Qaydalar azərbaycan respublikasi


 Dairəvi lyukların daxili diametri 400 mm-dən az



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə6/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

2.2.3. Dairəvi lyukların daxili diametri 400 mm-dən az olmamalıdır. Oval lyukların ən kiçik
və ən böyük oxları üzrə ölçüləri işıqda 325x400 mm-dən az olmamalıdır.
Dairəvi və ya oval baxış lyuklarının diametri və ya ən kiçik oxu üzrə ölçüsü 80 mm-dən az
olmamalıdır.
2.2.4. Lyuklar, baxış pəncərələri xidmət etmək üçün əlverişli yerdə yerləşdirilməlidir.
Barokameralarda baxış pəncərələrinin quraşdırılmasına, yerləşdirilməsinə və xidmət
göstərilməsinə olan tələblər layihəçi təşkilat tərəfindən müəyyən edilir və istehsalçı-zavodun
quraşdırma və istismar üzrə təlimatında göstərilir.
2.2.5. Lyukların qapaqları cıxarılıb-taxıla bilən olmalıdır. Vakuum əsasında izolyasiya
edilən tutumlarda qaynaq edilmiş lyukların quraşdırılmasına yol verilir.
2.2.6. Lyukların qapaqlarının kütləsi 20 kq-dan ağır olduqda qapaqları rahat açıb-bağlamaq
üçün onlar qaldırıcı-çevirici və digər tərtibatla təchiz olunmalıdır.
2.2.7. Şarnirli-qatlanan və ya taxta boltların, xomutların, eləcə də lyukların, qapaqların və
onların flanslarının sıxac mexanizmlərinin konstruksiyası onların öz-özünə yerdəyişməsinin
qarşısını almalıdır.
2.2.8. Daxili baxış keçirməyə imkan verən, daxili diametri Qaydaların 2.2.3 bəndidə lyuklar
üçün göstərilən ölçülərdən az olmayan ştuserlər, flans qapaqları, sökülən dib və ya qapaq olduğu
halda tutumlarda lyukların olmamasına yol (icazə) verilir.
2.3. Tutumlarin dibi


2.3.1. Tutumlarda aşağıdakı formalarda diblər tətbiq edilir: elliptik, yarımsferik, torosferik,
sferik bortsuz (kənarlarsız), konusvari bortlu, konusvari bortsuz, düz bortlu, yastı bortsuz.
2.3.2. Elliptik diblərin daxili səth üzrə ölçülən qabarıq hissənin hündürlüyü dibin daxili
diametrinin 0,2 mislindən kiçik olmamalıdır. Bu ölçülərin ixtissaslaşmış elmi-tədqiqat
müəssisəsi ilə razılaşdırılaraq kiçiltməyə yol verilir.
2.3.3. Torosferik diblər aşağıdakılara malik olmalıdır:
- daxili səth üzrə ölçülən qabarıq hissənin hündürlüyü daxili diametrin 0,2 hissəsindən az 
olmamalıdır;
- bortun daxili radiusu dibin daxili diametrinin 0,1 hissəsindən az olmamalıdır;
- mərkəzi hissənin əyriliyinin daxili radiusu dibin daxili diametrindən böyük olmamalıdır.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin