Qaydalar azərbaycan respublikasi


 Manometrlər və onları tutumla birləşdirən boru kəmərləri donmadan qorunmalıdır. 5.3.10



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə43/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   39   40   41   42   43   44   45   46   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

5.3.9. Manometrlər və onları tutumla birləşdirən boru kəmərləri donmadan qorunmalıdır.
5.3.10. Manometrləri aşağıdakı hallarda tətbiq etməyə icazə verilmir:
- yoxlama keçirilməsi barəsində qeydi olan plomb və ya damğa olmadıqda;
- yoxlama müddəti keçdikdə;
- söndürülərkən manometrin əqrəbi şkalanın sıfır göstərişinə, verilən cihaz üçün buraxıla 
bilən xətanın yarısından çox olan göstərişə qayıtmadıqda;
- manometrin düzgün göstərişinə təsir göstərə biləcək zədələr və ya onun şüşəsi sınıq 
olduqda.
5.3.11. Manometrlərin plomblanmaqla və ya damğa vurulmaqla yoxlanması 12 ayda bir
dəfədən az olmayaraq yerinə yetirilməlidir. Bundan əlavə 6 ayda bir dəfədən az olmayaraq
tutum istismarçıları tərəfindən yoxlama nəticələrini jurnala yazmaqla işçi manometrlərin
yoxlayıcı manometrlə əlavə yoxlanması həyata keçirilməlidir. Yoxlayıcı manometr olmadığ


halda yoxlamanı eyni şkalaya və dəqiqlik sinfinə malik yoxlanmış işçi manometrlə yerinə
yetirməyə icazə verilir.
Tutumların istismarı prosesində xidməti personal tərəfindən manometrlərin yoxlanma
qaydaları və müddətləri müəssisə rəhbəri - tutum istismarçısı tərəfindən təsdiq olunmuş iş rejimi
və tutumlara təhlükəsiz xidmət üzrə təlimatlarla müəyyən edilməlidir.
5.4. Temperatur ölçmək üçün cihazlar
5.4.1. Divarları dəyişən temperaturda işləyən tutumlar onun uzunluğu, hündürlüyü boyunca
qızdırılma sürətinin və bərabər ölçüdə qızmasının yoxlanılması və reperlərlə istiliyin
yerdəyişməsinə (paylanmasına) nəzarət üçün cihazlarla təchiz olunmalıdır.
Tutumların göstərilən cihazlarla və reperlərlə təchiz olunmasının zəruriliyi, eləcə də
tutumların yolverilə bilən qızdırılma və soyudulma sürəti layihəçi tərəfindən müəyyən olunur və
istehsalçı tərəfindən tutumun pasportunda və ya istismar üzrə təlimatda göstərilir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin