Qaydalar azərbaycan respublikasi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə5/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

2.1.9. İstismar prosesində fəzada vəziyyətini dəyişən tutumlar, onların öz-özünə aşmasının
qarşısını alan tərtibatlarla təchiz olmalıdır.
2.1.10. İsti qazlarla qızdırılan tutumların konstruksiyası təzyiq altındakı divarlarının etibarlı
soyudulmasını hesablama temperaturuna qədər təmin etməlidir.
2.1.11. Əgər halqalar xaricdən və ya divarda qaynaq edilmişdirsə, əgər halqa tutumun daxili
tərəfindən qaynaq edilmişdirsə, lyuklar, lazlar (bacalar) və ştuserlər üçün bərkidici deşiklərin
qaynaq olunmuş halqalarının keyfiyyətini yoxlamaq üçün halqada yivli yoxlama deşiyi
olmalıdır.
Bu tələblər gövdənin xaricinə qaynaq edilən halqaya (taxmalara) və ya başqa bərkidici
elementlərə də aiddir.


Təzyiq altında işləməyən bütöv elementlərin (məsələn taxmaların (nakladka)) ən aşağı
hissələrində drenaj deşikləri olmalıdır.
2.1.12. İstehlakçıların elektrik qurğuları müəyyən olunmuş qaydada istismar olunarkən
tutumların (ПТБ və ПТЭ) qaydalarına uyğun olmalıdır.
2.2. Lyuklar, baxiş lyuklari, qapaqlar
2.2.1. Tutumların daxilinə baxışın keçirilməsi, təmizlənməsi və təmiri üçün, eləcə də
taxılıb-sökülən bilən daxili qurğuların sökülüb-quraşdırılması üçün lazımi sayda lyuklar və baxış
lyukları olmalıdır.
Silindrik gövdədən və içərisində bərkidilmiş borucuqlarla hörmədən (istilik dəyişdiricilər)
ibarət olan tutumlar və kriogen mayelərin nəql olunması və saxlanılması, eləcə də ГОСТ
12.1.007-76 üzrə 1-ci və 2-ci sinif təhlükə dərəcəli, lakin korroziya və ərp əmələ gətirməyən
maddələrlə işləmək üçün təyin olunan tutumları diametrindən asılı olmayaraq, Qaydaların 2.1.4.
bəndinin tələbləri yerinə yetirilməsi şərtilə lyuk və baxış lyuku olmadan hazırlamağa yol verilir.
2.2.2. Daxili diametri 800 mm-dən çox olan tutumların lyukları, daxili diametri 800 mm-
dən az olan tutumların isə kiçik baxış lyukları olmalıdır.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin