Qaydalar azərbaycan respublikasi


Qaynaq tikişləri və onlarin yerləşməsi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə8/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

2.4. Qaynaq tikişləri və onlarin yerləşməsi


2.4.1. Obeçaykalar (açıq silindrik və ya konus elementlər) və borular qaynaq olunarkən,
diblər obeçaykalara qaynaq olunarkən tam əridilməklə uc-uca qaynaq tikişləri tətbiq edilməlidir.
Yastı diblərin, yastı flansların, boru qəfəsin, ştuserlərin, lyukların, örtüklərin qaynaq
olunması üçün tam əridilməklə tavr və bucaqşəkilli qaynaq birləşmələrinə yol verilir.
Gövdəyə bərkidici halqaların, dayaq elementlərinin, astar təbəqələrin, meydança
təbəqələlərin, nərdivanların, kronşteynlərin və s. qaynaq edilməsi üçün xətti qaynaq tikişlərinin
tətbiqinə yol verilir.
2.4.2. Müəyyən qaydada razılaşdırılmış, NS-də nəzərdə tutulduğu hallarda bucaq və
tavrşəkilli qaynaq birləşmələrində konstruktiv aralıq qoyulmasına yol verilir.
2.4.3. Tutumların hazırlanması, quraşdırılması  istismarı zamanı onların qaynaq tikişləri
nəzarət etmək üçün bu Qaydaların, müvafiq standartların və texniki şərtlərin tələblərinə uyğun
rahat və əlverişli yerdə olmalıdır.
2.4.4. Bitişik obeçaykaların uzununa tikişləri və tutumların diblərinin tikişləri bir-birinə
nəzərən daha qalın elementin qalınlığının 3 misli qədər, lakin tikiş oxlar arasındakı məsafə 100
mm-dən az olmamaqla yeri dəyişdirilməlidir.


Qaynaq tikişləri avtomatik və ya elektroşlak üsulu ilə yerinə yetirilməsi və 100% həcmdə
tikişlərin kəsişdiyi yerlər radioqrafiya və ya ultrasəs defektoskopiya üsulu ilə yoxlanması şərti
ilə,1,6 MPa (16 kqq/cm
2
)-dan çox olmayan təzyiq altında və divarının temperaturu 400
o
C-dən
çox olmayan temperaturda, nominal qalınlığı 30 mm-dən çox olmayan divarlarda, işləmək üçün
təyin olunan tutumlarda göstərilən tikişlərin bir-birinə nisbətən yerinin dəyişdirilməsinə yol
verilir.
2.4.5. Gövdənin qaynaq tikişinin üstünə düşəcək hissəni əvvəlcədən radiografiya və ya
ultrasəs defektoskopiya üsulu ilə yoxlamaq şərti ilə tutumun gövdəsinə daxili və xarici qurğular
(dayaq elementləri, nimçə, örtük, arakəsmə) qaynaq edilərkən, bu qaynaq tikişlərinin gövdənin
uc-uca qaynaq tikişləri ilə kəsişməsinə yol verilir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin