Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə40/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   36   37   38   39   40   41   42   43   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

4.9. Sənədlər və markalanma
4.9.1. Hər bir tutum sifarişçiyə müəyyən olunmuş formada pasportla birgə icraçı ilə tədarük
olunmalıdır.
Pasporta istismar üzrə təlimat əlavə olunur.
Tutumun pasportu azərbaycan dilində və sifarişçinin tələbinə görə başqa dildə tərtib
olunmalıdır.
Pasporta EHM-da yerinə yetirilmiş hesabların çap olunmuş vərəqlərini əlavə etməyə icazə
verilir.
Yenidən qurulmaq və ya təmir üçün təyin olunan tutumun elementləri (gövdələr,
obeçaykalar, diblər, qapaqlar, boru şəbəkələr, gövdənin flansları, böyüdülmüş yığım vahidləri)
istehsalçı tərəfindən tərkibində pasportun bölmələrindəki tələblərə uyğun həcmdə hazırlanma
keyfiyyəti barəsində şəhadətnamə ilə birlikdə tədarük olunmalıdır.
4.9.2. Hər bir tutum üzərinə lövhə yapışdırılmalıdır. Xarici diametri 325 mm-dən kiçik olan
tutumlarda lövhəciyin vurulmamasına icazə verilir. Bu halda bütün lazımi məlumatlar
elektroqrafik üsulla tutumun gövdəsinə həkk olunmalıdır.


4.9.3. Lövhəciyə aşağıdakılar yazılmalıdır:
- əmtəə nişanı və ya istehsalçının adı;
- tutumun adı və ya işarəsi;
- istehsalçının nömrələmə sistemi üzrə tutumun sıra nömrəsi;
- hazırlanma ili;
- işçi təzyiq, MPa;
- hesablama təzyiqi, MPa;
- yoxlama təzyiqi, MPa;
- divarın buraxılabilən maksimal və (və ya) minimal işçi temperaturu, 
o
C;
- tutumun kütləsi. kq;
Müxtəlif hesablama və yoxlama təzyiqləri, divarının temperaturları olan ayrı-ayrı müstəqil 
boşluqlu tutumlar üçün hər boşluğa aid bu parametrləri göstərmək lazımdır.


V BÖLMƏ
ARMATUR, NƏZARƏT-ÖLÇÜ CİHAZLARI,
QORUYUCU QURĞULAR
5.1. Ümumi tələblər
5.1.1. Tutumların işinin idarə edilməsi və təhlükəsiz istismar şəraitini təmin etmək 
məqsədilə, onlar təyinatından asılı olmayaraq aşağıdakı avadanlıqlarla təchiz olunmalıdırlar:
- bağlayıcı və ya bağlayıcı-tənzimləyici armaturla;
- təzyiqi ölçmək üçün cihazlarla;
- temperaturu ölçmək üçün cihazlarla;
- qoruyucu qurğularla;
- mayenin səviyyəsini göstərən göstəricilərlə.
5.1.2. Tezaçılan qapaqlarla təchiz olunmuş tutumlar qapağın tam bağlanmadığı və açılarkən
təzyiqin olduğu halda tutumun təzyiq altında işə salınmasının qarşısını alan qoruyucu qurğulara
malik olmalıdır. Belə tutumlar açar-markası olan qıfıllarla təchiz olunmalıdır.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin