Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə29/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   25   26   27   28   29   30   31   32   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.5.37. Qaynaq birləşmələrinin termiki emalının yerinə yetirilmə keyfiyyətini yoxlamaq
məqsədilə qaynaq birləşməsinin metal tikişinin bərkliyi ölçülür.
4.5.38. İstiliyə davamlı perlit və martensit-ferrit sinfinə aid poladlardan yerinə yetirilən
qaynaq birləşmələrinin tikişlərinin metalı NS-də müəyyən olunmuş üsullarla və həcmdə bərkliyi
ölçülməlidir.
4.5.39. Yoxlama qaynaq birləşmələrindən hazırlanmış nümunələr üzərində mexaniki
xassələrin yoxlanması, kristallararası korroziyaya qarşı möhkəmliyin sınaqdan keçirilməsi və
qaynaq birləşmələrinin metalloqrafik tədqiqatı aparılmalıdır.
Yoxlama qaynaq birləşmələri tutumun möhkəmliyini (obeçaykaların uzununa tikişi, qabarıq
diblərin düz xətli və meridian tikişləri), eləcə də uzununa tikişləri olmayan tutumların halqavari
tikişlərinin möhkəmliyini müəyyən edən, uc-uca qaynaq birləşmələrindən birini əks etdirməlidir.
Yoxlama qaynaq birləşmələri nəzarət olunan istehsal qaynaq birləşmələri ilə (markasına,
təbəqənin qalınlığı və ya boruların ölçüsünə, kənarların kəsilmə formasına, qaynaq üsuluna,
qaynaq materiallarına, tikişin vəziyyətinə, qızdırılma rejimi və temperaturuna, termiki emala
görə) tam oxşar olmalıdır və eyni qaynaqçı tərəfindən, eyni qaynaq avadanlığı ilə yoxlanan
istehsal birləşməsi ilə eyni zamanda qaynaq olunmalıdır. Çoxlaylı tutumların halqavari tikişləri
üçün yoxlama qaynaq birləşmələri bu tutumların hazırlanmasına aid NS-lə müəyyən olunur.
Əgər Qaydaların tələblərinə uyğun olaraq qaynaq texnologiyasının attestasiyası keçirilibsə,
ixtisaslaşdırılmış müəssisənin razılığı üzrə yoxlama qaynaq birləşmələrinin mexaniki sınaqlarını
yerinə yetirməməyə icazə verilir.
4.5.40. Mexaniki xassələrin yoxlanması, kristallararası korroziyaya qarşı dayanıqlığın
sınaqdan keçirilməsi və metalloqrafik tədqiqat üçün təyin olunmuş yoxlama birləşmələrin
(plastinlərin) qaynağı zamanı plastinləri qaynaq olunan elementlərə elə yaxınlaşdırmaq lazımdır
ki, yoxlama plastinlərin tikişi qaynaq olunan məhsulun qaynaq tikişinin davamı olsun.


Üzərinə plastinləri yapışdırmaq mümkün olmayan tutumun elementlərinin birləşmələrini
yoxlamaq üçün yoxlama plastinlərin qaynağı yoxlanan uc-uca birləşmələrin qaynağının bütün
şərtlərinə mütləq riayət etməklə onlardan ayrılıqda yerinə yetirilə bilər.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin