaq birləşmələri bir
neçə qaynaqçı tərəfindən yerinə yetirilibsə, qaynaq işində iştirak etmiş qaynaqçıların hamısının
damğaları vurulmalıdır.
Uzununa tikişlərdə damğa tikişin başlanğıcında və sonunda halqavari tikişdən 100 mm
məsafədə vurulmalıdır. Uzunluğu 400 mm-dən kiçik olan uzununa qaynaq tikişli obeçaykalarda
bir damğa vurmağa yol verilir. Halqavari tikişlərdə damğa halqavari tikişin uzununa tikişlə
kəsişdiyi yerdə və hər 2 m-dən bir, lakin hər tikişdə ən azı iki damğa olmaqla vurulmalıdır.
Damğalar bayır tərəfdən vurulmalıdır. Divarının qalınlığı 4mm-dən az olan tutumlarda uzununa
və halqavari tikişlərin damğasını elektroqraf və ya silinməyən boyalarla vurmağa icazə verilir.


Damğa vurulan yer silinməyən boya və ya elektroqraf ilə yerinə yetirilən, yaxşı görünən
çərçivəyə alınır və tutumun pasportunda qeyd olunur.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin