Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə27/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   23   24   25   26   27   28   29   30   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.5.24. Tutumların və onun elementlərinin (diblər, obeçaykalar, ştuserlər, lyuklar, flanslar
və s.), tutumun gövdəsi ilə lyuk və ştuser birləşmələri daxil olmaqla, uc-uca, bucaq, tavrşəkilli
və başqa qaynaq birləşmələrinin ultrasəs defektoskopiyası və ya radioqrafiya üsulu ilə
yoxlanılma həcmi cədvəl 6-da göstərilmiş qiymətlərə uyğun olmalıdır.
Cədvəl 6
Tutumlar qrupu (bax cədvəl 5)
Hər qaynaq tikişinin uzunluğuna görə yoxlanan
qaynaq tikişi sahəsinin uzunluğu, %
1
100
2
100
3
50 -dən az olmayaraq
4
25 -dən az olmayaraq
Göstərilən yoxlama həcmi hər bir qaynaq birləşməsinə aiddir. Qaynaq birləşmələrinin
birləşdiyi (kəsişdiyi) yerlər mütləq ultrasəs defektoskopiyası və radioqrafiya üsulu ilə
yoxlamadan keçirilməlidir.
Tutumun gövdəsinə daxili və xarici qurğuların qaynaq tikişlərinin ultrasəs defektoskopiyası
və ya radioqrafiya yoxlamasını texniki sənədlərdə buna tələbin olduğu halda yerinə yetirilir.
4.5.25. Tutumun tez çıxarıla bilən qapaqlarla təchiz olunmuş qaynaq birləşmələri 100%
həcmdə ultrasəs defektoskopiyası və ya radioqrafiya yoxlama üsulu ilə yoxlanılmalıdır.
4.5.26. 3-cü və 4-cü qrup tutumlar üçün radioqrafiya və ya ultrasəs üsullarla yoxlanılacaq
yerlər qaynaq işləri başa çatdıqdan sonra xarici baxışın nəticələrinə görə istehsalçı müəssisənin
texniki nəzarət şöbəsi tərəfindən müəyyən olunur.
4.5.27. Müvafiq sahəni yoxlamazdan əvvəl qaynaq birləşmələri elə markalanmalıdır ki,
onları nəzarət kartlarında və radioqrafiya şəkillərində asanlıqla tapmaq mümkün olsun.
4.5.28. 100% həcmdə ultrasəs defektoskopiyası və ya radioqrafiya yoxlaması üsulu ilə
yoxlamaya məruz qalan qaynaq birləşmələrində yol verilməyən qüsurlar aşkar edildikdə,
birləşmənin bütün uzunluğu boyunca bu məhsulda həmin qaynaqçının yerinə yetirdiyi birtipli
qaynaq tikişləri də eyni üsulla yoxlanmalıdır.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin