3.19. Metal-plastik tutumların hermetikləşdirici təbəqəsinin (leyner) materialı elə seçilir ki,
tutum təzyiq ilə sınaqdan keçirilən zaman materialda plastik deformasiyalar yaranmasın.
Tutumun gərgin-deformasiya vəziyyətinin hesablama və qalıq deformasiyaların eksperimental
müəyyən olunması metodikalar ixtissaslaşdırılmış təşkilatla razılaşdırılmalır.
3.20. Tutumların hazırlanması üçün tətbiq edilən doldurucu və bağlayıcı
materiallar, bu
materiallara aid sertifikatda göstərilən zəmanətli istismar müddətinə malik olmalıdır.
3.21. Yüksək bərkliyə malik çuqundan hazırlanan tökmələr termiki emaldan sonra tətbiq
edilməlidir.
3.22. Diyirlətmə üsulu ilə hazırlanmış yivin termiki emal
olunma
zərurəti NS-lə
müəyyənləşdirilir.