Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə31/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   27   28   29   30   31   32   33   34   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.5.46. Yoxlama qaynaq birləşmələri bütün uzunluq boyunca ultrasəs defektoskopiyası və
radiasiya yoxlama üsulu ilə yoxlanmalıdır.
Əgər yoxlama birləşmədə yol verilməyən qüsurlar aşkar edilirsə, o zaman bu birləşməyə
aid, defektoskopiyaya uğradılmayan bütün istehsal qaynaq birləşmələri bütün uzunluğu boyunca
dağıdıcı olmayan yoxlama üsulu ilə yoxlanmalıdır.
4.5.47. Mexaniki sınaqlar, yoxlanılan uc-uca qaynaq birləşmələrinin mexaniki xassələrini
“Qaydalar”ın və texniki şərtlərin tələblərinə uyğunluğunu yoxlamaq məqsədi ilə aparılmalıdır.
Mütləq (hökmən) aparılmalı olan mexaniki sınaq növləri:
- statik dartılma – bütün qrup tutumlar üçün (bax cədvəl 5);
- statik əyilmə və ya əzilmə (yastılanma)- bütün qrup tutumlar üçün;
- zərbədən əyilmə - 5 MPa (50 kqq/sm
2
)-dan yuxarı təzyiqdə və ya 450
o
C-dən yüksək
temperaturda işləmək üçün təyin olunmuş və qaynaq zamanı közərməyə meylli poladlardan
hazırlanmış tutumlar üçün (əlavə 4);
zərbədən əyilmə - -20 
o
C-dən aşağı temperaturda işləmək üçün təyin olunmuş 1, 2, 3-cü 
qrup tutumlar üçün.
Qaynaq birləşmələrinin zərbədən əyilməyə sınağı 3-cü bənd üzrə 20
o
C tempera- turda, 
divarının qalınlığı 12 mm və daha çox olan tutumlar və onların elementləri üçün,
4-cü bənd üzrə isə işçi temperaturda keçirilir.
Əgər Qaydaların tələblərinə uyğun qaynaq texnologiyasının istehsal attestasiyası
keçirilmişdirsə, o zaman ixtisaslaşdırılmış müəssisələrlə razılığa görə yoxlama qaynaq
birləşmələrini mexaniki sınaqlardan keçirməməyə icazə verilir.


4.5.48. Hər bir yoxlanılan uc-uca qaynaq birləşməsindən kəsilməlidir:
statik dartılmaya sınamaq üçün iki nümunə;
statik əyilməyə və əzilməyə sınamaq üçün iki nümunə
zərbədən əyilməyə sınamaq üçün üç nümunə.
4.5.49. Tutumların şərti keçid diametri 100 mm-dən az və divarının qalınlığı 12 mm-dən az 
olan boru elementlərinin yoxlama uclarının statik əyilməyə sınağı əzilməyə sınağı ilə əvəz edilə
bilər.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin