4.3.11. Qaynaq olunacaq kənarların və səthlərin hazırlanması mexaniki emalla, ya da
termiki kəsmə yolu ilə və ya sonrakı mexaniki emalla (kəsmə, frez, abraziv alətlə) yonma
(oksigen, hava-qövs, plazma-qövs) ilə yerinə yetirilməlidir. Termiki kəsmədən (yonmadan)
sonra mexaniki emalın dərinliyi konkret polad markasının kəsmənin (yonmanın) termiki dövrə
həssaslığından asılı olaraq NS-də göstərilməlidir.
4.3.12. Qaynaq olunacaq detalların kənarları və onlara bitişik səthlər NS-in tələblərinə
uyğun olaraq yanıq dəmir qırıntılarından, boyadan, yağdan və digər çirkdən təmizlənməlidir.
4.3.13. Köməkçi elementlərin qaynaq edilməsi və sökülməsi (yığma qurğular, müvəqqəti
bərkidicilər və s.) cizgilərin və NS-in göstərişlərinə uyğun olaraq yerinə yetirilməlidir. Bu
elementlərin qaynağını belə məmulatların qaynağını yerinə yetirməyə icazəsi olan qaynaqçılar
yerinə yetirməlidirlər.
4.3.14. Tutqacları, tutumların qaynağına aid texniki sənədlərdə nəzərdə tutulmuş aşqar
materiallar tətbiq olunmaqla, verilən məmulatların qaynağına buraxılan qaynaqçı yerinə
yetirməlidir. Sonrakı qaynaq işləri aparılarkən tutqaclar çıxarılır və ya əsas tikişlə əridilir.
Əsas məmulatlar qaynaq edildikdən sonra müvəqqəti bərkidicilərin qaynağı və çıxarılması
məhsulun metalında çatların və kəsiklərin əmələ gəlməsini istisna edən texnologiya üzrə yerinə
yetirilməlidir.
Dostları ilə paylaş: