Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə18/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.3.17. Tutumların hazırlanması, montajı və təmiri zamanı qaynaq texnologiyasına, real
məhsullar üzərində onun texnolojiliyi təsdiq olunduqdan, bütün kompleksin qaynaq tikişlərinin
tələb olunan xassələri yoxlandıqdan və onların keyfiyyətinin səmərəli yoxlama metodları
mənimsənildikdən sonra yol verilir.
Tətbiq olunan qaynaq texnologiyası Qaydalara uyğun attestasiyadan keçməlidir.
4.3.18. Qaynaq texnologiyasının attestasiyası tədqiqat və istehsal növlərinə bölünür.


Tədqiqat attestasiya növü yeni, lakin əvvəl attestasiyadan keçməmiç qaynaq
texnologiyalarınin tətbiqinə hazırlanması zamanı ixtisaslaşmış təşkilat tərəfindən həyata
keçirilir.
İstehsal attestasiya növü - tədqiqat attestasiyasının nəticələrinə görə verilmiş rəylər əsasında
hər bir müəssisə tərəfindən keçirilir.
4.3.19. Qaynaq texnologiyasının tədqiqat attestasiyası layihələndirmə və texnoloji
tövsiyyələrin (texnologiyanın tətbiq olunma sahəsi, qaynaq materialları, qızdırılma rejimləri,
qaynaq və termiki emal, qaynaq birləşmələrinin qəbul-təhvil xarakteristikalarının zəmanətli
göstəriciləri, yoxlama üsulları və s.) verilməsi zamanı lazımi hesablamaları yerinə yetirmək üçün
lazım olan, qaynaq birləşmələrinin xarakteristikasını müəyyən etmək məqsədi ilə keçirilir.
Tədqiqat attestasiyası zamanı müəyyən olunan qaynaq birləşmələrinin xarakteristikalarını
əsas metalın növündən, təyinatından və qaynaq birləşmələrinin növbəti istismar şəraitindən asılı
olaraq seçilir:
- normal (20
o
± 10
o
C) və işçi temperaturda mexaniki xassələri, o cümlədən qırılmağa qarşı
müvəqqəti müqaviməti, axıcılıq həddi, metal tikişin nisbi uzanması və nisbi sıxılması, metal
tikişin zərbə özlülüyü və qaynağın termiki təsir zonaları, metal tikişin qırılmağa qarşı müvəqqəti
müqaviməti və qaynaq birləşməsinin əyilmə bucağı;
- uzunmüddətli möhkəmlik, plastiklik və yayılma;
- dövri möhkəmlik;
- metal tikişinin kritik kövrəklik temperaturu və qaynağın termiki təsir zonası;
- işçi temperaturda termiki köhnəlmədən sonra qaynaq birləşmələrinin xassələrinin 
stabilliyi;
- işçi mühitdə oksidləşmənin intensivliyi;
- yolverilməz qüsurların olmaması;
- kristallararası korroziyaya qarşı (austenit sinifli poladlardan ibarət qaynaq birləşmələri 
elementləri üçün) davamlılıq;
- qaynaq birləşmələri üçün digər spesifik xarakteristikalar.
Müəssisə tərəfindən keçirilən tədqiqat attestasiyasının nəticələrinə görə onun təcrübi tətbiq
olunması üçün lazımi tövsiyyələr verilməlidir. Təklif olunan texnologiyanın istehsalda tətbiq
olunmasına icazə, ixtissaslaşdırılmış müəssisənin qərarı əsasında SİTGDMND Agentliyi
tərəfindən verilir.
4.3.20. Verilmiş texnologiya əsasında konkret istehsal şəraitində yerinə yetirilmiş qaynaq
birləşmələrinin Qaydaların və NS-in tələblərinə uyğunluğunu yoxlamaq məqsədi ilə texnologiya
tətbiq edilməyə başlamazdan əvvəl hər müəssisə tərəfindən qaynaq texnologiyasının istehsal
attestasiyası keçirilir.
İstehsal attestasiyası yerinə yetirildiyi müəssisədə eynitipli qaynaq birləşmələrinin hər
qrupu üçün* keçirilməlidir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin