1.4. Qəzalarin və bədbəxt hadisələrin tədqiqat qaydalari
1.4.1. Təzyiq altında işləyən tutumların istismarı ilə əlaqədar qəzaların
və bədbəxt
hadisələrin tədqiqatı, Azərbaycan Respublikasının qanunvericiliyinə və SİTGDMND
Agentliyinin müəyyən etdiyi qaydada həyata keçirilməlidir.
1.4.2. Təzyiq altında işləyən, SİTGDMND Agentliyində qeydiyyatda olan tutumlara
xidmətlə bağlı hər bir qəza, ölümlə nəticələnən və ya qrup halında baş verən bədbəxt hadisə
haqqında onun sahibi SİTGDMND Agentliyini və digər müvafiq təşkilatları məlumatlan-
dırmalıdır.
1.4.3. Qəzanın və ya bədbəxt hadisənin səbəblərini araşdırmaq üçün SİTGDMND
Agentliyinnin nümayəndəsi gələnə qədər müəssisənin müdriyyəti əğər yaranmış
vəziyyət
ətrafdakı insanların həyatı üçün heç bir təhlükə yaratmırsa və qəzanın inkişafına səbəb olmursa,
qəza (bədbəxt hadisə) vəziyyətinin olduğu kimi saxlanmasını təmin etməlidir.
II BÖLMƏ
TUTUMLARIN KONSTRUKSİYASI
2.1. Ümumi tələblər
2.1.1. Tutumların konstruksiyası hesablanmış istismar müddəti ərzində istismarın
etibarlılığını və təhlükəsizliyini təmin etməli və texniki şəhadətləndirilmənin
keçirilməsi,
təmizlənməsi, yuyulması, tam boşaldılması, üfürülməsi, təmiri, metalların
və birləşmələrin
istismar müddətində nəzarəti həyata keçirmək imkanını nəzərdə tutmalıdır.
Dostları ilə paylaş: