Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə26/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   22   23   24   25   26   27   28   29   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.5.16. Tutumların təzyiq altında işləyən qaynaq birləşmələrinin əsas elementlərinin
yoxlanması haqqında məlumatlar tutumun pasportunda qeyd olunmalıdır.
4.5.17. Aşağıdakı qüsurları aşkar etmək məqsədi ilə tutumların bütün qaynaq birləşmələri
və elementləri vizual və ölçü yoxlamasından keçməlidir:
- bütün növlərdə və istiqamətlərdə çatlar;
- qaynaq tikişinin xarici səthində boşluqlar (qovuqlar) və məsamələr;
- kəsiklər;
- ərintilər, yanıqlar, əridilməmiş kraterlər;
- qaynaq olunan elementlərin kənarlarının qaydalarda göstərilmiş normalardan artıq yerini 
dəyişməsi və birgə kənara çıxması;
- birləşdirilən elementlərin düzxətli olmaması;
- tikişlərin formasının və ölçülərinin texniki sənədlərin tələblərinə uyğun olmaması.
4.5.18. Vizual baxışdan əvvəl qaynaq tikişinin səthi və əsas metalın ona bitişik sahələri
tikişin hər iki tərəfindən ən azı 20 mm enində şlakdan və digər çirklərdən təmizlənməlidir.
Elektroşlak qaynağı zamanı isə bu məsafə 100 mm məsafədən az olmamalıdır.
4.5.19. Qaynaq birləşmələri qaynaq tikişinin bütün uzunluğu boyu həm xaricdən, həm də
daxildən nəzərdən keçirilməli və ölçülməlidir. Qaynaq tikişinə hər iki tərəfdən baxış keçirmək
və ölçmək mümkün olmadıqda, onun yoxlanılması layihədə nəzərdə tutulduğu qaydada yerinə
yetirilməlidir.
4.5.20. Ultrasəs defektoskopiyası və radioqrafiya üsulu ilə yoxlamalar qaynaq
birləşmələrində daxili qüsurları (çatlar, qaynaq olunmayan aralıqlar, şlak əlavələri və s.) aşkar
etmək üçün yerinə yetirilir.


4.5.21. Tutumların qaynaq birləşmələrinin fiziki üsullarla yoxlanılmasına xüsusi nəzəri
hazırlıq keçmiş, praktiki cəhətdən öyrədilmiş və müvafiq qaydada attestasiyadan keçmiş
mütəxəssislər buraxılırlar.
4.5.22. Qaynaq birləşmələrinin ultrasəs defektoskopiyası və radioqrafiya üsulu ilə
yoxlanılması NS-in tələblərinə uyğun yerinə yetirilməlidir.
4.5.23. Yoxlama üsulu (ultrasəs defektoskopiyası, radioqrafiya yoxlaması və ya hər iki
üsulla) metalın fiziki xüsusiyyətlərini nəzərə alaraq, təhlükəli qüsurların daha tam və dəqiq aşkar
edilməsini təmin edə bilməsi, eləcə də konkret qaynaq birləşməsi növü üçün verilən üsulun
mənimsənilməsinə görə seçilir.



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin