Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə34/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.5.56. Keçirilən mexaniki sınaqların bir növünə görə qənaətbəxş nəticələr alınmırsa, bu
sınaq növü eyni yoxlama birləşmədən kəsilmiş nümunələrin iki dəfə artırılmış sayı üzərində
təkrar olunmalıdır. Göstərilən birləşmədən nümunə kəsmək mümkün olmadığı halda təkrar
mexaniki sınaq aparmaq üçün eyni qaynaqçı tərəfindən qaynaq edilmiş istehsal qaynaq
birləşmələrində, yoxlanan məmulatdan kəsilmiş nümunə üzərində sınaq aparılmalıdır.
Əgər təkrar sınaq zamanı nümunələrdən heç olmasa birində alınan nəticələr müəyyən
olunmuş normalara uyğun gəlmirsə, həmin qaynaq birləşməsi yararsız sayılır.
4.5.57. SİTGDMND Agentliyinin razılığı ilə eynitipli məmulatın seriyalı istehsalı
dəyişilməyən texnoloji prosesdə, müəyyən iş növlərində və yüksək keyfiyyətli qaynaq
birləşmələri yerinə yetirən, 6 aydan az olmayan müddət ərzində yoxlama nəticələri təsdiq
olunmuş, qaynaqçıların ixtisaslaşdırılması şəraitində qaynaq birləşmələri üçün Qaydalarda
nəzərdə tutulmuş mexaniki sınaqların və metalloqrafik tədqiqatların həcmini azaltmaq olar.
4.5.58. Qaynaq birləşmələrinin, tökmə və döymə elementlərinin, tökmə detalları olan
boruların, müxtəlif sinif poladlardan hazırlanan elementlərin, eləcə də təksaylı qaynaq
birləşmələrinin mexaniki sınaqlarının keçirilməsinin zəruriliyi, həcmi və qaydası müəyyən
olunmuş qaydada razılaşdırılmış normativ sənədlər üzrə müəyyənləşdirilir.
Qeyri-metal və kompozisiya materiallarından hazırlanan tutumlar üçün şahid-nümunələr
nəzərdə tutulmalıdır. Onların konstruksiyası, hazırlanma texnologiyası və sınaq növləri verilən
tutuma aid texniki şərtlərlə müəyyən olunur.
4.5.59. Aşağıdakı tutumların və onların elementlərinin möhkəmliyini müəyyən edən
yoxlama uc-uca qaynaq birləşmələri metalloqrafik üsulla tədqiqat olunmalıdır:
5 MPa-dan (50 kqq/sm
2
) böyük təzyiqdə və ya 450 
o
C-dən yüksək temperaturda və ya 
təzyiqdən asılı olmayaraq -40 
o
C-dən aşağı temperaturda işləmək üçün təyin olunan;


qaynaq zamanı közərməyə meylli legirlənmiş poladlardan, iki laylı poladlardan hazırlanmış;
qızğın çatlar (texniki layihənin müəllifi tərəfindən müəyyən olunur) əmələ gətirməyə meylli
poladlardan hazırlanan.
Austenit sinfinə aid poladlardan hazırlanmış, divarının qalınlığı 20 mm-ə qədər olan 
tutumlar və onların elementləri üçün metalloqrafik tədqiqatların aparılmamasına icazə verilir.
4.5.60. Metalloqrafik tədqiqatlar üçün qaynaq birləşmələrinin nümunələri (şlifləri) qaynaq 
tikişinin eninə kəsilməli və dövlət standartlarının və ya NS-in tələblərinə uyğun hazırlanmalıdır.
Metalloqrafik tədqiqatlar üçün qaynaq birləşmələri nümunələrinə tikişin bütün en kəsiyi,
qaynağın hər iki termiki təsir zonası, onlara bitişik əsas metal sahələri, həmçinin əgər qaynaq 
zamanı alt halqa tətbiq olunmuş və çıxarılmamalıdırsa, o, daxil olunmalıdır. Metalloqrafik


tədqiqatlar üçün təyin olunan, divarının qalınlığı 25 mm və daha artıq olan qaynaq
birləşmələrinin elementlərinin nümunələrinə birləşmənin en kəsiyinin yalnız bir hissəsi daxil ola
bilər. Bu halda əridilən xətdən nümunənin kənarına qədər olan məsafə 12 mm-dən, yoxlanılan
səthin sahəsi isə 25x25 mm-dən kiçik olmamalıdır.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin