Qaydalar azərbaycan respublikasi


 Ayrı-ayrı qaynaq birləşmələri



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə28/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   24   25   26   27   28   29   30   31   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.5.29. Ayrı-ayrı qaynaq birləşmələri əlçatmaz yerdə olduğundan, ultrasəs defektoskopiyası
və ya radioqrafiya yoxlamasını həyata keçirmək mümkün olmadıqda və ya bu yoxlama üsulları
səmərəli olmadıqda (xüsusilə ştuserlərin qaynaq tikişləri və daxili diametri 100 mm-dən kiçik
borular) bu qaynaq birləşmələrinin keyfiyyətini yoxlamaq üçün müəyyən qaydada razılaşdırılmış


təlimata uyğun olaraq başqa üsullar tətbiq edilir. Yoxlama üsulu barədə göstərişlər tutumun
pasportunda qeyd olunur.
4.5.30. Uc-uca qaynaq birləşmələrinin ultrasəs defektoskopiyası və radioqrafiya yoxlaması
daha səmərəli dağıdıcı olmayan nəzarət üsulu ilə əvəz edilə bilər.
4.5.31. Qaynaq birləşmələrinin və məhsulların kapilyar və maqnit tozu üsulu ilə
yoxlanılması səthi və səthaltı qüsurların aşkar edilməsi məqsədi ilə cizgilərlə və NS-lə təyin
olunan əlavə yoxlama üsullarıdır.
4.5.32. Kapilyar yoxlama üsulu müəyyən olunmuş qaydada razılaşdırılmış nəzarət
üsullarına uyğun olaraq yerinə yetirilməlidir.
4.5.33. Kapilyar və maqnit tozu üsullarının sinfi və həssaslıq səviyyəsi cizgilərlə  NS-lə
müəyyən olunmalıdır.


4.5.34. Stiloskopiya yoxlama üsulu detalların metalının aşqarlanmasının və qaynaq
tikişlərinin cizgilərin və NS-lərin tələblərinə uyğunluğunu təsdiq etmək məqsədi ilə yerinə
yetirilməlidir.
4.5.35. Stiloskopiyaya üsulu ilə aşağıdakılar yoxlanılır:
- cizgilər əsasında aşqarlanmış poladdan hazırlanan bütün qaynaq olunan detallar
(konstruksiya hissələri);
- NS-ə uyğun olaraq xəlitəli aşqar materialdan hazırlanacaq boruların bütün qaynaq 
birləşmələrinin tikişinin metalı;
- Qaydaların 4.3.10 bəndinə uyğun olaraq qaynaq materialları.
4.5.36. Stiloskopiya müəyyən qaydada razılaşdırılmış metodik göstərişlərin və ya
təlimatların tələblərinə uyğun olaraq yerinə yetirilməlidir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin