VI BÖLMƏ
QURAŞDIRMA, QEYDİYYAT,
TUTUMLARIN TEXNİKİ MÜAYİNƏ OLUNMASI,
İSTİSMARA İCAZƏNİN VERİLMƏSİ
6.1. Tutumlarin quraşdirilmasi
6.1.1. Tutumlar, adamların toplana biləcəyini istisna edən yerlərdə, açıq meydançalarda və
ya ayrıca dayanan binalarda quraşdırılmalıdır.
6.1.2. Tutumların aşağıdakı yerlərdə quraşdırılmasına icazə
verilir:
- binadan kapital divarla ayrılması şərti ilə istehsal binalarına bitişik örtülü yerlərdə
(otaqlarda);
- sahə üzrə təhlükəsizlik qaydalarında nəzərdə tutulduğu halda istehsal sahələrində;
- armaturu idarə etmək və ona baxış keçirmək üçün daxil olma imkanı və tutumun
divarlarının həm torpaq və həm də azan cərəyanların korroziyasından qorunması şərti ilə torpağa
basdırmaqla.
Dostları ilə paylaş: