R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları
4.6.7. Müxtəlif təzyiqlər üçün nəzərdətutulan iki və daha artıq boşluğu olan kombinasiya
edilmiş (birləşdirilmiş) tutumlarda hər boşluq ayrı-ayrılıqda, boşluğun hesablama təzyiqindən
asılı olaraq müəyyən olunan yoxlama təzyiqlə hidravlik sınaqlardan keçirilməlidir.
Sınağın keçirilmə qaydası texniki layihədə qeyd olunmalı və tutumun istismarı üzrə
istehsalçı müəssisənin təlimatında göstərilməlidir.
4.6.8. Tutum su ilədoldurularkən oradan hava tamamilə çıxarılmalıdır.
4.6.9. Əgər texniki şərtlərdə kövrək dağılmanın qarşısını almaq şərti üzrə yol veriləbilən
temperaturun konkret dərəcəsi göstərilməyibsə, tutumların hidravlik sınağı üçün temperaturu 5
o
C-dən aşağı və 40
o
C-dən yuxarı olmayan su tətbiq olunmalıdır.
Sınaq zamanı tutumun divarının və onu əhatə edən havanın temperaturlar fərqi tutumun
səthində kondensasiya damcıları əmələ gətirməməlidir.
Tutumun layihəçisinin razılığı ilə suyun yerinə başqa mayedən istifadə oluna bilər.
4.6.10. Sınaqdan keçirilən tutumda təzyiqi tədricən artırmaq lazımdır. Təzyiqin artma sürəti
aşağıdakı hallar üçün göstərilməlidir: istehsalçı-müəssisədə tutumun sınağı üçün- texniki
sənədlərdə, iş prosesində tutumun sınaqdan keçirilməsi üçün- istismar üzrə təlimatda.
Təzyiqin qaldırılması üçün sıxılmış havadan və ya digər qazdan istifadə olunmasına icazə
verilmir.
4.6.11. Sınaq zamanı təzyiqəiki manometrlənəzarət olunmalıdır. Hər iki manometr eyni
tipli seçilməli, eyni ölçü həddinə, dəqiqlik sinfinə, bölgü qiymətinə malik olmalıdır.
4.6.12. Tutumun yoxlama təzyiq altında saxlama müddəti layihəçi tərəfindən müəyyən
olunur.
Layihədə göstərilmədiyi halda saxlama müddəti cədvəl 9-da verilən qiymətlərdən az
olmamalıdır.
Cədvəl 9 Tutumun divarının qalınlığı,mm
Saxlama müddəti, dəq
50-yə qədər
10
50-dən yuxarı 100-ə qədər
20
100-dən yuxarı
30
Divarının qalınlığından asılı olmayaraq tökmə, qeyri-metal və
60
çoxlaylı tutumlar
4.6.13. Yoxlama təzyiqi altında saxladıqdan sonra təzyiq hesablama qiymətinə qədər
endirilir, bu zaman tutumun xarici səthinə, onun bütün sökülüb- yığıla bilən və qaynaq olunmuş
birləşmələrinə baxış keçirilir.
Sınaq zamanı tutumun gövdəsinin divarlarını, qaynaq olunmuş və ya sökülüb- yığıla bilən
birləşmələrini döyəcləməyə yol verilmir.
4.6.14. Əgər aşağıdakı əlamətlər aşkar olunmayıbsa, o zaman tutum hidravlik sınağa davam
gətirmiş hesab edilir:
- sızma, çatlar, damla, qaynaq birləşmələrində və əsas metalda tərləmə;
- yığılıb-sökülə bilən birləşmələrdə sızmalar;
- gözə görünən qalıq deformasiyalar, manometr üzrə təzyiqin düşməsi.