Qaydalar azərbaycan respublikasi


 Qoruyucu klapanların sayı, onların ölçüləri və keçirmə



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə45/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   41   42   43   44   45   46   47   48   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

5.5.9. Qoruyucu klapanların sayı, onların ölçüləri və keçirmə qabiliyyəti hesablama üzrə elə
seçilməlidir ki, tutumlarda: 
0,3 MPa (3 kqq/sm
2
) təzyiqli tutumlarda hesablama təzyiqindən 0,05 MPa (0,5kqq/sm
2
)
qədər artıq təzyiq yaranmasın, 
0,3-dən 6,0 MPa-a qədər ( 3-dən- 60-a qədər kqq/sm
2
) təzyiqlə işləyən tutumlar üçün 15%
və 6,0 MPa
(60 kqq/sm
2
)-dan yuxarı təzyiqlə işləyən tutumlar üçün 10%-dən çox təzyiq yaranmasın. 
Qoruyucu klapanlar işləyərkən tutumda təzyiqin işçi təzyiqin 25%-dən yuxarı olmayan
həddə qədər artmasına icazə verilir, bir şərtlə ki, bu artım layihədə nəzərdə tutulsun və tutumun
pasportunda qeyd olunsun.
5.5.10. Qoruyucu klapanın keçirmə (buraxma) qabiliyyəti NS-ə uyğun olaraq müəyyən 
edilir.
5.5.11. Qoruyucu qurğular pasport və istismar təlimatı ilə birlikdə istehsalçı tərəfindən
tədarük olunmalıdır.
Pasportda digər məlumatlarla yanaşı sıxılan və sıxılmayan mühitlər üçün klapanın sərf
əmsalı, eləcə də aid olduğu səth göstərilməlidir.
5.5.12. Qoruyucu qurğular birbaşa tutuma birləşdirilmiş borucuqlarda və ya boru xətlərində
quraşdırılmalıdırlar.
Qoruyucu qurğuların birləşdirici boru xətləri (daxil olan, çıxan və drenaj) onların
içərisindəki işçi mühitin donmasından mühafizə olunmalıdır.
Bir borucuqda (boru xəttində) bir neçə qoruyucu qurğu quraşdırılarkən borucuğun eninə en
kəsiyinin sahəsi onun üzərində quraşdırılmış klapanların kəsiklərinin cəmi sahəsinin 1,25-dən az
olmamalıdır.
Uzunluğu 1000 mm-dən çox olan birləşdirici boru xətlərinin kəsiyi müəyyənləşdirilərkən
onların müqavimətinin qiymətini də nəzərə almaq lazımdır.
Üzərində qoruyucu qurğular quraşdırılan qol borulardan işçi mühitin götürülməsinə (və
tutumdan klapanlara qədər birləşdirici boru xətləri olan sahədən) yol verilmir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin