quraşdırılmasına icazə verilmir.
5.5.15. Armatur qoruyucu
qurğudan əvvəl (sonra) quraşdırıla bilər, bu şərtlə
ki, iki
qoruyucu qurğunun və bloklayıcının qurulması onların
eyni zamanda söndürülməsini
(ayrılmasını) istisna etsin. Bu halda onlardan hər biri Qaydaların 5.5.9-cu bəndində nəzərdə
tutulmuş keçirmə (buraxma) qabiliyyətinə malik olmalıdır.
Qoruyucu qurğular qrup şəklində qurulanda və armatur onlardan əvvəl (sonra) quraşdırılan
zaman blokirovka elə yerinə yetirilməlidir ki, layihədə istənilən
nəzərdə tutulmuş variantda
açılan klapanlar olan zaman qoruyucu qurğuların ümumi (toplanmış) keçirmə qabiliyyəti
Qaydaların 5.5.9 bəndində nəzərdə tutulana bərabər olsun.
5.5.16. Qoruyucu qurğuların çıxış boru xətləri və impuls qoruyucu qurğuların (İQQ)
impuls
xətləri kondensatın toplana biləcəyi yerdə kondensatın kənarlaşdırılması üçün drenaj qurğuları
ilə təchiz olunmalıdır.
Drenaj boru xətlərində bağlayıcı orqanların və ya başqa armaturun quraşdırılmasına yol
verilmir. Qoruyucu qurğulardan və drenajdan çıxan məhsullar (mühit)
təhlükəsiz yerə
yönəldilməlidir.
Atılan toksiki, partlayış - yanğın təhlükəli məhsullar sonrakı utilizasiya üçün qapalı
sistemlərə və ya təşkil olunmuş yanma sistemlərinə yönəldilməlidir.
Qarışarkən partlayış təhlükəli qarışıqlar və ya stabil olmayan birləşmələr yarandıqda atılan
məhsulların bir yerə yığılması qadağandır.
5.5.17. Membranlı qoruyucu qurğular aşağıdakı yerlərdə quraşdırılır:
- konkret mühitin işçi şəraitində inersiyalı olması və başqa səbəblərdən lingli-yük və yaylı
qoruyucu klapanların tətbiq oluna bilmədiyi halda onların yerinə;
- işçi mühitin zərərli təsiri (korroziya, eroziya, polimerləşmə,
kristallaşma, qaynama,
donma) nəticəsində və ya bağlı klapandan partlayış - yanğın təhlükəli, zəhərli, ekoloji zərərli və
s. maddələrin mümkün ola biləcək sızması nəticəsində qoruyucu klapanlar etibarlı işləyə
bilmədiyi halda qoruyucu klapanlardan əvvəl. Bu halda membranın saz vəziyyətdə olmasına
nəzarət etməyə imkan verən qurğu nəzərdə tutulmalıdır;
- təzyiqi aşağı salan sistemlərin keçiricilik qabiliyyətini artırmaq
üçün qoruyucu klapanlarla
paralel şəkildə;
- atqı (atılma) sistemləri tərəfindən işçi mühitin zərərli təsirinin qarşısını almaq üçün və bu
sistem tərəfindən əks təzyiqin enib qalxmasının qoruyucu klapanların işə salınması dəqiqliyinə
təsirini aradan qaldırmaq üçün qoruyucu klapanların çıxış tərəfində.
Membranlı qoruyucu qurğuların quraşdırılmasının zəruriliyini və yerini, onun
konstruksiyasını layihə edən müəssisə müəyyənləşdirir.
Dostları ilə paylaş: