Qaydalar azərbaycan respublikasi


Tutumun divarlarinda deşiklərin yerləşdirilməsi



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə10/102
tarix02.06.2023
ölçüsü0,8 Mb.
#127581
növüQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   102
R.Səfərov. Neft, qaz və neftkimya sənayəsində təzyiq altında işləyən tutumların quruluşu və təhlükəsiz istismar qaydaları

2.5. Tutumun divarlarinda deşiklərin yerləşdirilməsi
2.5.1. Lyuklar, baxış lyukları və ştuserlər üçün deşiklər bir qayda olaraq qaynaq
tikişlərindən aralı yerləşməlidir.


Deşiklərin aşağıdakı qaydada yerləşdirilməsinə yol verilir:
- əgər deşiyin nominal diametri 150 mm-dən çox deyilsə, tutumların silindrik və konus 
obeçaykalarının uzununa qaynaq tikişi üzərində;
- deşiklərin diametrini məhdudlaşdırmadan tutumların silindrik və konus obeçaykalarının 
üzərindəki halqavari qaynaq tikişləri üzərində;
- tutumun dibinin qaynaq tikişlərini radioqrafiya və ya ultrasəs defektoskopiya üsulu ilə
100% yoxlanması şərti ilə deşiklərin diametrini məhdudlaşdırmadan qabarıq diblərin qaynaq 
tikişləri üzərində.


2.5.2. Torosferik (qutuyabənzər) diblərdə deşikləri mərkəzi sferik seqment dairəsində
(hüdudunda) yerləşdirməyə yol verilir. Bu halda xorda üzrə ölçülən, dibin mərkəzindən deşiyin
xarici haşiyəsinə qədər olan məsafə 0,4D-dən böyük olmamalıdır (burada D-dibin xarici
diametridir).


III BÖLMƏ
MATERİALLAR
3.1. Tutumların hazırlanması üçün tətbiq edilən materiallar verilən istismar şəraiti
(hesablama təzyiqi, minimal mənfi və maksimal hesablama temperaturu), mühitin tərkibi və
xarakteri (korroziya fəallığı, partlayış təhlükəsi, zəhərliliyi və s.) və ətraf mühitin
temperaturunun təsiri nəzərə alınaraq hesablanmış istismar müddəti ərzində onun etibarlı işini
təmin etməlidir.
3.2. Tutumların və onun elementlərinin hazırlanması, montajı və təmiri üçün Əlavə 4-də
göstərilmiş əsas materiallar tətbiq edilməlidir.
Əlavə 4-də göstərilmiş parametrlərin müəyyən olunmuş hədlərini aşan və ya əlavədə
göstərilməyən parametrlərlə iş üçün təyin olunan tutumların və onun elementlərinin hazırlanması
üçün, eləcə də başqa standartlara və texniki şərtlərə uyğun materialların tətbiqi SİTGDMND
Agentliyinin razılığı ilə o halda yol verilir ki, materialların keyfiyyəti və xassələri standart və
TŞ-lə müəyyən olunmuş parametrlərdən aşağı olmasın və cihazqayırma, metalşunaslıq, qaynaq
üzrə ixtissaslaşmış təşkilatın müsbət rəyi alınsın. İcazənin nüsxələri tutumların pasportuna əlavə
edilməlidir.

Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin