Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə2/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

1.2. Layihələndirmə
1.2.1. Tutumların və onun elementlərinin (o cümlədən ona aid ehtiyat hissələrinin)
layihələri, eləcə də onların quraşdırılma və ya yenidənquruma layihələri ixtisaslaşdırılmış
təşkilatlar tərəfindən yerinə yetirilməlidir.
1.2.2. Tutumların layihələndirilməsi, hazırlanması, yenidən qurulması, montajı,
tənzimlənməsi, təmiri, diaqnostikası və istismarı ilə məşğul olan rəhbər işçilər və mütəxəssislər
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və
Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin (bundan sonra SİTGDMND Agentliyi), təhlükəli
istehsal obyektlərinin sənaye təhlükəsizliyi sahəsində fəaliyyət göstərən təşkilatların işçilərinin
hazırlanması və attestasiyasının keçirilməsi haqqında Qaydalarına uyğun olaraq atestasiyadan
keçməlidir.
1.2.3. Tutumların hazırlanma layihələri və texniki şərtləri müəyyən olunmuş qaydada
razılaşdırılmalı və təsdiq olunmalıdır.
İstehsal, yenidənqurma, quraşdırma, tənzimləmə, təmir və ya istismar zamanı layihədə və
normativ sənədlərdə lazım gəldikdə dəyişikliklərin edilməsi bu tutumun layihəsini və (və ya)
normativ sənədlərini (daha sonra NS) işləyib hazırlayan təşkilatla razılaşdırılmalıdır. Bu
mümkün olmadıqda, layihədə və ya NS-də ediləcək dəyişikliklərin ixtisaslaşdırılmış təşkilatla
razılaşdırılmasına icazə verilir.
1.2.4. Kimya sənayesində istifadə olunan tutumlar layihələndirilərkən SİTGDMND
Agentliyində qeydiyyatdan keçməsi haqqında qərar olan təhlükəli istehsal obyektlərinin sənaye
təhlükəsizliyi sahəsində fəaliyyət göstərən müəssisələr üçün sənaye təhlükəsizliyinin ümumi
Qaydalarının tələbləri nəzərə alınmalıdır.
1.2.5. Qaydalardan yalnız SİTGDMND Agentliyinin icazəsi ilə müstəsna hallarda kənara
çıxmaq olar. İcazənin alınması üçün SİTGDMND Agentliyinə müvafiq əsaslandırma, lazım
gəldikdə isə ekspert və ya ixtisaslaşdırılmış təşkilatın rəyi təqdim olunmalıdır. Hazırki Qayda-
lardan kənara çıxma haqqında icazənin surəti tutumun pasportuna əlavə edilməlidir. (əlavə 2).



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin